Şəkidə yeniyetmə özündən 12 yaş böyük şəxsi bıçaqlayıb

Şəkidə yeniyetmə özündən 12 yaş böyük şəxsi bıçaqlayıb.
Hadisə bu gün axşam saatlarında şəhər ərazisində qeydə alınıb.
Belə ki, Şəki şəhər sakinləri, 1994-cü il təvəllüdlü Xəyyam Elmar oğlu Adışirinov və 2006-cı il təvəllüdlü Yəhya Məmmədov arasında baş verən mübahisə nəticəsində 17 yaşlı Yəhya Məmmədov özündən 12 yaş böyük 29 yaşlı Xəyyam Adışirinova bıçaqla xəsarət yetirib.
Yaralanan X.Adışirinov Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov bildirib ki, hadisəni törədən yeniyetmə polis əməkdaşları tərəfindən saxlanılıb. Mübahisənin hansı zəmində baş verməsi ilə bağlı rayon polis şöbəsində müvafiq araşdırmalar aparılır.
Məlumata görə, hadisə tərəflər arasında söyüşə görə baş verib.


Tarix: 29-01-2023, 05:59 Oxunub: 288


Bölməyə aid digər xəbərlər


«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930