11:19 / 21-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
11:52 / 20-11-2024
Sabah hava necə olacaq?
18:56 / 19-11-2024
Prezident Fərman imzaladı
Rayət Əlinin "AZƏRBAYCAN İDMANI" dastanı - Azərbaycan idmanı tarixində nəzmlə yazılan yeganə dastandır.

      Oxuculara   “Rayət Əli” imzası ilə tanış olan Rayət Səhlədər oğlu Əliyev  1960-cı ildə Qazax rayonunun Kosalar kəndində anadan olub. 1982-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitunu fərqlənmə diplomu ilə bitirib. "Sevgi nəğməsi" şeiri ilk qələm məhsuludur. Şeirləri bir sıra mətbu orqanlarda  və "Xəzinə" Poeziya Ontologiyasında çap olunub. Yaradıcılığı vətənə ,təbiətə, gözəlliyə bağlı olan şair nəsihət və tərbiyə mövzusunda yazılmış  şeirləri ilə bərabər həm də bir neçə marşların da ("Fiziki tərbiyə","Vətən", "Həkimlər", "Azərbaycan Futbolu"və s.) müəllifidir. 20.12.2017-ci ildə yazılan "Fiziki tərbiyə" marşı ölkənin ilk fiziki tərbiyə marşı kimi tarixə düşüb. Müəllifin bir sıra marşlarına musiqilər bəstələnmiş və tanınmış müğənnilər tərəfindən ifa olunur. "Qazax idmanı" dastanında şair idman sahəsində  Qazax rayonunun adını ucaldan idmançıların bədii portretini yaradıb. Bütün bunlarla yanaşı el-oba arasında böyük nüfuz sahibi olan Rayət müəllim çoxsahəli janrlara müraciət edərək sevgi, məhəbbət mövzusunda da dəyərli şerlər yazmışdır.
     "Öncə vətən" adlı ilk  şeirlər kitabı 2020-çi ildə işıq üzü görüb. Dəyərli şair, idmançı, böyük ürəyə sahib olan Rayət Əlinin bu kitabı "Öncə Vətən" adlanmağı heç də təsadüfi deyil. Müəllif yaradıcılığında müxtəlif sahələrə müraciət etsə də həmişə Vətən sevgisi ön planda olub.
     Rayət Əlinin ikinci kitabı "Tanrı Sevdası" adlanır. Bu kitab da geniş oxucu kütləsinin rəğbətini qazanmışdır.
 İstedadlı şairimiz Rayət Əlinin  yazmış olduğu  "FİZİKİ TƏRBİYƏ" marşı HƏRBİ ORKESTİRİN SOLİSTİ HƏMİD HƏMZƏYEV tərəfindən ifa olunmuşdur. Bu ifa yazılmış sözlərə HƏRBİ RUH verərək ictimaiyyətin rəğbətini qazanmışdır.
      Rayət müəllimin "Fiziki  tərbiyə marşı"na   Əməkdar bədən tərbiyəsi və idman xadimi, professor  Firat Hüseynov tərəfindən veriən rəydə  bu marşın Ümumtəhsil məktəblərində şagirdlər üçün hazırlanmış  dərs vəsaitlərinə daxil edilməsi tövsiyə olunur.
    Rayət Əlinin növbəti işıq üzü görən “Azərbaycan idmanı” dastanı vətənimizi dünyada tanıdan olimpiya çempionları və mükafatçılarına, dövlət tərəfindən orden və medallarla təltif olunan idmançılara və idmanda nəaliyyətlərinə görə orden, medalları olan “Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimləri”nə həsr olunur.
    “Azərbaycan idmanı” dastanı müəllifin yeni və böyük uğurlarından biridir. Belə ki, bu kitab Azərbaycan idmanı tarixində nəzmlə yazılan ilk  və yeganə dastandır.
   Şair eyni zamanda Vətən müharibəsindəiştirak edən və şəhidlik zirvəsinə ucalan idmançılarımızın böyük zəfərdə rolunu  dəyərləndirə bilmişdir:

Unuda bilmərik heç vaxt onları, 
Şəhidlik qanıyla yazılanları,
Yüzlərlə idmançı qəhrəmanları,
Azad etdi Qarabağı, Şuşanı,
Zəfər çaldı Azərbaycan idmanı.


     İnanaq ki, nəzmlə yazılan bu “Azərbaycan idmanı” dastanı idmançılar, idman sevərlər və bütün oxucular tərəfindən böuük rəğbətlə qarşılanacaq, bütün idmançıların stolüstü kitabına çevriləcəkdir.
    Mən qürur hissi ilə nəzərinizə çatdırmaq istəyirəm ki, Rayət Əlinin  hər üç kitabının redaktoru mən olmuşam.
  ATİA.AZ saytının kollektivi adından Rayət müəllimə yeni-yeni yaradıcılıq  uğurları arzu edirik.


Aydın Adıgözəlli,
ATİA.AZ saytının baş redaktoru


Tarix: 31-07-2023, 15:02 Oxunub: 507


Bölməyə aid digər xəbərlər