11:19 / 21-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
11:52 / 20-11-2024
Sabah hava necə olacaq?
18:56 / 19-11-2024
Prezident Fərman imzaladı
Saleh Məmmədov Bakı-Quba yolunun açılışında dövlət başçısından nələri gizlətdi?

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində qəribə bir abı-hava var.Burada iş görməkdən
 daha çox klanlar arasında mübarizə gedir.Yol çəkilişi üçün ayrılan dövlət vəsaitlərinin bölüşdürülməsi üstündə. Təbii ki,əsas klana İdarə Heyətinin sədri Saleh Məmmədov başçılıq edir.Yəni, sifarışçi də Salleh Məmmədovdu.icraçı da Saleh Məmmədov. Ortada qazanan da təbii ki,sədrin adamlarıdır.Çünki Saleh Məmmədov yolların çəkilməsi üçün dövlət vəsaitini ayırdıqdan sonra tikinti missiyasını öz yaxınlarına həvalə edir.Sədrin yaxınları tərəfindən çəkilən yollar isə istismara verildikdən çox keçməmiş ya dağılır,ya da şökür.

Açılışı dünən olan Bakı-Quba avtomobil yolunun iş icraçısı kimdir, AAYDA-ya tabeli qurumdur,yoxsa hamsısa özəl bir şirkətdir deyə bilmərik. Amma başqa demək istədiyimiz, görünməyən çox məsələlər var ki,diqqətinizə çatırmazdan əvvəl sözügedən yolun açılışını bir daha xatırlatmaq istərdik.

Aktualinfo.org məlumat üçün bildirir ki,dekabrın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 7,5 kilometrliyindən Masazır dairəsinədək olan hissəsinin yenidən qurulması çərçivəsində görülən işlərlə tanış olub.Dövlətimizin başçısı daha sonra “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin tərkib hissəsi olan Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun 30 kilometrlik birinci hissəsinin açılışında da iştirak edib.

Qeyd edək ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda son illərdə mühüm sosial və iqtisadi əhəmiyyəti ilə seçilən infrastruktur layihələri həyata keçirilir. Bunlar ümumilikdə ölkəmizin iqtisadi potensialını möhkəmləndirir, əhalinin sosial vəziyyətinin daha da yaxşılaşdırılması istiqamətində aparılan işlərə böyük töhfə verir. Dövlətimizin başçısının sərəncam və tapşırıqlarına uyğun inşa olunan Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil magistralı yol infrastrukturu layihələrinin genişlənməsi, onların daha da müasirləşdirilməsi istiqamətində atılan növbəti mühüm addımdır. Bu layihə çərçivəsində yolun 7,5 kilometrliyindən Masazır dairəsinədək olan hissəsinin yenidən qurulması başa çatıb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov işlərin icrası ilə bağlı dövlətimizin başçısına məlumat verdi. Layihə çərçivəsində Xırdalan dairəsinin altından keçən avtomobil tuneli genişləndirilməsi,hər bir istiqamət üzrə əlavə tunellərin inşa edilməsi,bundan başqa, yenidənqurma işləri zamanı Xırdalan dairəsinə qalxan və düşən hissələrdə iki hərəkət zolaqlı yolun inşa olunması barədə məlumat verən Saleh Məmmədov görülən işlərin bu istiqamətdə yaranan tıxacların qarşısının alınmasında, avtomobillərin hərəkətinin intensivliyinin, sürücülərin və sərnişinlərin təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynadığını dövlət başçısının diqqətinə çatdırdı.

Qeyd edək ki,layihəyə uyğun olaraq Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Xırdalan dairəsi yaxınlığında yeni dəmir yolu körpüsü də tikilib.

Prezident İlham Əliyev “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin tərkib hissəsi olan Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun Xızı rayonunun Yaşma və Giləzi qəsəbələri arasında yerləşən 30 kilometrlik birinci hissəsinin açılışında da iştirak edib.

