09:44 / 05-06-2026
Rəna Bayramova: Azərbaycan yaşıl enerji keçidinin ön sıralarındadır
16:37 / 04-06-2026
Sabirabadda “Vətənimdir Azərbaycan!” layihəsinin ilk tədbiri keçirilib
11:12 / 03-06-2026
Anar Nəbiyev: "Təbii sərvətlərdən düzgün istifadə üstünlüklərə yol açır"
21:20 / 01-06-2026
Meydandakı qadın faktoru - S T E F A N İ: - yenə sevgidən nifrətə....
15:58 / 01-06-2026
Bəhruz Niftəliyev - "Qarabağda doğulan azadlıq şəfəqləri Qərbi Azərbaycana da düşəcək"
14:37 / 01-06-2026
Paşa Hadıyev: "Aqrar sahədə böyük addımlar atılıb"
10:22 / 01-06-2026
Anar Nəbiyev: "Bizim dünya miqyasında çox müsbət imicimiz var"
12:14 / 26-05-2026
Asəf Salmanov: "Demokratik dövlət nümunəsi"
17:32 / 25-05-2026
Qazaxda 28 May - Müstəqillik Günü münasibətilə tədbir keçirilib
13:03 / 25-05-2026
Anar Nəbiyev: "Müstəqilliyimiz əbədidir, dönməzdir"
07:16 / 22-05-2026
“VƏTƏN MÜHARİBƏSİ QƏHRƏMANI KƏLBƏCƏRƏ USTA KİMİ APRILIB ALDADILDI- “A-KOND 1” ŞİRKƏTİ ONLARIN PULLARINI VERMİR-İDDİA
08:36 / 21-05-2026
Anar Nəbiyev: WUF13: "Azərbaycana böyük etimadın bariz nümunəsi"
10:51 / 20-05-2026
Polad Ağakişiyev: "Nəticələr uğurlu olacaqdır!"
17:17 / 18-05-2026
Qazaxda 18 may - Beynəlxalq Muzeylər Günü qeyd olunub
10:27 / 14-05-2026
Bakıda ənənəvi III Kəlağayı Festivalı keçiriləcək
08:20 / 11-05-2026
Anar Eminov: “Müasir universitetlərin gələcəyi yaşıl düşüncə, sağlam həyat tərzi və sosial məsuliyyət fəlsəfəsi üzərində formalaşır”
07:23 / 11-05-2026
Mingəçevir Dövlət Universitetində “I Yaşıl Kampus İdman Festivalı” keçirilib
00:03 / 10-05-2026
Mingəçevir Dövlət Universiteti WURI 2026 beynəlxalq innovasiya reytinqində dünyanın “TOP 100” universitetləri sırasında yer alıb
18:03 / 08-05-2026
Qazaxda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş daha bir tədbir...
17:50 / 08-05-2026
Qazaxda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103 - cü ildönümü münasibətilə silsilə tədbirlər davam edir
10:14 / 08-05-2026
Çingiz Məmmədov: "Prinsipial mövqeyin aydın ifadəsi"
19:32 / 07-05-2026
Fəridə Ləmanın Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevə həsr etdiyi “Onu zaman seçib” kitabının təqdimat mərasimi keçirildi
17:43 / 07-05-2026
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103 - cü ildönümü münasibətilə silsilə tədbirlər davam edir - Qazaxda
13:57 / 07-05-2026
Anar Nəbiyev: "Dostluğumuz münasibətlərimizdə dərin köklər salıb"
10:12 / 07-05-2026
Anar Nəbiyev: "Sabit və dayanıqlı gələcəyə doğru"
09:41 / 07-05-2026
İsgəndər Qurbanov: "Çoxşaxəli və dayanıqlı əməkdaşlıq"
10:04 / 06-05-2026
"Vətənimdir Azərbaycan!” adlı layihənin icrasına start verilib
16:54 / 05-05-2026
“Biz səhnəyə çıxmırıq, biz baxışları dəyişirik” — Elnar Musayev ilə fərqli müsahibə
