22:43 / 21-04-2026
Azərbaycanın qəhrəman oğlu Vasif Tağıyev
10:58 / 21-04-2026
Beynəlxalq görüşlərdə Azərbaycan qadınının güclü təmsilçiliyi və qadın həmrəyliyi nümunəsi
22:31 / 20-04-2026
Ürəyi dayanan xəstəni həkimlər xəstəxananın həyətində həyata qaytarıb
19:16 / 18-04-2026
"Şuşa fatehi – Yunis Kazımov” kitabının təqdimatı keçirildi
16:17 / 17-04-2026
Qazaxda ağacəkmə aksiyası keçirilib
20:00 / 16-04-2026
Aşıq Hüseyn Saraçlının 110 illik yubileyinə və vəfatının 39-cu ildönümünə həsr olunmuş tədbir keçirildi
09:44 / 14-04-2026
''Şuşa fatehi - Yunis Kazımov'' kitabınln təqdimatı keçiriləcək
09:36 / 14-04-2026
Anar Nəbiyev: "Əsl ziyalı, böyük alim"
13:39 / 13-04-2026
Gülnar Səmanın “Nar” kitabı Türkiyədə çap olunub
10:01 / 13-04-2026
Esmira Şıxməmmədova: Əsl Azərbaycan qadını, əsl ziyalı, əsl alim
15:30 / 08-04-2026
Anar Nəbiyev: "Azərbaycan-Gürcüstan əlaqələri dərin tarixi köklərə malikdir"
10:24 / 08-04-2026
Cavahir Əhmədova: "Azərbaycan və Gürcüstan hər zaman bir yerdədir"
13:16 / 07-04-2026
AZƏRBAYCANIN XALQ YAZIÇISI FƏXRİ PROFESSOR SEÇİLDİ
16:15 / 03-04-2026
Qazaxda Aprel döyüşləri şəhidlərinin xatirəsi ehtiramla yad edilib
09:08 / 01-04-2026
Körfəzdə şahmat taxtası - İran-ABŞ-İsrail müharibəsinin açılışdan sonluğa qədər şahmat prizmasında böyük təhlili
16:08 / 31-03-2026
"Yaddaşlarda yaşadılan gün" - Polad Ağakişiyev
15:59 / 31-03-2026
Qazaxda Soyqırımı qurbanlarının xatirəsi ehtiramla yad edilib
12:02 / 31-03-2026
Anar Nəbiyev: "Mülki əhaliyə qarşı törədilmiş soyqırımı"
18:49 / 28-03-2026
Almaxanım Əhmədli TRT-də yeni layihədə...
18:17 / 24-03-2026
"Axır ki, mənə də sahib çıxan tapıldı..."
08:52 / 24-03-2026
Cavadov Habil Əsgər oğlunun sənət bağçasından bir neçə yarpaq
17:01 / 20-03-2026
Mehriban Əliyeva Novruz bayramı münasibətilə paylaşım edib
14:31 / 20-03-2026
"Novruzun rəngi, ruhu və sənət nəfəsi" – İmişlidə möhtəşəm bayram tədbiri
16:26 / 19-03-2026
Xəyalə Dadaşova “Fəxri Professor” elmi adı və “Beynəlxalq Qızıl Ulduz” medalı ilə təltif edilib
16:17 / 19-03-2026
Qazaxda Bağanıs Ayrım qətliamı qurbanlarının xatirəsi ehtiramla anılıb
19:00 / 18-03-2026
225 nömrəli məktəbdə Novruz ənənələrinə bağlılıq...
09:35 / 18-03-2026
Natəvan Dəmirçioğlu Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının fəxri professoru seçilib
13:39 / 16-03-2026
Anar Nəbiyev: "Əsrlər boyu Azərbaycan sivilizasiyaların bir araya gəldiyi məkan olub"
10:15 / 16-03-2026
Mehman Ballayev: "Azərbaycan öz prinsipial mövqeyini bir daha bəyan etdi"
Nəyə görə matəm 3 gün olacaq? - ŞOK SƏBƏBLƏR

Lakin xalqın əzlimiş heysiyyatını bir daha incitməmək üçün susmaq məcburiyyətində qalıblar. Yəqin ki, matəm günlərindən sonra etirazlar səngiyəcək və Paşinyan hökmranlığı davam edəcək. Çünki müharibədə uduzsa da, 3 mindən çox əsgərin ölümünə, minlərlə insanın didərgin düşməsinə səbəb olsa da, xalqın Paşinyana nifrəti o qədər də güclü deyil. Xatırladaq ki, 2018-ci ilin yazında Paşinyan tərəfdarlarının təşkil etdiyi mitinqlərə hər gün 100 minə qədər erməni qoşulurdu. Amma Paşinyanın bu qədər etdiklərinin müqabilində onun istefasını tələb edənlərin sayı heç 50 minə çatmayıb. Cəmi bir gün 40 min etirazçı küçələrə çıxmışdı. Vəssalam..