Bütün bunlar hamının gördüyü,yəni üzdə olanlardır. Lakin hamının gördüyü,Saleh Məmmədovun isə görüb gizlətmək istədiyi başqa məsələlər də var.Bəs rellıq necədir? Bakı-Sumqyıt üzrə hərəkət edən taksi sürücülərinin verdikləri məlumata görə 2008-ci ildə inşa edilmiş və yarrasız hala düşmüş Quba-Bakı magistral beton yolunun tərkib hissəsində olan Ceyranbatan-Saray istiqamətinin 2-ci kilometrliyində 20 gün əvvəl,yeni salınmış asfat yolun orta hissəsinin 20 kv.m sahəsində açılışdan 2 gün əvvəl çökmə baş vermişdir. Bu çokmənin hansı səbəbdən baş verməsi indi bizim üçün önəm daşımır.Sabah yeni çəkilmiş yolun hansısa digər bir hissəsində də çökmə baş verərsə, buna da təəccüblənmərik. Çünki yuxarıda qeyd etiyimiz kimi,yolların çəkilişində çoxsaylı qüsurlara yol verilir, normativ qaydaların heç birinə əməl olunmur.

Məlumat verənlərin sözlərinə görə yol çökdükdən dərhal sonra iş içraçıları tərəfindən asfaltın salınması işində iştirak edən texnikanın demək olar ki, yarısı tezbazar yeni salınmış və istifadəyə verilmiş asfaltın çökən hissəsinin bərpası işinə cəlb edilmişdir.Biz verilən məlumatın ciddiliyini əvvəlcə şübhə altına alsaq da,əməkdaşımız hadisə yerində oldu. Çəkdiyi foto görüntülər bir daha təsdiq etdi ki, Ceyranbatan-Bakı istiqamətində yenicə istifadəyə verilmiş asfaltın təxminən 20 kv.m sahəsində çökmə baş vermişdir. Yaxşı ki, bu yoldakı avtomobillərin hərəkət intensivliyinin çox olmasına baxmayaraq hər hansı qəza hadisəsi qeydə alınmamışdır. Belə aktual məslənin digər marqlı tərəfinə diqqət yetirsək,bu ustalıqlla ölkə başçısından gizlədilməsidir. Respublikamızın “şimal qapısına” gətirib çıxaran yolun 15 gün içində yarasız hala düşməsi hadisəsini yəqin ki, Ginnesin “Rekordlar Kitabı”na salınacaq bir real hadisə hesab etmək olar. Doğrudan da hələ indiyədək dünyanın istər inkişaf etmiş və ya etməmiş ölkələrinin heç birində belə bir analaoji hadisə baş verməmişdir ki, təzə istismara verilən magistaral yolun asfalt qatı 15 gün ərzində tam yararsız hala düşsün.

Konkret olaraq belə nəticəyə gəlirik ki, baş vermiş hadisə bir daha AAYDA rəhbərliyinin magistaral yollararın çəkilişinə və saxlanmasına ayrılan milyonları bədii dillə desək “küləyə verməklə” məşğuldur. Bu hadisə bir daha sübut edir kİ, AAYDA –ya yol çəkilişi üçün ayrılan milyonlarla vəsaitin çox hissəsi mənimsənilir,işlərə isə çox səthi yanaşılır.Qeyd etdiyimiz kimi olmasaydı belə biabırçılıq baş verməzdi. AAYDA-da bir tərəfdən cənab prezidenti Bakı-Quba yolunun bir hissəsi olan Masazır dairəsinə qədər olan 7.5 km və Xızı rayonunun Yaşma və Giləzi qəsəbələri arasında yerləşən 30 kilometrlik birinci hissəsinin açılışında da iştirak etməsini və qırmızı lentin kəsilməsinə şərait yaradıb,yalan raport verirlər. Digər tərəfdən isə həmin gün Bakı-Quba yolunun 27-ci km-də 15 gün əvvəl istismara verilmiş yeni yolda baş vermiş çökmənin təkrar təmiri ilə məşğul olur, baş vermiş hadisəni cənab prezidentdən gizlədirlər.

Bu biabırçılığa AAYDA rəhbərliyi nə ad verə bilər? Hesab edirik ki, dünən baş vermiş bu hadisə irimiqyaslı korrupsiya faktından xəbər verir və yolların çəkilişində törədilən və törədilməkdə davam edən maliyyə maxinasiyalarını araşdıraraq hüquqi qiymətin verilməsi üçün təcili olaraq xüsusi dövlət komissiyasının yaradılması zəruriyyətə çevrilmişdir. Bizdən təklif. Nəticəsini isə necə deyərlər yaşayarıq görərəik.


Tarix: 1-01-2021, 14:19 Oxunub: 1 226


Bölməyə aid digər xəbərlər