Şəki şəhərində “Şəhərsalma və Memarlıq İli” çərçivəsində ali, orta ixtisas və peşə təhsili müəssisələrinin tələbələri arasında “Tələbə Kuboku – 2026” adlı “Nə? Harada? Nə Zaman?” intellektual oyununun final mərhələsi keçirilmişdir.
Oyun Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin Şəki şəhəri üzrə gənclər və idman sektorunun və Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Şəki rayon komitəsinin birgə təşkilatçılığı ilə 24 aprel 2026-ci il tarixində Şəki Dövlət Regional Kollecində keçirilmişdir.
Oyunda 12 komanda iştirak etmişdir.
Onlardan:
1-ci yerə - ADPU-nin Şəki filialının "NATO" komandası,
2-ci yerə - Şəki Dövlət Regional Kollecinin "GAME LOVER" komandası,
3-cü yerə -Şəki Dövlət Peşə Təhsil Mərkəzinin "XƏMSƏ" komandası layiq görülmüşdür.
Oyunda 70 nəfər iştirak etmişdir.
Qalib gələn komandalar Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin diplomları və Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Şəki rayon komitəsinin kubok və xatirə hədiyyələri ilə mükafatlandırılmışdır.
Bölməyə aid digər xəbərlər















