Yeniyetmələrin mübahisəsi qanla bitdi

   Sumqayıtda yeniyetmələrin mübahisəsi qanla bitib, dava zamanı iki nəfər bıçaqlanıb.
Belə ki, hadisə Ceyranbatan bağları adlanan ərazidə qeydə alınıb.

   Sumqayıt şəhər sakini, 15 yaşlı yeniyetmə münaqişə zəminində həmyaşıdına və özündən iki yaş böyük digər yeniyetməyə bıçaqla ağır xəsarətlər yetirib. Mübahisənin söyüş üstündə törədildiyi iddia olunur.
    Sumqayıt Tibb Mərkəzindən bildirilib ki, 15 və 17 yaşlı yeniyetmələr ötən gün gecə saatlarında Sumqayıt Tibb Mərkəzinin Uşaq Xəstəxanasının Təcili yardım şöbəsinə yerləşdiriliblər.
   2009-cu il təvəllüdlü yeniyetməyə döş qəfəsinin sol yarısının kəsilmiş-deşilmiş yarası və sol bazu nahiyəsinin kəsilmiş-deşilmiş yarası diaqnozları təyin edilib. 2007-ci il təvəllüdlü yeniyetməyə isə bel-omba və üz nahiyəsinin kəsilmiş-deşilmiş yaraları diaqnozları təyin edilib. Hər iki yeniyetmə əməliyyat olunub, vəziyyətləri əməliyyata uyğun stabildir.
     Faktla bağlı araşdırma aparılır.


Tarix: 2-07-2024, 11:42 Oxunub: 475


Bölməyə aid digər xəbərlər


«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930