11:19 / 21-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
11:52 / 20-11-2024
Sabah hava necə olacaq?
18:56 / 19-11-2024
Prezident Fərman imzaladı
Rövşən Məmmədovun fiaskoya uğrayan iki saatlıq canlı yayımı və AZTV-də bədbəxt hadisə-ŞOK TƏHLİL


Ötən gün Aztv sədri Rövşən Məmmədov iki saata yaxın “Facebook” üzərindən canlı yayımla çıxış elədi. Aldığımız məlumata görə görüşdə iştirak edənlər mətbuat xidmətinin rəhbəri Nərgiz xanıma bilavasitə yaxın olan jurnalistlər idi. Buna sübut olaraq qeyd etmək olar ki, Rövşən Məmmədov jurnlaist Famil Fərhadoğlunu tanıyaraq tələbəsi olduğuna görə sözü bəh-bəhlə ona verdi. Xub, öz tələbəsidir, özü bilər. Amma mənim sözümün qayəsi odur ki, Rövşən Məmmədov və onun komandası AzTv-ni tənqid edən jurnalistlərə “kloun”, “reket” deyir və onlarla üzbəüz görüşə gəlməkdən çəkinirlər. Niyə? Rövşən Məmmədov əgər deyilənlərlə, yazılanlarla razılaşmırsa niyə onlarla dialoqa girməkdən çəkinir?
Rövşən Məmmədov iki saatdan artıq görüşdə demək olar hər şeydən danışdı.Televiziyanın studiyalarından tutmuş, AzTv-dəki islahatlara qədər. Görüş zamanı bildirdi ki, mənim qapım bütün əməkdaşların üzünə açıqdır. Aldığımız məlumata görə Rövşən Məmmədovun indiki və əvvəlki köməkçiləri qəbula gələn, dərdini demək istəyən əməkdaşların hər birinin qarşısında dəmir qapı olub dayanırlar.
Rövşən Məmmədov sədr təyin olunanda bütün kollektiv qarşısında əmək haqqlarının artırılmasını əməkdaşlara söz verib onların ölməkdə olan ümidlərini az qala diriltdi. Amma işdə yox, sadəcə sözdə. Bir az keçmiş AzTv-nin onlarla əməkdaşı işdən uzaqlaşdırıldı. Sürücülər və digər əməkdaşlar haqlı – haqsız öz işlərini itirdilər. Bu barədə mətbuatda az-çox silsilə yazılar yer alıb.
Rövşən Məmmədov çıxışında ayrılan dörd milyon manatın əməkdaşların əmək haqqlarına ayrıldığını qeyd edir. Amma açıq şəkildə intetnetdə sorğu aparsaq, AzTv-də çalışan həmkar dostları dindirsək təbii ki, Rövşən Məmmədovun dedikəri öz əksini tapmayacaq. Mən bir qələm əhli kimi mətbuat nümayəndələrinin hamısını tanıyıram. Demək olar çoxu ilə ünsiyyətdəyəm. Amma bu günə qədər heç birindən eşitmədim ki, AzTv-də hansısa jurnalist yaxşı əmək haqqına çalışır. Düzdür, AzTv-də yüksək və daha yaxşı maaş alanlar var. Amma onlar da sırf Rövşən Məmmədovun öz çevrəsinə aid olanlardır. Azərbaycan radisounda 300-350 manatdan artıq qanarar alan yoxdur. Rövşən Məmmədovun təbirincə desək Arif Alışanovun adamları elə az maaşa layiqdir. Rövşən Məmmədov canlı yayımda o dörd milyon məsələsində də səmimi və doğru olmadı.Yenə nə isə, deyib, burada da bitmiş fikri ifadə edib nöqtə qoymaq qərarına gəlirəm.