10:38 / 05-05-2026
Babək Vələdov: "İdman sahəsində daha böyük zirvələr fəth olunacaq"
16:14 / 04-05-2026
Qazaxda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş silsilə tədbirlər davam edir
11:51 / 04-05-2026
Anar Nəbiyev: "Azərbaycan idman ölkəsi kimi dünyada böyük nüfuz qazanıb"
10:44 / 01-05-2026
TƏBİB-in tabeli tibb müəssisələrinə yeni rəhbər şəxslər təyin olunub
''AZERYOLSERVİS''in rəhbəri Saleh Məmmədov AZƏRBAYCANI belə talayır: İstanbulda biznesmen, Bakıda yolçəkən (TƏHLİL)

“Subhan Turizm Yatırımları ve Dış Ticaret Limited” şirkəti (qeydiyyat № 693225) 2009-cu ilin mart ayında Hanifi və Sinan Tekinlər təsis ediblər. May ayında Hanifi Tekin 990.000 lirəlik payını Vüsal Kazımova satıb. Vüsal Kazımovun Saleh Məmmədovun villası ilə qonşuluqdakı F2 saylı villada yerləşən şirkətin adı sonradan dəyişdirilib və “ACR İnvestment Dış Ticaret Limited” adlandırılıb. Otel biznesi sahəsində fəaliyyət göstərən bu şirkətdə 2015-ci ildə Vüsal səhmlərini Samir Zakir oğlu Muxtarova, 2019-cu ilin mayında isə Samir Vüsala ötürüb.
Göründüyü kimi, həm Saleh Məmmədov, həm də Vüsal Kazımovun Tekin ailəsi ilə biznes ortaqlığı var. V. Kazımov 25 yaşındaykən türk işadamı, “AzerTurk Group”-un sahibi ”Hanifi Tekin ilə “Azerturk İnvestment Dış Ticaret Limited” şirkətini yaradıb. İlyarım sonra o, payını S. Məmmədovun digər ortağı Salih İlhana sataraq şirkətdən ayrılıb.
Bölməyə aid digər xəbərlər
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) rəhbəri Saleh Məmmədovun Türkiyədə bir neçə kommersiya şirkəti var. Onun bu vəzifədəykən bizneslə məşğul olması “Korrupsiyaya qarşı mübarizə haqqında” qanuna ziddir.
O, İstanbuldakı dəyəri 1 400 000 lirə olan villasının eyvanından Formula 1 yarışlarının keçirildiyi şüşətək hamar trekdə şütüyən avtomobilləri asanlıqla izləyə bilər. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İH sədri burada 300 kvadrat metrlik üçmərtəbəli (zirzəmisi və yeraltı avtoqarajı ilə birlikdə) villaya sahibdir.
S.Məmmədov prestijli “Pakville İstanbul” yaşayış və əyləncə kompleksində villa tipli 5 otaqlı mənzil almış Azərbaycanın dövlət büdcəsi hesabına maliyyələşdirilən avtomobil yolları təsərrüfatının yeganə rəsmisi deyil.
İstanbulda çoxsaylı şirkətləri olanlar arasında başqa bir AAYDA təmsilçisi – qurumun İnvestisiyalar idarəsinin rəisi Cəmil Sabir oğlu Rüstəmxanlı da var.
Bütün bunlar barədə növbə ilə…
Türkiyənin rəsmi mənbələrinə görə, AAYDA rəsmisi Saleh Məmmədov İstanbulun azı iki vergi dairəsində (Çeşmə və Sarıqazi) qeydiyyatdadır (vergi ödəycisi nömrəsi: 6111099457 və 6110509098). Bakıda isə onun və ailə üzvlərinin qeydiyyatı Xanlar küçəsi, 40 nömrəli binadakı mənzillərdən birinədir.