Sual oluna bilər, nəyə görə Qarabağın “fatehləri”ndən biri olan Serj Sarkisyana qarşı 2018-ci ildə 100 min erməni etiraz edirdi, lakin Qarabağı və ətraf 7 rayonu Azərbaycana təslim edən Paşinyanı heç 50 min erməni mühakimə etmir? Təbii ki, bunun bir sıra səbəbləri var.
Birincisi, erməni xalqı siyasi oyunlardan bezib. İndi əksər erməni deyir ki, “İlanın ağına da lənət, qarasına da”. Sadə insanlar görür ki, hakimiyyətə gələnlərin heç biri xalqı yox, özlərini, ailələrini və dostlarını düşünür. Ona görə də xalq artıq proselərdə “peşka” olmaqdan bezib.
İkincisi, erməni xalqı 2018-ci ilin yazında Paşinyanı müdafiə etmirdi, sadəcə “Qarabağ klanı”nın 20 illik hakimiyyətinə etiraz edirdi. Yəni 100 min adam Paşinyanı sevdiyi üçün deyil, Köçəryan-Sarkisyan klanına nifrət etdiyi üçün küçələrə çıxmışdı.
Üçüncüsü, bu gün erməni müxalifətinin tələbləri ilə xalqın istəkləri üst-üstə düşmür. Müxalifət vəzifə istəyir, xalq isə çörək. Ona görə də bütün Ermənistan siyasi qüvvələri birləşsə belə 2018-ci ildəki ümumxalq narazılığı fonunu yarada bilmir.
Bunu Paşinyan da yaxşı bilir. Ona görə də o dəfələrlə deyib ki, “xalq nə vaxt tələb etsə, onda istefaya gedəcəm”. Doğrudan da bu gün İrəvandakı etirazçılar arasında xalqın maraqlarını düşünənlər çox azdır, ya da heç yoxdur. Məsələn, bir neçə gün əvvələ 100-dən artıq erməni əsgərinin əsir düşməsindən sonra Ermənistanın bütün bölgələrində xalq ayağa qalxdı. Yolları bağladılıar, Müdafiə Nazirliyinə və yerli dövlət qurumlarının inzibati binalarına basqınlar etdilər.
Yəni reallıqları təkcə xaricdəki ermənilər yox, elə Ermənistandakı yüz minlərlə insan da yaxşı başa düşür. Bilir ki, erməni problemi bir biznes layihəsidir. Lakin radikalların qorxusundan Ermənistanda heç kim səsini çıxara bilmir. Ona görə də əhalinin tam əksəriyyəti siyasi proseslərdən çəkinərək, qıraqda dayanıb hadisələrin inkişafını izləyir. Vəssalam…
Bu müqayisədən çıxarış edərək deyə bilərəm ki, ermənilər bizdən ən azı 30 il geridədir. Həm iqtisadi, həm sosial, həm də siyasi baxımdan. Üstəlik, onlar hələ ki xalqı öz ardınca apara biləcək, nasizm xəstəliyindən qutraracaq bir lider tapmayıblar. Ona görə də Ermənilərin vəziyyəti ruscadır.
