Yeni Azərbaycan Partiyasının yaranmasının 30 illiyinə həsr olunmuş idman və bilik yarışlarında iştirak edəcək gənclərlə görüş keçirildi... - Qazaxda

     11 oktyabr 2022-ci il tarixdə Qazaxda Yeni Azərbaycan Partiyasının yaranmasının 30 illiyinə həsr olunmuş “Nə? Harada? Nə zaman?” intellektual bilik yarışması, mini-futbol, sərbəst güləş, yunan –roma güləşi və şahmat üzrə Respublika  turnirlərində iştirak edəcək komandaların üzvlərinin iştirakı ilə tədbir keçirildi.
    YAP Qazax rayon təşkilatının inzibati binasında keçirilən tədbirdə ilk öncə müstəqil Azərbaycan dövlətinin, Yeni Azərbaycan Partiyasının yaradıcısı və qurucusu Ulu Öndər Heydər Əliyevin, eləcə də torpaqlarımızın işğaldan azad olunması və ərazi bütövlüyümüzün təmin olunmasında canlarından keçmiş Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olundu.
    Tədbiri giriş sözü ilə YAP Qazax rayon təşkilatının sədri Anar Nəbiyev açaraq bu mötəbər tədbirin əhəmiyyəti, məqsədi və məramı barədə ətraflı danışdı, gənclərə müvafiq tapşırıq və tövsiyyələrini verdi, komanda üzvlərinə uğurlar arzuladı. 
    Tədbirdə iştirak edən gənclər məsuliyyətlərini yaxşı başa düşdüklərini bildirdilər və yarışlarda rayon təşkilatını layiqincə təmsil edəcəklərinə söz verdilər.
     







Tarix: 11-10-2022, 17:30 Oxunub: 366


Bölməyə aid digər xəbərlər


«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930