Üfüq Xeyriyyə Cəmiyyəti İctimai Birliyi regionlarda layihə icra edir- FOTOLAR

Üfüq Xeyriyyə” Cəmiyyəti İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Regionlarda aztəminatlı ailələrdən olan qadınların psixo-sosial problemlərinin həllində dəstək” Layihəsini həyata keçirir.

ATİA.AZ  xəbər verir ki, 25 may tarixində baş tutan tədbirdə layihə rəhəbəri Nuriyyə Abbasova çıxış edərək Layihə regionlardan olan qadınların psixo-sosial problemlərinin həllində dəstək xidmətlərinin göstərilməsindən bəhs etdiyini bildirmişdir. Həyata keçirilən layihə vasitəsilə aztəminatlı ailələrdən olan qadınlarla görüşlər keçirildiyini onların sosial, psixoloji və hüquqi problemləri araşdırılaraq aidiyyatı üzrə dəstək xidmətləri həyata keçirildiyini qeyd etmişdir.
Layihədən regionlarda olan 150 nəfər 18-50 yaşlarında aztəminatlı ailələrdən olan qadınlar faydalanacaqdır. Layihə həmçinin həmin ailələrin uşaqları və sosial əhatəsini də ehtiva edir.
Layihə çərçivəsində aprel ayında Ağdam, Bərdə, Ağcabədi və Tərtər rayonlarında qadınlar üçün “Məişət zorakılığının qarşısının alınması” mövzusunda təlimlər keçirilmişdir. Psixoloq tərəfindən məişət zorakılığından əziyyət çəkən qadınlara fərdi psixoliji yardım göstərilmişdir.
Aprel ayında Tərtər rayonunda keçirilən görüşdə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin nümayəndəsi Nigar Ağakişiyeva çıxış edərək Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə icra edilən layihələr barəsində ətraflı məlumat vermişdir.

May ayında isə Gəncə şəhərində və Goranboy rayonunda qadınlar arasında “Məişət zorakılığının qarşısının alınması” mövzusunda təlimlər keçirilmişdir.
3 ay müddətində həyata keçirilən layihə çərçivəsində qadın və uşaqlara hüquqi, sosial və psixoloji xidmət göstərilmişdir.Layihə may ayının sonunda başa çatacaqdır.

AzTimes.az 


Tarix: 27-05-2022, 15:54 Oxunub: 388


Bölməyə aid digər xəbərlər
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı