Qazax rayonu Daş Salahlı kəndi, "YENİ MƏHLƏ" adlanan ərazinin sakinləri ATİA.AZ-ın redaksiyasına Qazax rayon Aztelekom rəhbərliyi haqqında təkrarən şikayət ünvanlayıblar. Əvvəlki şikayətlərinə Qazax Aztelekom rəhbərliyi, şəxsən Gündüz müəllim tərəfindən heç bir reaksiya verilməyən sakinlər son çıxış yolu kimi saytımız vasitəsilə şikayətlərinin Mohtərəm Prezidentimiz İlham Əliyevə çatdırılmasını xahiş edirlər. Müraciətdə deyilir:
"20 ildən coxdur ki, yaşadığımız məhlədə telefon üzünə həsrət qalmışıq. Nə telefon xətti çəkilib, nə də internet var ... Bu barədə bir il bundan qabaq Qazax rayon Aztelekom rəhbərliyinə müraciət etmişik. Bizə cavab verdilər ki , 20 nəfər sakin adından ərizə yazın gətirin, sonra telefon xətti cəkək.
Biz də 20 nəfər həmin ərizəni yazıb Aztelekom rəhbərliyinə təqdim etdik. Bir il tamam oldu... nə gələn oldu, nə maraqlanan, nədə ki telefon xətti cəkən... Bir ay bundan öncə Qazax Aztelekom rəhbərliyinə yenidən müraciət etdik. Zəng vurub Gündüz müəllimə "bizə telefon xətti nə vaxt cəkiləcək?" deyə sual ünvanladıq. Gündüz müəllim "inşallah tezliklə həll edəcəyik" deyib bizi arxayın saldı.
Artıq səbrimiz tükənib, hamının övladı evində oturub onlayn dərs keçə bildi, bizim uşaqlar isə həmin onlayn dərslərdən yararlana bilmədi. Uşaqlarımızın gələcəyi, təhsil ala bilməmələri valideyin olaraq bizi çox narahat edir.
Hamı kimi biz də telefondan, internetdən istifadə etmək istəyirik.. təssüflər olsun ki, istifadə edə bilmirik ....
Bizə yaxın olan evlərə telefon xətləri çəkilib, amma çəkilməsə ondan yaxşıdır. Kaş aidiyyatı qurumlar həmin çəkilən telefon xətlərini gəlib öz gözləri ilə görəydilər. Şablon ağaclar (Stolbalar) "Lobya payası" ilə əvəz olunub .... Bundan başqa bizə yaxın olan digər başqa məhləyə isə bir necə il bundan öncə gətirib dəmir dirəklər basdırıldı ... Həmin dəmir dirəklər günlərin bir günü clxarılaraq maşınlara doldurularaq hara getdi, heç izi tozu bilinmədi.... Bir necə gün bundan öncə Qazax Aztelekom rəhbərliyi ilə yenidən əlaqə yaratdıq . Bizə verilən cavab belə oldu: "Hal hazırda anbarımızda nə dəmir dirəklər var, nə telefon kabeli, nədə ki, telefon xətti işlətmək üçün nömrə.... Aidiyyatı qurumlara yazıb göndərmişik, nə vaxt bizə telefon xətti cəkmək üçün avadanlıq göndəriləcək, onda da sizə telefon cəkiləcək .... "
20 ildir telefon üzünə həsrətik. Qazımız, işıgımız cəkildi, telefon xətti bir türlü cəkilmədi ki, cəkilmədi .... Hər dəfə bizi aldatdılar, söz verdilər, əməl etmədilər ...
Xahiş edirik aidiyyatı qurumlar bizim səsimizə səs versin, şəxsən Cənab Prezidentimiz İlham Əliyev Cənablarından çox xahiş edirik bizi aldadan, bizə illərdi vədlər verən, bir işə yaramayan Qazax Aztelekom rəhbərliyi haqqında ciddi tapşırıqlar versin.
İnanırıq ki, bizim səsimizi şəxsən İlham Əliyev Cənablarına catdıracaqsınız. Axı bizim övladlarımız da bu Vətən üçün savadlı gənclər kimi yetişməlidi... Bu bizim də haqqımızdı. Qazax Aztelekom rəhbərliyi, şəxsən Gündüz müəllim Cənab Prezidentin "DƏMİR YUMRUQ" notasının bunlara da aid olduğunu yəqin ki, unudublar.
Qazax rayon Daş Salahlı yeni məhlə sakinləri olaraq Cənab Prezidentimiz İlham Əliyev Cənablarından xahiş edirik ki, bizim səsimizə səs versin . Bu iyirmi ildə nə səsimizi eşidən oldu , nə də dərdimizə əlac qılan oldu .
Biz artıq şikayət etməkdən yorulduq , səbrimiz tükənib bizi sayıb insan yerinə qoyan yoxdur .
Hörmətli Cənab Prezidentimiz ümidimiz yalnız sizədir, inanırıq ki, Sizin "Dəmir Yumruğunuza" Qazax rayonunda böyük ehtiyac var...
Hörmətlə : Qazax rayon Daş Salahlı kəndi, "Yeni məhlə" sakinləri."
ELNUR QULİYEV, ATİA.AZ
Bölməyə aid digər xəbərlər