Azərbaycanda ilk qadın minatəmizləmə qruplarının yaradılmasına başlanılıb

    Azərbaycanda ilk qadın minatəmizləmə qruplarının yaradılmasına başlanılıb.
Bu barədə “Report”un Qarabağ bürosu xəbər verir.
Bildirilib ki, bu, “Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) imkanlarını artırmaqla məcburi köçkünlərin təhlükəsiz qayıdışına dəstək” layihəsi
çərçivəsində reallaşdırılıb.

Artıq iyunun 16-da ilk qrupların formalaşdırılması üçün təlimlərə start verilib. Təlimlər Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) Tərtər Regional Peşə Təlimi Mərkəzində keçirilir. Təlimlərdə elan edilmiş müsabiqə əsasında ölkənin müxtəlif bölgələrindən seçilmiş 40 qadın iştirak edir.
Altı həftə davam edəcək təlimləri uğurla başa vuran qadınlar ANAMA tərəfindən akkreditasiya ediləcək və sahə əməliyyatlarına başlamaq üçün Beynəlxalq Minatəmizləmə Standartlarına uyğun sertifikatla təltif olunacaqlar.
Sözügedən layihə çərçivəsində iki minatəmizləmə qadın qrupunun yaradılması nəzərdə tutulub.


Tarix: 16-06-2023, 11:12 Oxunub: 409


Bölməyə aid digər xəbərlər


«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930