21:37 / 20-09-2024
15 yaşlı oğlan bıçaqlandı
Bakıda gecə klubunda partlayış olub, ölən və yaralananlar var...

Bakının Səbail rayonunda partlayış baş verib.
Hadisə "Torqovi" kimi tanınan ərazidə yerləşən gecə klubunda qeydə alınıb.
Tərlan Əliyarbəyov küçəsində zirzəmidə yerləşən "Korona" klubda qəfil partlayış baş verib.
Hadisə yerinə FHN-nin əməkdaşları və polis əməkdaşları cəlb edilib. Xəsarət alan şəxslər təcili tibbi yardım maşınları vasitəsilə xəstəxanaya aparılır.
Partlayış nəticəsində ətrafdakı nəqliyyat vasitələrinə də ziyan dəyib. İlkin ehtimallara görə partlayış qaz sızmasından baş verib. Hadisə nəticəsində klubun üstündə yerləşən mənzillər də zərər görüb. Hadisə nəticəsində ölənlərin olduğu bildirilir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov  bildirib ki, ilkin məlumata görə, partlayış nəticəsində nəticəsində ölən və yaralananlar var. Hazırda hadisə yerinə polis əməkdaşları cəlb olunub. Araşdırma aparılır.
TTTYX-dən  verilən ilkin məlumata görə, indiyə qədər 6 yaralı 1 Saylı Şəhər Xəstəxanasına, 25 yaralı isə Yanıq mərkəzinə yerləşdirilib.
Hadisə yerində 35 Təcili və Təxirəsalınmaz Tibbi Yardım briqadası işləyir.
Səhiyyə Nazirliyindən  bildirilib ki, təcili yardım briqadalarından verilən məlumata görə, saat 04:20 üçün 24 nəfər (13 kişi, 11 qadın) Hospitalizasiya edilib.
Partlayış baş vermiş əraziyə FHN-nin xüsusi təlim görmüş itləri cəlb edilib. Dağıntılar arasında qalanların olduğu ehtimal edilir.
1 saylı şəhər xəstəxanasına indiyə kimi 7 nəfər çatdırılıb və onlara ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb.
Bakı Şəhər İcra Hakimiyyətindən bildirilib ki, hazırda şəhər icra başçısı Eldar Əzizov hadisə baş verən ərazidədir. Bundan başqa icra hakimiyyəti aparatının xidmət rəisləri və digər məsul şəxslər də hadisə yerinə gedib.
Hadisə zamanı ölən bir nəfərin meyiti Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib.


APA


Tarix: 3-04-2022, 05:55 Oxunub: 463


Bölməyə aid digər xəbərlər
13-02-2021, 12:10 Oqtay Əsədov həbs edilir?