Prokurorluq işçilərinin peşə bayramı - 01 oktyabr

Bu gün Azərbaycanda prokurorluq işçilərinin peşə bayramıdır.

Xatırladaq ki, prokurorluq orqanlarının yaranmasının 108-ci ili tamam olur.

Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurası 1 oktyabr 1918-ci il tarixli Qərarı ilə Bakı Dairə Məhkəməsinin tərkibində prokurorluq təsis edib.

Prokurorluq orqanlarında aparılan hərtərəfli islahatların ilkin əsasını və qanunvericilik bazasını 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası təşkil edir.

Memarı müstəqil dövlətçiliyimizin yaradıcısı Heydər Əliyev olan Ali Qanunumuzda ilk dəfə olaraq ölkəmizin dövlət quruluşu sistemində prokurorluğun layiq olduğu yer müəyyənləşdirilib, məhkəmə hakimiyyəti sisteminə daxil olan prokurorluq orqanlarının statusu, təşkili, fəaliyyət prinsipləri, səlahiyyət dairəsi və vəzifələri qanunvericilik qaydasında təsbit edilib.

Ümummilli lider Heydər Əliyevin 17 iyul 1998-ci il tarixli Sərəncamı ilə milli prokurorluq orqanlarının yarandığı gün - oktyabr ayının 1-i prokurorluq işçilərinin peşə bayramı günü kimi təsis edilməklə qeyd olunmağa başlanılıb.

Azərbaycan Respublikası Prezidentinin 3 mart 2004-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin yaradılması  prokurorluğa Prezident  İlham Əliyevin dövlət səviyyəsində inam və etimadı kimi qiymətləndirilməklə yanaşı, onun strukturunun daha da təkmilləşdirilməsinə yönəldilmiş mühüm bir addım olmaqla, mütəşəkkil cinayətkarlığın ən təhlükəli təzahürlərindən olan korrupsiyaya qarşı mübarizənin gücləndirilməsində və işin daha səmərəli təşkil olunmasında əhəmiyyətli rol oynayır.

Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 28 oktyabr tarixli Fərmanı ilə  idarənin Əsasnaməsi təsdiq edilib və 2005-ci il yanvarın 

  1-də  "Korrupsiyaya qarşı mübarizə haqqında"  Qanun qüvvəyə mindikdən sonra idarə öz fəaliyyətinə başlayıb.

Bu gün Azərbaycan Prokurorluğunun əməkdaşları peşə bayramlarını qalib ölkənin vətəndaşları kimi qeyd edirlər. Qarşıda isə yeni çağırışlar dayanır. Bunlar qanunun aliliyinin təmin edilməsinin və cinayətkarlığa qarşı mübarizənin davam etdirilməsi, vətəndaşların hüquq və azadlıqlarının etibarlı müdafiəsi, fəaliyyətin müasir standartlara uyğun daha da təkmilləşdirilməsi və digər bu kimi məsələlərdir.

ATİA.AZ saytı adından  Baş prokuror Kamran Bayram oğlu Əliyev  başda olmaqla  Azərbaycan Prokurorluğu işçilərini peşə bayramı və prokurorluq orqanlarının yaradılmasının ildönümü münasibətilə  ilə təbrik edir, çətin və şərəfli fəaliyyətlərində uğurlar arzulayırıq!!!


Tarix: Dünən, 09:31 Oxunub: 95


Bölməyə aid digər xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031