13:17 / 02-12-2024
Sabah hava necə olacaq?
SAHİL BABAYEV SƏLİM MÜSLÜMOVUN RÜŞVƏTXORLUĞA GÖRƏ QOVDUĞU BEYLƏQAN RAYON MƏŞĞULLUQ MƏRKƏZİNİN MÜDİRİNƏ YENİDƏN YÜKSƏK VƏZİFƏ VERDİ!

17 saylı regional Məşğulluq Mərkəzinə müdir təyin olunmuş Quliyev İlhamdan şok faktlar...

Məlumat üçün bildirək ki, Dövlət Məşğulluq Xidməti Prezidentin sərəncamı ilə Publik hüquqi şəxsə çevrilib və Dövlət Məşğulluq Xidmətinin Aparatı və yerli strukturlarında çalışan bütün dövlət qulluqçuları yenidən təşkil olunmuş Dövlət Məşğulluq Agentliyinin aparatı və yerli strukturlarında çalışdıqları vəzifələrə uyğun olaraq saxlanılmalı və saxlanılması mümkün olmayıb ləğv edilən vəzifələrdə çalışan işçilərin əmək müqavilələrinə isə əmək məcəlləsinin 70-ci maddəsinin a və ya b bəndinə əsasən xitam verilməli idi.

Bu isə çoxlu sayda insana işsizlikdən sığorta ödənişi verilməsi deməkdir ki, ölkədə əmək münasibətlərini tənzimləmək və sosial rifahın yüksəldilməsi ilə mükəlləf olan bir qurumun bunu etməsi əlbəttə ki, qeyri adekvat bir haldır. Buna görə də Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyi iki mümkün qanuni yolu deyil, qanunsuz olan yolu seçərək inzibati və vəzifə səlahiyyətlərinin onlara verdiyi üstünlükdən qeyri qanuni olaraq istifadə edərək təhrik və şantajla könüllü olaraq insanlara işdən çıxarılmaq üçün ərizə yazdırmaq yolunu seçdilər. Vətəndaşıların inəklərini yeməkdə pərgar olan Məşğulluq Xidməti bu dəfə də işci heyyətinin kütləvi şəkildə hüquqlarını pozaraq könüllü olaraq işdən azad olunmaq üçün ərizə yazdırıblar. Ərizə yazmayan işçiləri isə "maddə" ilə çıxarmaqla hədələyərək istədiklərini etdiriblər.
Rayon Məşğulluq Mərkəzlərini isə Bakı şəhərində üç, rayonlarda isə beş rayonu birləşdirməklə regional Məşğulluq Mərkəzləri yaradan Agentlik, bu beş rayonun arasında özlərinə "yaxın" olan ən "istedadlı" rüşvətxor və korrupsioner müdiri regional mərkəz müdiri təyin ediblər.
Beyləqan rayonunda yerləşən 17 saylı Regional Məşğulluq Mərkəzinə isə "xüsüsi istedadı" olan Beyləqanın Məşğulluq Mərkəzinin müdiri Quliyev İlham təyin olunub.

Region müdiri keçər keçməz İlham Quliyev beş rayonun müdirləri və işçilərini toplayaraq mütləq hakimiyyət sahibi olduğunu elan edərək, süddən çıxmış ağ qaşıq kimi öz "şərtlərini" diktə etməyə çalışıb.
Səlim Müslümovun əmri ilə çox sayda rüşvət və korrupsiya faktları əsasında işindən qovulduğunu unudan Quliyev İlham, Sahil Babayevin nazir olduğu müddətcə heç kimin onu yerindən tərpədə bilməyəcyini Beyləqan rayonunda car çəkir və nazirliyin daxili nəzarət şöbəsinin müdiri Heybət şəxsən ona "krişalıq" etdiyini fəxrlə ehm edir...
Onu da diqqətinizə çatdırırıq ki, İmanov Heybət Səlim Müslümovdan əvvəlki nazir Füzuli Ələkbərovun pul daşıyanı kimi tanınırmış və xaraktercə Quliyev İlhamdan heç də fərqlənmir.
Mudir təyin olunduğu gündən bir nəfər də olsun vətəndaş qəbul etməyən İlham Quliyev vətəndaşları da saymır. Məşğulluğun ən böyük "maxinasiya" mənbəyi olan özünüməşğulluq tədbirlərindən məharətlə yararlanan Quliyev İlham qardaşı üçün tikdirdiyi nəhəng tövlələri özünüməşğulluq tədbirlərinə yazdığı yaxın ətrafındakı adamların adlarına aldığı heyvanlarla doldurub və böyük fermer təsərrüfatı yaradıb.
Sözün həqiqi mənasında xırda bir müdir dövlət vəsaiti hesabına qeyri leqal yolla bu qədər var dövlət topladığı bir ölkədə müharibəni qazanmaq yəqin ki, müşkül məsələ olar?
Sahil Babayev müdirlik "isterikasına" qapılmış İlham Quliyev kimilərinin tezliklə yeri göstərilməsə, rəhbərlik etdiyi qurum daha çox tənqidə məruz qalacaq.
Qarşı tərəfi dinləməyə hazırıq. 


Tarix: 29-07-2020, 23:19 Oxunub: 890


Bölməyə aid digər xəbərlər