Oğlunu 18 yaşında biznesə gətirdi…
“Saha İnvestment Dış Ticaret Limited” şirkəti (qeydiyyat № 698908) 2009-cu ildə Saleh Məmmədov və Hanifi Tekin tərəfindən 51/49 faiz nisbətində 100 000 lirə kapitalla qurulub. O zaman S.Məmmədov “Azəryolservis” ASC-nin (indiki AAYDA – red.) 1 saylı Yol İstismar İdarəsinin rəisi idi. S. Məmmədov şirkətin ofis ünvanını (Akfirat Tepeören məhəlləsi, Atatürk Caddəsi, № 2 – İstanbul Parkville, F1 villası) həm də Türkiyədəki mülkü kimi təqdim edib. 2010-cu ilin iyununda ortaqlar arasına 26 yaşlı Vüsal Kazımov daxil olub və üçlüyün şirkətdəki payları demək olar ki bərabər şəkildə bölünüb. Şirkət daha sonra Atatürk məhəlləsi, Alemdağ Cad. № 58, mənzil 7 ünvanına köçüb. 2012-ci ilin fevralında Vüsal Kazımov şirkətdəki payını Hanifi Tekinə sataraq ortaqlığı tərk edib. Saleh Məmmədov yük daşımaları və anbar xidmətləri göstərən bu şirkətin direktorudur.
“ACR Dış Ticaret Limited” şirkətini (qeydiyyat № 695592) 2009-cu ilin aprelində Sait İlhan və Erkan Acar təsis ediblər. May ayında Erkan Acar
490 000 lirəlik payını Saleh Məmmədova satıb və şirkətin adı “Subhan Dış Ticaret Limited”ə dəyişdirilib. 2016-cı ilin noyabrında Sait İlhan isə 10 000 lirə dəyərində səhmlərini Saleh Məmmədovun oğluna – Sübhan Məmmədliyə (vergi ödəyicisi nömrəsi: 6110636299) satıb. Topdansatış və idxal-ixrac əməliyyatları ilə məşğul olan şirkətə 2017-ci ilin avqustundan Sübhan Məmmədli rəhbərlik edir. Bu şirkət də ofisi S.Məmmədovun “Parkville İstanbul”dakı villasında yerləşir.
“Emineller Metal Sanayi ve Dış Ticaret A.Ş.”-nin (qeydiyyat № 353130) təsisçilərinin 2015-ci ilin dekabrında keçirilən toplantısında Sübhan Məmmədli nümayəndəsi Sertaç Bulut vasitəsilə təmsil olunub. İclasda məlum olub ki, 1996-cı ildən fəaliyyət göstərən və Tekin ailəsinə məxsus olan bu şirkətin yarısına Sübhan Məmmədli nəzarət edir. 1 milyon lirə kapitalı olan şirkətin səhmləri artıq onun mülkiyyətində idi. “Azəryolservis” ASC-nin sədri vəzifəsini icra edən Saleh Məmmədovun oğlunun o zaman cəmi 18 yaşı vardı. 2017-ci ilin oktyabrında baş tutan növbəti yığıncağa da Sübhan Məmmədli qatılmamışdı. Amma artıq o vaxt Sübhan əlvan metallarla ticarət edən bu şirkətin tək sahibi idi. Notarial sənədlərdə onun yaşayış yeri kimi Bakı şəhəri, Məhsəti küçəsi, ev 25/12 göstərilir. Cəmi 2 ay sonra, 2018-ci ilin yanvarında S. Məmmədli 1 milyon lirə dəyərində səhmlərini Erkan Acara və Berat Şahinə sataraq şirkəti tərk etib.
Göründüyü kimi, həm Saleh Məmmədov, həm də Vüsal Kazımovun Tekin ailəsi ilə biznes ortaqlığı var. V. Kazımov 25 yaşındaykən türk işadamı, “AzerTurk Group”-un sahibi ”Hanifi Tekin ilə “Azerturk İnvestment Dış Ticaret Limited” şirkətini yaradıb. İlyarım sonra o, payını S. Məmmədovun digər ortağı Salih İlhana sataraq şirkətdən ayrılıb.
Maraqlıdır ki, onlardan başqa da H. Tekinin azərbaycanlı ortağı var. 2010-cu ildə Bakıda təsis edilən “Aztürk Group” ASC-də onun şəriki məişət kimya məhsulları istehsalçısı – “NB Qrup” ASC-nin sahibi Ruslan Eyyubovdur. O, general Bəylər Eyyubovun qardaşı oğludur.
Vyana, London, Şəki arasında
AAYDA şefinin oğlu Sübhan Məmmədlinin digər biznes fəaliyyətlərinə gəlincə, o, yaşının azlığına baxmayaraq, Türkiyədən başqa Azərbaycan, Avstriya və İngiltərədə də fəaldır.
Sübhan Məmmədli 2016-cı ilin yayında Vyanada (Avstriya) yaradılan “AZSN Servis GmbH” (qeydiyyat № 457017i) şirkətində 49%-lik iştirak payını 2017-ci ildə alıb. Bundan sonra şirkət “S.M.A.N Business Solutions GmbH” adlandırılıb. 35 min avro səhmdar kapitalı olan şirkət daşınmaz əmlak, ticarət və tikinti biznesi ilə məşğuldur.
Sübhan Londondakı “Splento Ltd” şirkətinin (qeydiyyat № 09595739) Biznesin İnkişafı Departamentinin direktorudur. O, həm də şirkətin 40 səhmdarından biridir. Peşəkar fotoçəkiliş xidmətləri göstərən şirkətə qoşularkən S. Məmmədli yaşayış yeri kimi Quinstoun Yolu, Camellia House apartamentindəki 24 nömrəli mənzili göstərmişdi. Britaniya mənbələrinə görə, 2018-ci ilin mayında bu mənzil üçün 1.250.000 funt və ya 2,7 mliyon manat ödənilib.
Ötən ilin noyabrında Yevlax-Zaqatala avtomobil yolunun üzərindəki Çayqaraqoyunlu kəndi (Şəki rayonu) ərazisində SOCAR brendi altında yeni yanacaqdoldurma məntəqəsi istifadəyə verildi. “Socar-Petroleum” QSC-nin inşa etdiyi bu YDM-in sifarişçisi Sübhan Məmmədlidir. Şəki Rayon İcra Hakimiyyəti 4 000 kvadratmetr ərazidə obyektin tikintisinə 2 il öncə, yanvar ayında icazə vermişdi.
Bu YDM “Socar-Petroleum”-a icarəyə verilib. 2018-ci ilin aprel ayında isə Şəki ilə qonşuluqdakı Qax rayonun meşələrlə əhatə olunan Qaxbaş kəndində S. Məmmədliyə məxsus ikimərtəbəli, ümumi sahəsi 600 kvadratmetrdən çox olan villa istifadəyə verilib. Evin tikildiyi 24 sot torpaq sahəsi 2016-cı ilin yayında – Sübhan 19 yaşındaykən satın alınmışdı.
Avtomobil yollarına sərmayələr və film çəkilişi, metal ticarəti…
AAYDA-nın İnvestisiyalar idarəsinin rəisi Cəmil Sabir oğlu Rüstəmxanlı da biznesmendir. Hazırda onun İstanbulda 3 şirkəti var. “Angel Film Yapım Prodüksiyon Ticaret Limited” (öncəki adı: “Angel Gayri Menkkul İnşaat Enerji ve Nakliye Sanayi Ticaret Limited”), “STM İç ve Dış Ticaret A.Ş.” və “Angel Enerji Turizm Restoan Sanayi Ticaret A.Ş.” şirkətləridir. Nizamnamə kapitallarına 1.100.000 lirə yatırılan, film çəkilişləri, qiymətli metalların ticarəti və enerji istehsalı sahələrində fəaliyyət göstərən bu şirkətlərin ikisinə C. Rüstəmxanlı özü rəhbərlik edir. AAYDA-nın vəzifəli şəxsinin Azərbaycanda təsisçisi olduğu şirkətlər də var.
“Qanun yasaq edib”
Azərbaycanda vəzifəli şəxslərə xidməti vəzifəsini icra etdiyi dövrdə ödənişli vəzifə tutmaq və ya fəaliyyət növü ilə məşğul olmaq (elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla) qadağandır. “Korrupsiyaya qarşı mübarizə haqqında” qanuna görə bu hərəkətlər korrupsiyaya şərait yaradan hüquqpozmalar sayılır.
