Facebook sosial şəbəkəsində Paşa Yaqub adlı bir şəxslə tanış oldum .
Bir az araşdırıb bildim ki , klinikaların birində "həkim" olaraq calışır . Bir iki il dostluq etdim , dostluq deyərkən... - Facebook sosial şəbəkəsində.... Paşa Yaqub hər dəfə paylaşım edərkən , xəstələri əl şəfasıyla müalicə etdiyini yazırdı. Sözün dogrusu ilk başda inandım . Günlərin bir günü , əl şəfasıyla xərcəng xəstəliyini sagaldıram yazıb paylaşmışdı .
Sözün dogrusu təəccübləndim....
Üzr istəyirəm hər kəsdən , həyat yoldaşımın bogaz nahiyəsində şiş əmələ gəlmişdi, həkimə apardım - diaqnoz qoydular ki, yoldaşınızın zobu var (qalxanvari vəzi), gecikdirmisiz , mütləq əməliyyat olasıdır. Evə dönərkən fikirləşdim ki, görəsən Paşa Yaqub "həkim" bu xəstəliyi müalicə edə bilərmi? Elə həmin günü Facebook sosial şəbəkəsində yazdıgı statusun altından yazdım: "Paşa Yaqub həkim , mənim yoldaşımda zob xəstəliyi var, müalicə edə bilərsiz?"
Cavab : "Bəli edərəm , amma gərək üc senans Bakıya gələsiz" .
Dedim bilsəmki sagalacaq , üc deyirsiz, lap beş senansda gələrəm. Dedi üc senans bəs edir . Nəzərinizə çatdırım ki , bizim bu yazışmamızı Facebook səhifəsində bir cox insan izləyirdi .
Coxdan dostluq etdiyimizə baxmayaraq , xəstəliyi qurtara biləcəkmi deyə fikirləşirdim .... Hər şeyi bir kənara qoyub o qədər millətin içində sual verdim ki, Paşa Yaqub həkim, mən gələcəm Bakıya, sagaldacam deyirsiz bu xəstəliyi . Yaxşı sagalmasa nə olacaq ? Dedi söz verirəm 100%.
Dedim əgər sagalda bilməsən , bu qədər millətin içində sizi biabır edəcəm, mənimlə razılaşdı .
Nə isə... Hazırlaşdıq yola düşdük , məni cox gözəl qarşıladı . Qarşıladıqdan sonra kassaya pul ödəməmi söylədi . Yaxınlaşdım kassaya 20 AZN kassaya ödəyib cıxdıq otağına ...
Senans cəmi 5 dəqiqə cəkdi , senans deyərkən , əlini xəstənin baş nahiyəsinə qoyub ıçqırmaga başladı , gah əsnədi , gah ıçqırdı nəisəəə...
Gedin bir həftədən sonra təkrar gəlin dedi . Klinikanı tərk edib döndük evə .
Bir həftədən sonra yenə qəbuluna getdik . Yenə həmişəki kimi 20 AZN ödəyib qəbuluna düşdük .. Yenə həmin hərəkətlər .... Daha bir həftədən sonra yenidən gəlməmizi söylədi ...
Üçüncü senans yenə getdik , yenə həmin kino yenə həmin tamaşa ... Nə .. isə ... Qayıtdı dediki gedin bir aydan sonra uzi aparatından kecin .
Rayona gəldik bir aydan sonra uzidən kecdik .
Uzidən kecəndə uzi edən həkim dediki bir balaca fərq var , amma bu o demək deyilki əməlyatlıq deyil , bu mütləq əməliyyat olasıdır . Nəzərinizə çatdırım ki , həmin senans ərəfəsində on günlük müalicə yazmışdı uzi həkimi , bir balaca fərq , həmin o dərmanların köməyi olmuşdu ...
Evə gəldim Paşa Yaqub "həkimə" yazdım ki vəziyyət belədir ? Qayıtdı dediki , coxlu xurma yesin ötüb keçəcək . Bunu deyib arxasıyca bu yaxınlarda Rayona gələcəm bir senansda orda edərəm narahat olma deyib , başımın altına bir yastıq daha qoydu ...
Cox kecmədən gəldi Rayona , evimizə gəldi bir senans daha müalicə etdi guyaki ?
Narahat olma get gedə yox olub gedəcək dedi .
Evimizdə oturduq, gözəl söhbətlər etdik, yola saldım getdi ...
Aradan düz 6 ay kecdi , nə şiş cəkildi, nədə bir xeyri oldu . Götürdüm Bakıya apardım Ankalogiya deyilən xəstəxanaya , dedilər əməliyat olasıdır gecikdirmisiz .
Qayıtdıq Rayona bir dəfədə Gürcüstana aparım dedim . Getdik Gürcüstana ordada dedilər əməlyatlıqdır ...
Üz tutdum yenidən Bakıya Topcubaşov deyilən xəstəxanaya , dedim həkim indiki əməliyyatlıqdır buyurun onda əməliyat edin . Dedi gedin xəbər edəcəm gələrsiz . Elədə oldu . Əməliyat olundu . Şükür indi xəstə özünü cox gözəl hiss edir .
Paşa Yaqub "həkim" kimi özünü qələmə verən Paşa Yaquba Facebook səhifəsində yazdım ki , insanları niyə aldadırsan , bəs deyirdin qurtaracam bəs nə oldu ? Məni bloka atmaqla canını qurtardı . Nəzərinizə çatdırım ki , mənim kimi Paşa Yaqubun Toruna düşənlər hecdə az deyil . Bunun üçün əlimdə bəzi faktlar var .
Mən xahiş edirəm Səhiyyə Nazirliyindən , Oktay Şirəliyevdən , Cənab Prezidentimiz İlham Əliyevdən , mənim başıma gələn bu hadisəni ciddi şəkildə araşdırsınlar . Paşa Yaqub deyilən bir şəxs kimdir ? Nəçidir ? Hansı peşənin sahibidir ? Mütləq araşdırılmasını rica edirəm .
Hörmətlə : Elnur Quliyev, Qazax Rayon Daş Salahlı kəndi .
Bölməyə aid digər xəbərlər