Qazax rayonunun Çaylı kəndində anadan olmuş dəyərli insan, gözəl həkim, Uroloq, Cərrah
Əşrəf Murad Oğlu Novruzov sevib seçdiyi həkimlik peşəsini günü - gündən sevə-sevə davam etdirir.
Əşrəf doktor nəinki doğulub boya-başa çatdığı Çaylı kəndində, Qazax rayonunda sayılıb-seçilib özünə yetərincə hörmət qazanmış həkimlərimizdəndi.
Qazaxda, Ağstafada ayrı-ayrı yerlərdə çalışmış Əşrəf həkim hazırda Möhtərəm Prezidentimiz İlham Əliyev Cənablarının göstərişi ilə yeni tikilib istifadəyə verilmiş Qazax Rayon Mərkəzi xəstəxanasında fəaliyyətini davam etdirir.
Xalqına, millətinə, eləcə də Dövlətinə sadiq olan Əşrəf doktor istər Şəhid ailələrinə, istərsə də Vətən keşiyində məğrur dayanan, canla başla döyüşmüş Vətən müharibəsi iştirakçılarına həmişə təmənnasız xidmət etmişdir.
Əşrəf doktorun Şəhid ailələrinə, eləcə də Vətən müharibəsi iştirakçılarına etdiyi təmənnasız xidmətinə görə
Ağstafa rayon üzrə Azərbaycan Respublikası Qarabağ Əlillərinə Qayğı İctimai Birliyinin sədri Ceyhun Əliyev tərəfindən Fəxri Fərmanla təltif olunub.
ATİA.AZ saytı olaraq biz də öz növbəmizdə Əşrəf doktoru təbrik edirik, ona uzun ömür, can sağlığı arzulayıb, Şəhid ailələrinə, eləcə qazilərimizə etdiyi təmənnasız xidmətinə görə bu gözəl addımını alqışlayırıq, saytımızın əməkdaşları adından təşəkkürümüzü bildiririk.
Elnur Quliyev, ATİA.AZ
Bölməyə aid digər xəbərlər