Hüquqşünas Elnur Əliyev deyir ki, 2017-ci ildən etibarən bu tələb publik hüquqi şəxslərin rəhbərlərinə və işçilərinə də şamil edilir.
“Qanunda korrupsiya hüquqpozmalarına yol vermiş şəxslərin intizam, inzibati və cinayət məsuliyyətindən danışılsa da, İnzibati Xətalar Məcəlləsində bu hallar inzibati xəta kimi nəzərdə tutulmayıb. Ona görə də korrupsiya hüquqpozmalarına yol vermiş şəxslər ya cinayət məsuliyyətinə, ya da işəgötürən tərəfindən intizam məsuliyyətinə cəlb olunurlar”, – hüquqşünas bildirib.
“Korrupsiyaya qarşı mübarizə haqqında” qanun 2005-ci ildə qəbul ediləndən bəri vəzifəli şəxslərə qarşı məhz bizneslə məşğul olduqlarına məsuliyyət tədbiri görülməsi haqda məlumata rəst gəlinməyib.
Saleh Məmmədov və Cəmil Rüstəmxanlı onlara ünvanlanan informasiya sorğularına cavab verməyiblər.
Müəllif: Hafiz Babalı
Tarix: 12-03-2021, 08:51 Oxunub: 1 943
Bölməyə aid digər xəbərlər
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO
13-09-2020, 18:35
Karantin rejimi ilə bağlı yeni qərar - BU MƏHDUDİYYƏTLƏR QALIR
8-02-2021, 08:33
Saleh Məmmədovun Şuşada iqamətgah sahibi olmaq "haqqı"
21-07-2020, 18:03
İlham Əliyev və Mehriban Əliyeva Bakıda təqdimat mərasimində - YENİLƏNİB + FOTO/VİDEO
13-02-2021, 12:10
Oqtay Əsədov həbs edilir?
27-07-2020, 23:21
İlham Əliyev yeni təhsil nazirini qəbul etdi - YENİLƏNİB + FOTO/VİDEO
4-08-2020, 20:35
Büdcəyə dəyişiklik layihəsi plenar iclasa tövsiyə olundu
19-07-2020, 18:01
İdman jurnalistikası: Keçmişi, indiki problemləri və ümidli gələcəyi
14-12-2020, 20:19
Azərbaycanın ən varlı qocasının yüz molyonlarla ölçülən sərvəti - Cavid Qurbanovun atası....
26-12-2020, 18:17
Rövşən Məmmədovun fiaskoya uğrayan iki saatlıq canlı yayımı və AZTV-də bədbəxt hadisə-ŞOK TƏHLİL
20-10-2020, 16:36
Prezident İlham Əliyevin xalqa müraciətinin TAM MƏTNİ
9-01-2021, 23:52
Suqovuşana bayraq sancan əsgərə ev verən “Cavid-2016” əsgər ailəsinin evini dağıdıb
24-07-2020, 18:07
Rəna xanım Paşayevanın xatirəsinə: “Əlvida, gözəl insan”
17-11-2020, 12:47
İlham Əliyev və Mehriban Əliyevanın Füzuli və Cəbrayıl səfəri -TAM MƏTN
20-07-2020, 14:24
Qurban Qurbanov: “Rəşadın gedişi ən istəmədiyim ayrılıq idi”
26-07-2020, 17:01
Çörəyi şərəfini satmaqla əldə edənlər
10-02-2021, 12:37
Abşeronun başçısı İradə Gülməmmədovanın qurduğu qanunsuz biznes səltənəti - FAKTLAR
14-01-2021, 13:38
Yanvardan ödədiyimiz pulla hansı tibbi xidmətlər göstəriləcək?
20-07-2020, 17:15
AZAL hər gün Bakıdan İstanbula uçuşlar həyata keçirəcək
22-07-2020, 21:04
Şəhid ailələri və müharibə əlillərinin mənzillə təminat proqramı ildən-ilə gücləndirilir
















