11:19 / 21-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
11:52 / 20-11-2024
Sabah hava necə olacaq?
18:56 / 19-11-2024
Prezident Fərman imzaladı
Videosu yayılan gizirə cinayət işi açılıb - RƏSMİ

   Bəzi kütləvi informasiya vasitələri və sosial şəbəkə səhifələrində Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, gizir Rəsul Quliyevin guya Qubadlı Hərbi Prokurorluğunda zorakılığa məruz qalması ilə bağlı videomüraciəti yayılıb.
Baş Prokurorluqdan verilən məlumatda görə, həmin videomüraciətə aydınlıq gətirilib:
“Bildiririk ki, Rəsul Quliyevin xidmətdə olduğu N saylı hərbi hissədən daxil olmuş materiallar əsasında Qubadlı Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 329.2.1 və 329.2.2-ci (tabelikdə olan hərbi qulluqçuya qarşı zorakı hərəkətlər) maddələri ilə cinayət işi başlanaraq, tabeliyində olan hərbi qulluqçulara qarşı zor tətbiq etməkdə təqsirləndirilən Rəsul Quliyevə qeyd olunan maddələrlə ittiham elan edilmiş və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.
Cinayət işi üzrə məhkəmə-tibb ekspertizası təyin olunmuş, şahidlərin dairəsi müəyyənləşdirilərək dindirilmiş, o cümlədən üzləşdirmə və digər zəruri istintaq hərəkətləri həyata keçirilib.
Həmçinin, bildiririk ki, gizir Rəsul Quliyev tərəfindən ictimailəşdirilmiş növbəti videomüraciətdə Qubadlı Hərbi Prokurorluğunda ona qarşı hər-hansı qanunsuz hərəkətlərə yol verilməməsi və əvvəlki yayılmış videomüraciətlərində yalnış məlumatlar verməsi qeyd edilib”.


Tarix: 5-11-2021, 21:51 Oxunub: 639


Bölməyə aid digər xəbərlər