Azərbaycan dünyada sülhsevər, tolerant, multikultural bir dövlət kimi tanınır və öz siyasətini dinc, mehriban qonşuluq münasibətləri və heç bir dövlətin daxili işlərinə qarışmamaq prinsipləri üzərində qurur. 44 günlük Vətən müharibəsində əldə olunan Möhtəşəm Qələbə bir daha Azərbaycanın gücünü, qüdrətini, mübarizliyini, yenilməzliyini sübut etdi. Təbii ki, xalqımızn bu tarixi Zəfərini alqışlayanlarla yanaşı, gözü götürməyənlər də oldu. Belə mənfur qonşulardan biri də islamçılıqdan, müsəlmançılıqdan dəm vuran, 30 il işğal dövrü ərzində erməni təcavüzkarları ilə birlikdə işğal altındakı ərazilərimizdə daşı - daş üstə qoymayan, öz daxili problemləri qarşısında aciz qalan molla rejimidir.
Bəli, beynalxalq hüquq normalarına əsasən hər bir dövlətin borcudur ki, onun ərazisində fəaliyyət göstərən səfirliklərin, daimi nümayəndəliklərin təhlükəsizliyini təmin etsin. Bu gün səhər saatlarında Azərbaycan respublikasının İrandakı səfirliyinə edilmiş silahlı hücum, beynalxaq hüquqa zidd bir hadisə, əsl düşmənçilik mövqeyi, necə deyərlər, insanlığa yaraşmayan bir terror aktıdır. Dünyanın terrorla mübarizə apardığı bir zamanda Azərbaycan səfirliyinə hücum edərək mühafizə xidmətinin rəisini qətlə yetirməyi, səfirliyin iki nəfər mühafizə əməkdaşını yaralamağı necə başa düşmək olar ? Bu ancaq bir cinayət, necə deyərlər, əsl xəyanətdir.
Bu terror aktını törədənlər, bu qanlı hadisəyə rəvac verənlər unutmamalıdırlar ki, belə çirkin, alçaq hərəkətlərlə Azərbaycanın inkişafına, tərəqqisinə, artan nüfuzuna, dünyadakı sülhsevər mövqeyinə maneə ola bilməzlər. Azərbaycan dövləti hər an baş verən hər bir təhdidə, terrora adekvat cavab verməyə hazırdır. İnanırıq ki, tezliklə bu terror aktına rəvac verənlər və onu törədənlər müəyyənləşdiriləcək və öz layiqli cəzalarını alacaqlar.
Biz də bu qanlı hadisəni törədənləri lənətləyir, həlak olan həmvətənimizə rəhmət diləyir, yaralılarımıza şəfa arzulayırıq.
Anar Nəbiyev
YAP Qazax rayon təşkilatının sədri
Bölməyə aid digər xəbərlər