Ona görə də Paşinyanın 3 günlük matəm oyunu da əslində revanş cəhdidir. Gülməli və cılız olsa da. Amma Paşinyanın dərrakəsinə uyğundur.
konkret.az
Bölməyə aid digər xəbərlər
Bu gün Ermənistanda ümumxalq hüzn günüdür. Baş nazir Nikol Paşinyan səhər saatlarında əshabələri ilə İrəvandakı “Yerablur” əsgər məzarlığında olub. Matəm 3 gün davam edəcək. Növbəti 3 gündə Ermənistanda bütün kütləvi tədbirlər dayandırılıb. Əslində matəmin bir gün deyil, 3 gün olması Paşinyanın növbəti siyasi oyunu kimi dəyərləndirilməlidir. Çünki 40 günə yaxındır ki, Ermənistanda Paşinyanın istefası tələbi ilə etiraz mitinqləri keçirilir. Lakin bütün təzyiqlərə baxmayaraq, Paşinyan kreslosunda inamlı təsir bağışlayır. Baxmayaraq ki, son bir ayda onlarca vəzifə tutan partiyadaşını güdaza verib. 3 günlük matəm də onun növbəti oyundur. Yəni emosiyaları sakitləşdirmək, əlaqələri soyutmaq və bəzi qüvvələrlə separat danışıqlara getmək üçün 3 gün az vaxt deyil. Bunu Ermənistandakı bəzi müxalif qüvvələr də yaxşı başa düşür.

Lakin xalqın əzlimiş heysiyyatını bir daha incitməmək üçün susmaq məcburiyyətində qalıblar. Yəqin ki, matəm günlərindən sonra etirazlar səngiyəcək və Paşinyan hökmranlığı davam edəcək. Çünki müharibədə uduzsa da, 3 mindən çox əsgərin ölümünə, minlərlə insanın didərgin düşməsinə səbəb olsa da, xalqın Paşinyana nifrəti o qədər də güclü deyil. Xatırladaq ki, 2018-ci ilin yazında Paşinyan tərəfdarlarının təşkil etdiyi mitinqlərə hər gün 100 minə qədər erməni qoşulurdu. Amma Paşinyanın bu qədər etdiklərinin müqabilində onun istefasını tələb edənlərin sayı heç 50 minə çatmayıb. Cəmi bir gün 40 min etirazçı küçələrə çıxmışdı. Vəssalam..
Sual oluna bilər, nəyə görə Qarabağın “fatehləri”ndən biri olan Serj Sarkisyana qarşı 2018-ci ildə 100 min erməni etiraz edirdi, lakin Qarabağı və ətraf 7 rayonu Azərbaycana təslim edən Paşinyanı heç 50 min erməni mühakimə etmir? Təbii ki, bunun bir sıra səbəbləri var.
Birincisi, erməni xalqı siyasi oyunlardan bezib. İndi əksər erməni deyir ki, “İlanın ağına da lənət, qarasına da”. Sadə insanlar görür ki, hakimiyyətə gələnlərin heç biri xalqı yox, özlərini, ailələrini və dostlarını düşünür. Ona görə də xalq artıq proselərdə “peşka” olmaqdan bezib.
İkincisi, erməni xalqı 2018-ci ilin yazında Paşinyanı müdafiə etmirdi, sadəcə “Qarabağ klanı”nın 20 illik hakimiyyətinə etiraz edirdi. Yəni 100 min adam Paşinyanı sevdiyi üçün deyil, Köçəryan-Sarkisyan klanına nifrət etdiyi üçün küçələrə çıxmışdı.
Üçüncüsü, bu gün erməni müxalifətinin tələbləri ilə xalqın istəkləri üst-üstə düşmür. Müxalifət vəzifə istəyir, xalq isə çörək. Ona görə də bütün Ermənistan siyasi qüvvələri birləşsə belə 2018-ci ildəki ümumxalq narazılığı fonunu yarada bilmir.
Bunu Paşinyan da yaxşı bilir. Ona görə də o dəfələrlə deyib ki, “xalq nə vaxt tələb etsə, onda istefaya gedəcəm”. Doğrudan da bu gün İrəvandakı etirazçılar arasında xalqın maraqlarını düşünənlər çox azdır, ya da heç yoxdur. Məsələn, bir neçə gün əvvələ 100-dən artıq erməni əsgərinin əsir düşməsindən sonra Ermənistanın bütün bölgələrində xalq ayağa qalxdı. Yolları bağladılıar, Müdafiə Nazirliyinə və yerli dövlət qurumlarının inzibati binalarına basqınlar etdilər.
Amma bu adamlar Paşinyanın istefasını tələb edən 16 siyasi partiyanın çağırışına heç vaxt reaksiya vermədilər. Bu isə erməni xalqının labirintə girdiyini göstərir. Yəni xalq hara getdiyini və kiminlə yola çıxdığını bilmir. Milyonlarla erməni öz taleyini səmt küləyinin ümidinə buraxıb. Ermənistandakı vəziyyət elə bil okeanda yelkənini və kapitanını itirmiş bir gəmidir. Səmt küləyi hara istəsə, gəmi də o istiqamətə gedəcək. Əslində bu, bir xalqın özünün intiharıdır. Amma nə yazıq ki, bunu nə Ermənistandakı radikal millətçilər, nədə ki, xaricdəki erməni milyonçular başa düşmür. Baxmayaraq ki, ermənilərin sonunun gəldiyini xəbərdar edən dövlətlər və liderlər var. Məsələn, Azərbaycan Prezidenti İlham Əliyev bu günlərdə bəyan etdi ki, Ermənistan yenidən müharibəyə başlasa, bu, o dövlətin sonunu gətirəcək… Və yaxud dekabrın 17-də Vladimir Putinin ənənəvi olaraq illik mətbuat konfransında ona da belə bir sual verildi ki, ”Ermənistan atəşkəsi pozsa, bu, onlar üçün nə olacaq?” Putinin cavabı konkret və lakonik oldu: ”İntihar”.Yəni dünyanın gedişatından başı çıxan adamların hamısı deyir ki, Ermənsitandakı radikal ünsürlər və böyük dövlətlərin “maşası” olan erməni diasporu ermənilərin sonunu yaxınlaşdırır. Və təbii ki, belə ağıllı adamlar ermənilərin arasında da var. Məsələn, ABŞ-da yaşayan erməni professor Armen Qriqoryan deyir ki, ”Ermənistan millətçilərin təsiri altında qalmaqda davam edir. Və revanşizm xəyallarında vaxt və qaynaqlarını itirə-itirə gedir. Erməni mediası millətçi mifləri təşviq edir, bu sərsəm ideyanın yaradıcılarına son dərəcə dözümlülük göstərir və yeri gəldikcə dəstək olur”. Ona görə də Ermənistanda vəziyyət getdikcə ağırlaşır. Qriqoryan fikirlərini inkişaf etdirərək deyir ki, “Ermənistan cəmiyyətində erməni mifləri mövzusunda demək olar ki, heç vaxt müzakirələr aparılmayıb. Yaratdıqları miflərin dağılması qorxusundan rasional mübahisələri elə metafizik səs-küylə qarşılayırlar ki, qarşı tərəf ən azı fiziki mövcudluğu üçün susmaq məcburiyyətində qalır. Məsələn, bir erməni vətənpərvərinə izah etməyə çalışırsınız ki, ölkənin ambisiyaları ölkənin imkanları ilə uyğun gələ bilməz. O həmən cavab olaraq Qaregin Njdedən sitat gətirir ki, “qələbəni ruhuna taxan insan hər zaman qalib gəlir”.
Yəni reallıqları təkcə xaricdəki ermənilər yox, elə Ermənistandakı yüz minlərlə insan da yaxşı başa düşür. Bilir ki, erməni problemi bir biznes layihəsidir. Lakin radikalların qorxusundan Ermənistanda heç kim səsini çıxara bilmir. Ona görə də əhalinin tam əksəriyyəti siyasi proseslərdən çəkinərək, qıraqda dayanıb hadisələrin inkişafını izləyir. Vəssalam…
Mən nəyə görə isə hər zaman Paşinyanı bizim Nemət Pənahlıya bənzədirəm. Təkcə fizioloji quruluşuna görə yox, həm də ictimai fəaliyyətinə görə 1988-ci ildə Azadlıq meydanının lideri idi Nemət bəy. Onun hər çıxışı milyonların alqışları ilə qarşılanırdı. Ona görə yox ki, Pənahlı qızıl xırdalayırdı. Xeyr. Sadəcə Azərbaycan xalqı o vaxtkı quruluşa, idaretmə sisteminə və bu sistemin başında duranlara nifrət edirdi. Bu nifrət dolayısı ilə Nemət Pənahlının alovlu çıxışı fonunda ona bir sevgi görüntüsü yaradırdı. 30 il sonra bu proses İrəvanın Azadlıq meydanında təkrar olundu. Erməni xalqı Njde ideologiyasına və onun daşıyıcıları olan Köçəryan-Sarkisyan “Qarabağ klanı”na nifrətindən küçələrə töküldü. Bu zaman orta təhsilli, amma çox natiq Nikol ortaya çıxdı. Paşinyan “Qarağağ klanı”nı söydükcə erməni xalqının əsəblərinə sanki sərin su səpildi. Eynən 30 il əvvəl Bakıda olduğu kimi. Erməni xalqı Njde ideologiyasından və türk düşmənçiliyindən qurtulmaq üçün orta təhsilli, heç bir idarəetmə təcrübəsi olmayan Nikol Paşinyanı 2018-ci ilin mayında siyası hakimiyyətə gətirdi. Bizdə bu, 1992-ci ilin mayında olmuşdu. (Doğrudur, o vaxt hakimiyyətə gələnlər Nemətin torbasını çoxdan tikmişdilər). 1992-ci ildə hakimiyyətə gələn siyasi və idarəetmə sahəsində naşı olan “millətçilər” Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə xələl gətirdilər. Vətəndaş müharibəsini alovlandırdılar…Paşinyanın 2,5 illik hakimiyyəti də Qarabağ və ətraf ərazilərin itirilməsinə, vətəndaş qarşıdurmasına və iqtisadi çöküşə səbəb oldu.
Bu müqayisədən çıxarış edərək deyə bilərəm ki, ermənilər bizdən ən azı 30 il geridədir. Həm iqtisadi, həm sosial, həm də siyasi baxımdan. Üstəlik, onlar hələ ki xalqı öz ardınca apara biləcək, nasizm xəstəliyindən qutraracaq bir lider tapmayıblar. Ona görə də Ermənilərin vəziyyəti ruscadır.
Ona görə də Paşinyanın 3 günlük matəm oyunu da əslində revanş cəhdidir. Gülməli və cılız olsa da. Amma Paşinyanın dərrakəsinə uyğundur.
konkret.az
Tarix: 19-12-2020, 19:52 Oxunub: 1 148
Bölməyə aid digər xəbərlər
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO
21-07-2020, 18:03
İlham Əliyev və Mehriban Əliyeva Bakıda təqdimat mərasimində - YENİLƏNİB + FOTO/VİDEO
27-07-2020, 23:21
İlham Əliyev yeni təhsil nazirini qəbul etdi - YENİLƏNİB + FOTO/VİDEO
24-07-2020, 18:07
Rəna xanım Paşayevanın xatirəsinə: “Əlvida, gözəl insan”
17-11-2020, 12:47
İlham Əliyev və Mehriban Əliyevanın Füzuli və Cəbrayıl səfəri -TAM MƏTN
20-07-2020, 14:24
Qurban Qurbanov: “Rəşadın gedişi ən istəmədiyim ayrılıq idi”
19-07-2020, 18:01
İdman jurnalistikası: Keçmişi, indiki problemləri və ümidli gələcəyi
13-07-2020, 13:22
İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib - YENİLƏNİB + FOTO/VİDEO
13-12-2020, 19:56
Prezident İlham Əliyevdən Minsk qrupunun həmsədrlərinə siyasət və diplomatiya dərsi
26-07-2020, 16:55
Xaricdəki soydaşlarımızın milli birliyi hansı xainləri və niyə qıcıqlandırır? - TƏHLİL
20-10-2020, 16:36
Prezident İlham Əliyevin xalqa müraciətinin TAM MƏTNİ
15-07-2020, 09:35
Azərbaycan balaca ölkədir, amma Azərbaycan qürurlu ölkədir
20-07-2020, 16:59
Tovuzdakı şiddətli artilleriya döyüşləri: Qaraqaya Azərbaycandadır – REPORTAJ + FOTO
14-11-2020, 16:37
Ermənistanı xilas etməyə çalışan ikiüzlülər...
28-07-2020, 15:49
Ermənistanın Tovuz təxribatının görünən nəticələri haqda
20-07-2020, 17:55
Tovuz döyüşlərinin dərsləri - TƏHLİL
17-10-2020, 17:58
Paşinyan bu müsahibəsi ilə Bakını sevindirdi
26-07-2020, 17:01
Çörəyi şərəfini satmaqla əldə edənlər
18-09-2020, 00:06
Mehdiyevin dövlətə qarşı dirəniş çağırışı – Sensasion məqalə
30-10-2020, 09:25
Nikol özünü qorumağa çalışır, Putin isə istəmir
8-11-2020, 20:25
İlham Əliyevin xalqa tarixi müraciəti - TAM VERSİYA
















