Şəhid Orxan Əsgərovun dəfn olunacağı yer və vaxt məlum olub

Şəhid Orxan Əsgərovun dəfn olunacağı yer və vaxt məlum olub.
Şəhid Orxan Əsgərov bu gün saat 12:00-da II Şəhidlər Xiyabanında dəfn olunacaq.
Qeyd edək ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə terror hücumu olub. Hücum edən şəxs avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Hazırda hadisənin istintaqı aparılır.
Yanvarın 29-da isə yerli vaxtla 22:00 radələrində Azərbaycanın İrandakı səfirliyinin əməkdaşlarını və səfirliyə hücum zamanı şəhid olan Orxan Əsgərovun cənazəsini gətirən təyyarə Bakıda Heydər Əliyev Hava Limanına eniş edib.
Ümumilikdə Tehrandan Bakıya 53 nəfər təxliyə edilib.


Tarix: 30-01-2023, 08:56 Oxunub: 372


Bölməyə aid digər xəbərlər


«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930