Rövşən Məmmədov canlı yayımda söyləyir ki, radionun əksər verilişlərini gecə on ikidən sonraya salmışıq. Mən azdan-çoxdan bir radio dinləyicisi kimi deyə bilərəm ki, Rövşən Məmmədovun radionun ixtisara saldığı verilişlər Azərbaycan milli-mədəni, mənəvi dəyərlərini təbliğ edən verilişlərdir. Halbuki ölkə başçısı və birinci vitse-prezident Mehriban Əliyeva bütün çıxışlarında milli mənəvi dəyərlərin təbliğini aşılayır. Rövşən Məmmədov isə xalqın milli mənəvi dəyərlərini xalqdan gizləyir, bunun əvəzinə radionun efir saatının yarıdan çoxunu musiqi, şou xarakterli verilişlərlə bəzəyir. Milli mənəvi dəyərləri, ədəbiyyat, incəsənət, aşıq yaradıcılığına aid olan verişləri isə kreativlik saymır. Kreativlik hesab etdiyi verilişlər isə plagiat verilişlərdir. Bunu tamaşaçılar da gözəl bilir. Rusiya və Türkiyə kanallarından götürülmə verilişləri AzTv-də yenilik kimi xalqa sırımaq heç də kreativlik deyil. Hər halda mən də kreativlik nədir az-çox anlayıram. Nitq mədəniyyətinə malik olmayan, dilimizin norma və qaydalarına uymayan danışıq tərzi, ana dilimizi korlayan ifadə və qeyri səmimi yanaşma kreativlik deyil. Dilimizə, xalqımıza, millətimizə xəyanətdir!!!
Rövşən Məmmədovun canlı yayımda söyləyir ki, Türkiyənin Haber Global kanalından AzTv-yə mütəxəssislər dəvət edib ki, “Master Klass”lar keçsinlər. Rövşən Məmmədovun nəzərinə yetirim ki, Haber Global 2018-ci ildə yaranıb. AzTv kanal olaraq dünyanın bir çox ölkələrində “Master Klass” keçəbiləcəyi halda, üç il təcrübəsi olan kanalı dəvət edilir. Hər halda bu da gülüncdür.
Rövşən Məmmədova AzTv-də redaktor probleminin olduğun söylədilər. Az Tv-də ona görə redaktor yoxdur ki, bu gün Rövşən Məmmədovun AzTv-yə cəlb elədiklərinin əksəriyyətinin mətndən, yazıdan, cümlədən xəbəri yoxdur. O adamlar bu günə qədər beş səhifəlik bir mətni oxumayıblar. Nə də bu günə qədər mətbuatda beş cümləlik məqalələri yer almayıb. Belə olan halda redaktor problemi labüd deyilmi?
Rövşən Məmmədov canlı yayımda danışdığı qədər səmimi deyildi. Bunu ötən gün həmin canlı yayımı izləyənlər də gözəl bilir. Canlı yayıma yazılan neqativ rəylər də dərhal silinirdi. Bu da qeyri-səmimiliyin bariz nümunəsidir.
Bildiyiniz kimi dünən AzTv-də bədbəxt hadisə baş verdi. Hadisədə AzTv-nin ərazisində olan üçmərtəbəli binada otaqlardan birinin tavanının çökməsi nəticəsində Videomateriallar şöbəsinin texniki işçisi 1996-cı il təvəllüdlü Gülverdi Gülverdiyev həlak olub.
Əməkdaşın həlak olması və baş verən hadisə barədə AzTv-nin özündə, xəbərlərin gecə buraxılışında nədənsə məlumat verilmədi. Aztimes.az olaraq Nərgiz xanıma müraciət edərək soruşsaq ki, bu hadisəni və rəhmətə gedən əməkdaşının faciəli surətdə həlak olmasını və baş verən hadisəni niyə gecə efirində səsləndirmədiniz? Kimdən gizlədirdirsiniz? Hərçənd verəcyiniz cavabı da bilirik. Çünki siz bir dəfə bizə çox asanlıqla “reket” demisiniz. Amma unutmayın ki, dediyiniz sözə görə sizi çox ciddi məsuliyyət gözləyir. Həsən Bəy Zərdabi yolunun davamçısı olaraq bildirirəm ki,lap elə onun goruna and içib deyirəm ki, mən ” reket” deyiləm.”
Pərvin Abışova /AzTimes.az/


Tarix: 26-12-2020, 18:17 Oxunub: 1 004


Bölməyə aid digər xəbərlər
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı