Qazax rayonunda Heydər Əliyev Mərkəzində “Açıq qapı” günləri keçirilir...

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü 

münasibətilə Qazax rayonunda Heydər Əliyev Mərkəzində 

“Açıq qapı” günləri keçirilir.

Müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, Dahi Azərbaycanlı, Böyük Xilaskar, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə YAP Qazax rayon təşkilatı Aparatının işçiləri Qazax rayon Heydər Əliyev Mərkəzində "Açıq qapı” günlərində iştirak etmişlər və Ulu Öndər, Dahi Rəhbər Heydər Əliyevin abidəsi önünə tər qərənfillər düzərək onun əziz xatirəsinə hörmət və ehtiramlarını göstərmişlər. 

Sonra tədbir iştirakçıları Heydər Əliyev Mərkəzində Ümummilli Liderin şərəfli və mənalı  ömür yolunu əks etdirən fotostendlə tanış olmuş, kitab və jurnal sərgisinə baxmışlar. Ulu Öndərimizin böyük xilaskarlıq missiyasını və müstəqil Azərbaycanımızın həyatındakı müstəsna xidmətlərini əks etdirən filmi izləmişlər. 

Sonda Ümummilli Liderin şah əsəri olan Müstəqil Azərbaycanın xəritəsi ətrafında Dahi Rəhbərin uzaqgörən siyasəti, xilaskarlıq missiyası  barəsində geniş söhbətlər aparılmışdır. 


Tarix: 4-05-2022, 16:04 Oxunub: 1 246


Bölməyə aid digər xəbərlər


«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930