ATİA.AZ-ın redaksiyasına Qazax rayon Daş Salahlı kənd sakini Qasımov Əli Ərəş oglu tərəfindən şikayət məktubu daxil olub.
Vətəndaş şikayətində bildirir:
"Yaşadıgım Qazax rayon Daş Salahlı kəndi, Mehdi Hüseyn küçəsində neçə illərdi telefon üzünə həsrət qalmışıq. Yaşadıgım məhlədə hər kəsin telefon xətti var, iki - üc abonent hələdə telefon, internet üzünə həsrət qalıb.
Bu barədə dəfələrlə aidiyyatı qurumlara telefon xəttinin çəkilməsi barədə müraciət etsək də, təəssüflər olsun ki, bu neçə ildə bizə bir gün aglayan olmayıb.
Bir ay bundan öncə, Qazax rayon Aztelekom rəhbərliyinə təkrar müraciət etdik.
Bizə bildirdilər ki, hal-hazırda xətt çəkmək üçün avadanlıq (kabel) yoxdur, nə vaxt kabel olacaq, onda da gəlib cəkəcəyik.
Aidiyyatı qurumlardan artıq dərəcədə xahiş edirəm bizə bir gün aglasınlar. Evimizə xətt cəkmək üçün nömrə var, amma
10 metr kabel yoxdur, tapılmır deyirlər.
Aidiyyatı qurumlardan xahiş edirəm gəlib baxsınlar və görsünlər: - bizim evə cəmi 10 metr kabel lazımdır, onu da deyirlər yoxdur.
Xətt bir yana, məhləmizdən kecən telefon xətləri demək olar ki, yerlə sürünür. Şahidi olmaq üçün gəlib öz gözünüzlə görməniz yetərlidir.
Bir sözlə, nə bizi eşidən var, nə də problemimizi həll edən. Bilmirik biz problemimizi kimə deyək, dərdimizi kimə söyləyək?
Hörmətli bu işə aidiyyatı olan Qurumlar!!! Sizdən xahiş edirəm, Qazax rayon Aztelekom rəhbərliyinə tapşırıq verəsiniz, gəlib bizə də telefon cəksinlər. Bizi insan yerinə qoyub dərdimizə əlac etmirlər. Bizim uşaqların da distant təhsildən yararlanmaq hüquqları var!!! "
Biz də inanırıq ki, Qazax Aztelekom rəhbərliyi bu işə bir əncam qılacaq.
Elnur Quliyev, ATİA.AZ
Bölməyə aid digər xəbərlər