ATİA.AZ-ın redaksiyasına Qazax rayon Mərkəzi Xəstəxanasından daha bir şikayət daxil olub. Redaksiyamıza daxil olan şikayətdə, Qazax Rayon Daş Salahlı kənd sakini Hüseynova Sveta Qazax Rayon Mərkəzi Xəstəxanasında dərman çatışmamazlığından və dərmanların ancaq baş həkim Sevda Məmmədovanın "xüsusi" icazəsi ilə "xüsusi" xəstələrə verilməsi barədə məlumat vermişdir. Şikayət məktubunu qısa ixtisarla təqdim edirik:
"Hörmətli ATİA.AZ saytı, başıma gələn xoşagəlməz hadisəni nəzərinizə çatdırıram. Böyrək nahiyəmdə küt ağrılar var idi. Ürək bulanma, qusma halları baş verdi. Səhhətimdə yaranmış problemlə bağlı Bakıdakı həkimimlə əlaqə saxladım.
Həkimim mənə "kreatin" analizinin yoxlanmasını məsləhət gördü.
Həkimin məsləhətindən sonra, Qazax Rayon Mərkəzi Xəstəxanasına üz tutdum. Analiz verilən yerə yaxınlaşdım. Orada çalışan həkimlər mənə bildirdi ki, kreatin analizinin yoxlanması üçün bizdə dərman yoxdur. Biz bu analizi edə bilməyəcəyik. Sual verdim ki, bəs necə edim, hara gedim?
Mənə dedilər ki, yaxınlaş baş həkim Sevda Məmmədovanın yanına, bəlkə o, sizə dərman verdi. Amma xahiş edirik bizim adımız olmasın. Bizim adımızı vermə.
Getdim Sevda xanımın yanına. Dedim: "Həkim, mən kreatin analizi üçün gəlmişəm, analiz edən həkimlər dedi ki, bizdə dərman yoxdur"
Sevda xanım mənə cox kobudcasına cavab verərək... bizdə dərman yoxdur, yəqin ki, olsaydı analiz edərdilər.
Mərkəzi xəstəxananı kor peşman tərk edərək... özəl klinikalardan birinə üz tutdum. Orada analiz etdirdim.
Kiryatinim 660 oldu. Həkimimlə danışdım təcili özümü Bakıya çatdırmamı söylədi.
Həkimlə danışdıqdan sonra təcili Bakıya çıxdım. Hal hazırda Bakıdayam, sabah həkimimin yanına gedəcəm.
Mən buradan Möhtərəm Prezidentimiz Cənab İlham Əliyevə müraciət edirəm:
Hörmətli İlham Əliyev Cənabları!!! Mənim 65 yaşım var, özüm şəkər xəstəsiyəm. Risk dərəcəli hipertoniya xəstəsiyəm. 3 dəfə ağır əməliyyat keçirmişəm.
Bu günləri Qazax Rayonunda yeni tikilib istifadəyə verilmiş Mərkəzi Xəstəxanada şəkər dərmanını nə zülmlə alıram. Xəstəxanaya gedirəm, dərman tapılmır.
Əsəb kecirmək məni daha da xəstə edib.
Hörmətli Cənab Prezident!!! Sizdən xahişim budur ki, aidiyyati Qurumlara ciddi tapşırıqlar verəsiniz, Qazax Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Sevda Məmmədovaya ciddi tapşırıqlar verilsin. Baş həkimin qəbuluna düşmək, hər hansı bir Nazirin qəbuluna düşməkdən cətİndir. Qəbula düşmək bir yana... Xəstəylə maraqlanmaq əvəzinə insana kobud cavab verməklə yanaşı, insanla həkim kimi rəftar etmir. Mən hələ də başa düşmürəm ki, şəkər dərmanı almaq üçün niyə bu qədər zülm cəkməliyəm? Mən təqaüdçü adam, nədən özəl klinikalarda analiz verməliyəm?
Möhtərəm Cənab Prezident inanıram ki, səsimə səs verib, Qazax Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Sevda Məmmədova haqqında öz ciddi tapşırıqlarınızı verəcəksiniz. Əminliklə deyə bilərəm ki, bu adama Sizin "DƏMİR YUMRUQ" haqqında dedikləriniz çatmayıb, özünü "AĞA"kimi aparır..
Hörmətlə: Qazax rayon Daş Salahlı kənd sakini, Sveta Hüseynova"
ATİA.AZ olaraq araşdırma məqsədi ilə öncə Qazax Rayon Mərkəzi Xəstəxanasına, daha sonra isə Diaqnostika Mərkəzinə üz tutduq.
Hər iki xəstəxanada kreatin analizi etmək üçün dərmanın olmdıgını bildirdilər.
Hər iki xəstəxananın baş həkimi - Sevda Məmmədova və Kamandar İbrahimov ilə əlaqə saxladıq, cox təssüflər olsun ki, bu dərmanın xəstəxanada qurtardığını...( guya) on-on-beş günə olacagını bildirdilər.
Bizə də maraqlıdır... Sabah kreatindən təcili bir xəstə gəlsə, həmin xəstə analizi harda verməlidir?
Möhtərəm Prezidentimiz Cənab İlham Əliyevin "Dəmir yumruq" notası, deyəsən nə Səhiyyəyə, nə də TƏBİBə kar eləmir???
Dövlət xəstəxanalarına ayrılan milyonlarla pullar kimlər tərəfindən göyə sovrulur??? Dövlət xəstəxanalarında dəva-dərmanlar vətəndaşların şəxsi ciblərindən aldırılır.
Belə biabırçılığa son qoyulmalıdır.
Biz də inanırıq ki, Qazax İH-nin başçısı Rəcəb Babaşov da bu məsələyə biganə qalmayacaq.
Bölməyə aid digər xəbərlər