21:37 / 20-09-2024
15 yaşlı oğlan bıçaqlandı
Demokratiya bu dəfə qulağından vuruldu...

Dünya tarixinə nəzər yetirsək, prezidentlərə qarşı ən çox sui-qəsd cəhdinin təşkil olunduğu ölkələrdən birinin ABŞ olduğunu görərik.

Bu gün ölkənin sabiq prezidenti və hazırkı prezidentliyə namizədlərdən biri olan Donald Trampa qarşı baş verən silahlı hücum da, bu siyahının davamı ola bilər.

Bu məqamda ABŞ tarixində prezidentlərə qarşı baş verən sui-qəsd hücumlarının xronologiyasını təqdim edirik:

Amerikada ilk dəfə sui-qəsdə məruz qalan prezident Endrü Cekson olub. Hadisə 1835-ci il yanvarın 30-da Konqres binasının yaxınlığında baş verib. Naməlum şəxs atəş açmaq üçün prezidentə yaxınlaşan zaman hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən dərhal zərərsizləşdirilib. O, ifadəsində prezidenti işsizlik səbəbilə öldürmək istədiyini bildirib.

1865-ci ilin aprelin 12-də prezident Avraam Linkoln teatrda “Bizim Amerikalı əmioğlumuz” tamaşasına baxarkən tamaşanın aktyoru Con Uilks But tərəfindən qətlə yetirilib. 

Həmin gecə onunla birlikdə köməkçisi və xarici işlər naziri də sui-qəsdə uğrayıb, ancaq möcüzə nəticəsində xilas olublar. Linkolna olan sui-qəsdin gizli məqamları 1961-ci ildə açılıb. 

1881-ci il seçkilərində Respublikaçılar Partiyasının namizədi olaraq çox az səs fərqi ilə ABŞ-nin 20-ci prezidenti seçilən Ceyms Abram Qarfild vəzifəsinin icrasına başladıqdan 4 ay sonra Vaşinqton vağzalında əsəb xəstəsi olan Çarls Gito tərəfindən güllələnib.

Güllə yarası və qana keçən zəhərlənmə səbəbilə Qarfild həyatını itirib.
ABŞ-nin 35-ci prezidenti Con Kennediyə 22 noyabr 1963-cü ildə sui-qəsd təşkil edilib.

Dallasa səfəri zamanı maşında olarkən günorta saat 12:30-da snayper tüfəngindən iki dəfə atəş açılıb. Birinci güllə prezidentin boynuna, ikincisi isə başına dəyir. Həkimlər 25 dəqiqə ərzində xəstəxanaya çatdırılan Kennedinin həyatını xilas etməyə çalışsalar da, saat 1-də rəsmi olaraq liderin ölüm xəbəri elan edilir.

Sui-qəsdlə bağlı Amerika ordusunun keçmiş kəşfiyyatçısı Li Harvey Osvald həbs olunur və Dallas polis idarəsinin qarşısında Cek Rubi tərəfindən öldürülür.
13 Aprel 1993-cü ildə Küveytə səfərində Amerika prezidenti Corc Buş (ata Buş) Səddam Hüseynin adamı olduqlarını iddia edən bir qrup terrorçunun bombalı sui-qəsd cəhdinə hədəf olub.

Küveyt polisi təcavüzə son anda maneə ola bilib.
1933-ci ilin fevral ayının 15-də vəzifəyə başlamasına 1 ay qalmış Cüzeppe Zanqara adlı anarxist Florida ştatında prezident Franklin Ruzveltin çıxışı zamanı ona qarşı sui-qəsd etmək istəyib.

Zanqaranın boyu çox qısa olduğundan açdığı atəş hədəfə çata bilməyib. 
Oğul Corc Buş isə prezidentliyi dövründə 2 dəfə sui-qəsd cəhdinə hədəf olub.

İlk cəhd 2001-ci fevralın 7-də Ağ Evin qarşısında reallaşıb. Robert Piket adlı ruhi xəstə Ağ Evə yaxınlaşaraq atəş açmış, lakin məqsədinə nail ola bilməmişdi.

Buşa qarşı ikinci sui-qəsd cəhdi isə 10 may 2005-ci ildə olub. Onun Gürcüstan səfərində Tiflisdə xalqa müraciəti zamanı əl bombası atılıb. Ancaq bomba partlamayıb və erməniəsilli cinayətkar uğursuz sui-qəsd cəhdinin ardından saxlanılıb.
2008-ci il avqustun 24-də isə Demokratlar Partiyasının Denverdəki Konqresin işə başlamasına 1 gün qalmış 3 irqçi Barak Obamaya qarşı sui-qəsd planlaşdırdıqları üçün saxlanılıb. 

2009-cu il iyunun 10-da isə 88 yaşlı Ceyms Von Bruni adlı cinayətkar Vaşinqtondakı Soyqırım Anma Muzeyində təhlükəsizlik işçisini silahla öldürüb. İfadəsində ABŞ-nin problemlərində Obamanı ittiham edən Bruni sui-qəsdin əslində prezidentə qarşı təşkil edildiyini etiraf edib.

O, məhkəmə prosesi tamamlanmadan həbsxanada ölüb.

ABŞ-də prezidentlərlə bağlı son sui-qəsd hadisələrində Donald Trampın adı hallanır. 

İlk belə cəhd 2016-cı il iyunun 21-də baş verib. Las-Veqasda mitinq zamanı 19 yaşlı Maykl Sendford avtoqraf istəmək adı ilə Donald Trampa yaxınlaşıb, bu zaman  mühafizə xidmətinin əməkdaşının silahını götürməyə cəhd edib. Lakin son anda zərərsizləşdirilib.

İstintaq zamanı Maykl Sendfordun Böyük Britaniya vətəndaşı olduğu məlum olub. 


Trampa qarşı ikinci sui-qəsd cəhdi isə bu gün Trampın Pensilvaniyadakı çıxışı zamanı baş verib. Budəfəki hücumu təşkil edən 20 yaşlı Tomas Metyu Kruksdur.

Kruks Trampın çıxış etdiyi səhnədən 130 metr aralıda yerləşən istehsalat zavodunun damından atəş açıb.
Nəticədə Respublikaçılar partiyasının namizədi qulağından yaralanıb. Havaya buraxılan mərmilərdən biri isə mitinqdə olan qadına dəyib. Həmin qadın aldığı xəsarətdən həlak olub.


Tarix: 14-07-2024, 15:36 Oxunub: 323


Bölməyə aid digər xəbərlər
13-02-2021, 12:10 Oqtay Əsədov həbs edilir?