13:17 / 02-12-2024
Sabah hava necə olacaq?
"Ümummilli Liderin Naxçıvandakı fəaliyyəti müstəqilliyə gedən yolun başlanğıcıdır"-Anar Nəbiyev



3 sentyabr 1991-ci il Azərbaycanın müstəqillik tarixinə yazılan əlamətdar günlərin başlanğıcıdır. Belə ki, ulu Öndər Heydər Əliyev həmin tarixdə Naxçıvan MR Ali Məclisinin sədri seçilmişdi. Dövlət başçısı İlham Əliyevin “Onun Naxçıvan MR Ali Məclisinə sədr seçildiyi gün tək muxtar respublikanın deyil, bütünlükdə Azərbaycan xalqının xilas günü kimi tarixə yazıldı” fikirləri Ümummilli Liderin dövlətimiz, xalqımız qarşısındakı xidmətlərinin ümumiləşdirilmiş ifadəsidir.
Naxçıvan muxtar respublikasının xilası və dirçəlişi ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. 1990-cı ildə Azərbaycan olduqca mürəkkəb situasiya qarşısında idi. SSRİ-nin dayaqlarının sarsıldığı bir dövrdə keçmiş İttifaq miqyasında baş alan hərc-mərclik ölkələrin daxili həyatına da sirayət etmişdi və idarəetmə potensialı aşağı olan respublikalarda çox mürəkkəb siyasi-hüquqi kataklizmlər cərəyan etməkdə idi. Həmin dövrdə Naxçıvan muxtar respublikasının blokada şəraitində olması, sosial-iqtisadi durumunun gərginliyi, hakimiyyətin oyunları Naxçıvanın vəziyyətini olduqca mürəkkəbləşdirmişdi. Yalnız 1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilən ümummilli Lider Heydər Əliyevin gərgin fəaliyyəti və səyləri sayəsində Muxtar Respublikada sabitlik təmin edildi və sosial-iqtisadi vəziyyət yaxşılaşdırıldı.
Ümummilli Liderin Naxçıvandakı fəaliyyəti müstəqilliyə gedən yolun başlanğıcı kimi dəyərləndirilir. Belə ki, Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 1990-cı il noyabrın 17-də keçirilən sessiyasında ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan muxtar respublikasının dövlət bayrağı olaraq təsdiq edilmişdir. Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Azərbaycan SSR Ali Soveti qarşısında üçrəngli bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldırmışdır. 1991-ci il fevral ayının 5-də həmin vəsatətə baxılmış və Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” Qanun qəbul edərək onu yenidən Dövlət bayrağı elan etmişdir. Ulu Öndərin Ali Məclisin Sədri vəzifəsində işləyərkən dünya azərbaycanlılarını bir ideya ətrafında – Vətənə və xalqa xidmət uğrunda birləşməyə səsləməsi və 1991-ci il dekabrın 16-da Ali Məclis tərəfindən “31 Dekabr Dünya Azərbaycan Türklərinin Həmrəylik və Birlik Günü haqqında” Qərarın qəbul edilməsi də xüsusi əhəmiyyətə malikdir.
          Ümummilli lider Heydər Əliyevin hakimiyyətinin hər iki dövrünə, eyni zamanda, Naxçıvan illərinə diqqət yetirdikdə bu fikri boyük qürur hissi ilə qeyd edə bilərik ki, bütün həyatını Azəbaycanın uğurlu gələcəyinə, xalqımızın azad, firavan yaşayışına həsr etmişdi. Ulu Öndər müstəqiliyimizin daimiliyini, əbədiliyini təmin etdi. 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtmasaydı bu gün Azərbaycan adlı dövlətdən danışmaq mümkün deyildi. Ümummilli Lider ən çətin anlarda xalqının yanında oldu, Azərbaycanın xoşbəxt gələcəyini təmin etmək üçün bütün vacib addımları atdı, möhkəm təməl formalaşdırdı. Düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində Azərbaycan qısa müddətdə dünyaya Günəş kimi doğdu. Ümummilli Liderin müəllifi olduğu neft strategiyası Azərbaycanın iqtisadi və siyasi mövqeyini möhkəmləndirdi. Ölkəmizin sabitlik diyarı kimi nüfuz qazanması qısa müddətdə böyük investisiyalar məkanına çevrilməsini şərtləndirdi. Azərbaycanın ətrafında yaradılan informasiya blokadası yarıldı, erməni yalanları ifşa olundu. Ordu quruculuğu istiqamətində mühüm addımlar atıldı. Bir sözlə, Azərbaycan bütün sahələrdə inkişaf dövrünü yaşadı. Ulu öndər Heydər Əliyevin Vətən, xalq sevgisi atdığı hər bir addımının əsasında dayanırdı.     Onun hələ hakimiyyətinin birinci dövründə Azərbaycanın müstəqil gələcəyini düşünərək atdığı addımların xronologiyasına diqqət yetirmək kifayətdir.
         Bu gün qalib Azərbaycan həmin təməlin üzərində uğurla inkişaf edir. Ulu öndər Heydər Əliyevin xalqımız qarşısında ən böyük xidmətlərindən biri 2003-cü ildə etimadın növbəti ünvanını göstərməsi və Azərbaycanın hazırda qalib ölkə kimi nüfuz qazanmasına yol açması oldu. Son 19 ilə yaxın dövrdə Ümummilli Liderin siyasətini bütün istiqamətlərdə uğurla davam etdirən Prezident İlham Əliyevin təkmil islahatları nəticəsində Azərbaycan ulu öndər Heydər Əliyevin görmək istədiyi Azərbaycan oldu. Bu gün böyük fəxr hissi ilə qeyd edirik ki, ulu öndər Heydər Əliyev adını Azərbaycan tarixinə müstəqilliyimizin, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev torpaqlaımızın xilaskarı kimi yazdı. Heydər Əliyev yolu ölkəmizə bundan sonra daha möhtəşəm uğurlar qazandıracaq.
 
 Anar Nəbiyev
YAP Qazax rayon təşkilatının sədri


Tarix: 30-08-2022, 12:38 Oxunub: 609


Bölməyə aid digər xəbərlər
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı