11:19 / 21-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
11:52 / 20-11-2024
Sabah hava necə olacaq?
18:56 / 19-11-2024
Prezident Fərman imzaladı
Vətəndaş bilmir....ƏLİLDİR yoxsa ŞAĞLAM?-- QAZAXDA....

Qazax Rayon Daş Salahlı kənd sakini Eyyubov Pərvin Cəmil oğlu ATİA.AZ-ın redaksiyasına müraciət edərək bildirir ki, Qazax Rayon  Mərkəzi Xəstəxanasının baş həkimi Sevda Məmmədovaya dəfələrlə müraciət etsə də özünün xəstə vəya sağlam olması haqqında baş həkim bir qərara gələ bilmir.....  Vətəndaşın müraciətini olduğu kimi dərc edirik:

  "Mən Eyyubov Pərvin Cəmil oğlu ,  Qazax Rayon Daş Salahlı kənd sakini  2011 ci-ildə Qulaq nahiyəsindən əməliyat olundum .
Qulaqımdan əməliyyat olunduğum üçün , məni hərbi xidmətə aparmadılar . Həmin ərəfələrdə işsiz idim , əməliyyat olunduğum üçün mənə işləmək olmazdı . Həmin ərəfədə  müvəqqəti də olsa pensiya almaq üçün Qazax Rayon  Mərkəzi Xəstəxanasının baş həkimi Sevda Məmmədovaya yaxınlaşdım . Mənə  müayinədən kecməmi söylədi . Müayinə olundum , dedilər sənə pensiya düşmür , işə yararlısan, çox sevindim.
Aradan biraz vaxt kecdi , iş üçün Qazax Rayon Məşğullug idarəsinə müraciət etdim,  mənə dedilər ki,  sən hərbidə olmadığına görə  işə yararsızsan, hər ehtimala görə səni qeydiyyata alarıq, əgər ehtiyac olarsa xəbər edərik . Aradan düz 6 -il kecib nə xəbər var, nədə səs soraq. 
On gün bundan öncə  yenə müraciət etdim , yenə eyni sözü dedilər....  Sənə pensiya düşmür , sənin əlilliyin yoxdur, işləmək də olmaz..
 Bu təzadlı variantları beynimdə araşdıra bilmirəm. Mən sağlamamsa iş verin işləyim, yox xəstəyəmsə pensiya verin acından ölməyim... 
Necə ildir işsizlikdən əziyyət çəkirəm , hal hazırda hec yerdə işləmirəm , işsizəm . Hara gedirəm , hərə bir tərəfə göndərir .
Mən Dövlətimdən xahiş edirəm , məni işlə təmin etsinlər , artıq səbrim tükənib . Xahiş edirəm mənim səsimi  aidiyyəti Dövlət Qurumlarına catdırasız .

                                                          Eyyubov Pərvin Cəmil Oğlu .
                                                          Qazax Rayon Daş Salahlı sakini ".


Tarix: 26-01-2021, 09:06 Oxunub: 783


Bölməyə aid digər xəbərlər