Müğənni Canet Cekson yeni “Janet Jackson” adlı sənədli filmində mərhum qardaşı, pop-kral Maykl Ceksonun onu artıq çəkisinə görə ələ saldığını və xoşagəlməz ləqəblərlə çağırdığını etiraf edib.
Canet deyib ki, uşaqlıqda qardaşı ilə çox yaxın olublar. Yeniyetməlik dövründə isə Mayklın ələ salmalarına dözməli olurdu: qardaş bacısının artıq çəkili olduğuna görə ona gülürdü və onu donuz adlandırırdı. Hələ o vaxtdan arıqlamağa çalışan Canet üçün bu sözlər çox ağrılı idi.
Daha sonra onların münasibəti soyumağa başladı. Canet etiraf edib ki, Maykl populyarlıq qazanan kimi ondan uzaqlaşmağa başladı, tədricən isə ümumiyyətlə ünsiyyət saxlamadı. Soyuq münasibətlərə baxmayaraq, onlar bərabər çalışmalı olurdular. Canet xatırlayır ki, “Scream” klipinin çəkilişləri zamanı onlar növbə ilə çalışırdı: Maykl çəkiliş vaxtı bacısının meydançaya buraxılmasına icazə vermirdi.
Canet və Maykl uşaqlıqda
Münasibətlərin bitməsinə baxmayaraq, Canet qardaşının reputasiyasından zərər çəkib. 1993-cü ildə Maykl Cekson ilk dəfə pedofiliyada ittiham ediləndə Canet ona dəstək olmağa çalışırdı, lakin buna görə şəxsi reklam anlaşmalarından olmuşdu. Belə ki, o, “Coca-Coca” şirkəti ilə müqavilə imzalamaq istəyirdi, amma ətrafında olan qalmaqala görə ona imtina cavabı verildi.
“Mən çox üzülmüşdüm. Hərəmizin öz həyatı var. Əlbəttə, o, mənim qardaşımdır, lakin bu hekayənin mənə heç bir aidiyyəti yoxdur”, – deyə Canet əlavə edib.
Maykl Cekson ömrünün son günlərinədək pedofilyada ittiham olunurdu. Özü isə hamısını inkar edirdi. Pop-musiqiçi 2009-cu ildə 50 yaşında dünyasını dəyişdi.
Maykl Cekson bacıları ilə
Daily Mail
Bölməyə aid digər xəbərlər