11:19 / 21-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
“Yolçu” Şahin İbadovun əmlakının siyahısı- Cəmiyyətimizin “qızıl asfalt” əfsanəsi

Azərbaycan cəmiyyətində hələ ötən əsrdən belə bir fikir var idi: neftimiz özümüzə qalsa, yollarımızda asfaltın qalınlığı 5 sm qızıldan olar. 
Mənası bu idi ki, neftimizin gəlirləri Rusiya-SSRİ imperiyasına gedir, əgər müstəqil  dövlət olsaq, yollarımız da qızıldan olar. 
İllər ötdü və nəhayət biz  1991-ci ildə müstəqil dövlət olduq.
O vaxtdan 30 il keçir. Yəni artıq müstəqilliyimizin 30 yaşı var. 
Bəs o qızıl asfalt əfsanəsi nooldu...?
Nəinki rayonlarda, kəndlərimizdə, heç paytaxt Bakının  özündə 10 metr məsafədə düz yola rast gələ biləmərsən. Qısa bir yolda nə qədər çala-çuxur, dəlmə-deşik olar. Dünyada asfalta yamaq vurmaq ancaq bizdədir. 
Bəs deyirdiniz müstəqil olsaq...Olduq dəə. Bəs o dediyiniz pullar hara gedir ?
Əlbəttə Şahin və Şahmar kimilərin cibinə. 
Şahin İbadov uzun müddətdir ki “Azəravtoyol”  ASC-nin nəzdində fəaliyyət göstərən Şəki rayonu 15 saylı Yol İstismar İdarəsinin rəisi vəzifəsində çalışır. 
Yəni elə bir yüksək dövlət vəzifəsi deyil, icra başçısı deyil, nazir deyil, prokuror deyil. Orta səviyyədən aşağı bir xırda məmurdur. Bəs onda bu kiçik ranqlı məmurda bu milyonlar haradandır ? 
Bəlkə, dədəsinin, babasının xəzinəsi olub? 
Bəlkə böyük bir elmi kəşf edib ? 
Yox, sadəcə, Şahin İbadov Şəki rayonu 15 saylı Yol İstismar İdarəsinin rəisidir. O, asfaltı “yeyir”, bitiumu “içir”,qumu, çınqılı satır və s. 
Bəli, bir mütəxəssis  dedi ki, asfaltın-yolun qaymağı BİTUMDUR, onu vurmasan 2 dəfə yağışdan sonra  “asfalt 
kəsənlər”  bitiumu satır  və asfalt  lüt qalır, yağış, su daman kimi yol sıradan çıxır. Bu qədər bəsit. 
Yəni bizim yolların belə bərbad gündə olmağının günahı Şahin İbadov kimi məmurlardadır.
Görəsən  belə bir xırda məmurun arxası kimdir ki, belə arxayın olub?
Şahin İbadov hazırda həbsdə olan  Azərbaycan Beynəlxalq Bankının sabiq rəhbəri Cahangir Hacıyevin qohumudur. Məlumatlı şəxsin Gundelik-Baku.com-la paylaşdığı informasiyadan bəlli olur ki,  Şahin İbadov Şəkidə çalışdığı müddət ərzində adıçəkilən rayonda o yer qalmayıb ki, oranı zəbt etməsin. O  Beynəlxalq Bankının sabiq rəhbəri ilə qohumluğundan istifadə edərək Şəki rayonundakı ən gəlirli müəssisələri müxtəlif yollara ucuz qiymətə özününküləşdirib. 
Hazırda Şahin İbadovun adıçəkilən rayonda çoxlu sayda obyekti var: «Deyilənlərə görə, Şahin İbadov 2004-2010-cu illərdə Şəki Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışmış Nazim İbrahimov və sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevin vasitəsilə «Promkombinat» adı ilə tanınan «Şəki Tikinti Sənayesi Malları» ASC-ni də özəllişdirib. Bildirilir ki, o, bir müddət sonra həmin müəssisəni dəyərindən bir neçə dəfə baha qiymətə dövlətə satıb. İndi isə «Promkombinat»ın ərazisində bayraq meydanı tikilib. Buradan belə çıxır ki, Şahin İbadov dövlət müəssisəsini bir sıra yollara baş vurmaqla ucuz qiymətə özəlləşdirsə də, bir müddət sonra həmin müəssisəni əsl sahibinə, yəni dövlətə baha qiymətə satıb». Bu arada, orta məktəbin 8-ci sinfini bitirən Şahin İbadovun bir zamanlar boz rəngli «Moskviç 408» markalı avtomobil sürdüyünü deyən mənbə bildirir ki, Azərbaycan Beynəlxalq Bankının sabiq rəhbəri Cahangir Hacıyevin dəstəyilə hazırda o, 10 AA 709 dövlət nömrə nişanlı, qara rəngli «Lexus»da gəzir: 
Deyilənlərə görə, hazırda asfalt zavodlarından birinin  müdiri vəzifəsində çalışan Şahin İbadovun Şəki şəhərinin mərkəzində qiyməti 100 minlərlə ölçülən 2 kafesi var. Hələ bu, harasıdır. Bildirilir ki, Şahin İbadov Şəki şeben zavodunun, Şəki sünbül çörəyin ərazisini, Şəki diş poliklinikasını  özəlləşdirib. 
Şahin İbadov həm də Bakıda  xeyli sayda mənzillərə sahibdir. Təkcə Lider TV-nin yaxınlığında  bir neçə dəbdəbəli villası,mənzilləri var.
Başqaları kimi Şahin İbadovun avtomobil kolleksiyaslı da var. Hamısı da 300 minlik xarici avtomobillər. 10 AA 798 seriyalı S KLASS, 10 YY 798 seriyalı E KLASS Mercedes və s. 
Şahin İbadov da digər məmurlardan geri qalmır, qudalıq adətlərinə əməl edir. 
Məlumat üçün bildirək ki, Şahin İbadov Nərimanov RİH-sabiq müavini Şahmar İbadovla quda olublar. Növbəti yazıda İbadovların ortaq biznesindən bəhs edəcəyik.
 
gündəlik bakı


Tarix: 24-03-2021, 18:49 Oxunub: 1 059


Bölməyə aid digər xəbərlər
13-02-2021, 12:10 Oqtay Əsədov həbs edilir?