21:37 / 20-09-2024
15 yaşlı oğlan bıçaqlandı
Ümummilli Lider H.Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş idman yarışlarına start verildi... - QAZAXDA

    Yeni Azərbaycan Partiyası Qazax rayon təşkilatının, Qazax rayon Gənclər və İdman idarəsinin, “Qazax Gənclər Evi” sosial xidmət müəssisəsinin və Qazax Olimpiya İdman Kompleksinin təşkilatçılığı ilə Ümummilli Lider H.Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş həvəskar komandalar arasında mini - futbol üzrə Qazax rayon turnirinin, eyni zamanda həvəskarlar arasında şahmat üzrə rayon turnirinin keçirilməsinə start verilmişdir. 
     İdman yarışlarının keçirilməsinin əsas məqsədi Ulu Öndərimiz, dahi rəhbərimiz H.Əliyevin əziz xatirəsinin yad edilməsi, ona olan böyük hörmət və ehtiramın bir daha  təzahürü, rayonda bədən tərbiyəsi və idmanın rolunun artırılması, kütləviliyinə nail olunması, Qazax rayonu ərazisində futbol idman növünün inkişaf etdirilməsi və rayon gənclərinin asudə vaxtının səmərəli təşkilinə nail olmaqdır. 
     27 aprel 2022-ci il tarixdə bu məqsədlə “Qazax Gənclər Evi”ndə yarışların püşkatma mərasimi keçirilmişdir. Mərasimdə Yeni Azərbaycan Partiyası  Qazax rayon təşkilarının sədri Anar Nəbiyev, Gənclər və İdman İdarəsinin rəisi Vüqar Nəbiyev, “Qazax Gənclər Evi” sosial xidmət müəssisəsinin direktoru Vüsal Hüseynov, Yeni Azərbaycan Partiyasının fəalları, turnirdə iştirak edəcək mini futbol komandalarının məsul şəxsləri, eyni zamanda turnirdə hakimlik edəcək nümayəndələr iştirak etmişlər. Mini – futbol yarışları hərəsində altı komanda olmaqla iki qrupda keçiriləcəkdir. Sonda I, II və III yerləri tutmuş komandalar kubok və müvafiq diplomlarla təltif olunacaqlar.  


Tarix: 27-04-2022, 17:14 Oxunub: 837


Bölməyə aid digər xəbərlər
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı