11:19 / 21-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
11:52 / 20-11-2024
Sabah hava necə olacaq?
18:56 / 19-11-2024
Prezident Fərman imzaladı
Bakıda gecə klubdan çıxan qızın qarşısını kəsdi: "Qaranlığa çəkib..." - Şok təfərrüat



Bakının Nəsimi rayonunda 1991-ci il təvəllüdlü Bəylər şəxsi münasibətlər zəminində sevgilisi Validəni (adlar şərti verilib - red.) döyüb.

Hadisə ötən il noyabrın 16-da gecə saat 00.10-da baş verib. Bəylər mübahisə zamanı Validəni döyərək ona xəsarət yetirib.

İstintaq orqanı Bəylərin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül xəsarət yetirmə) maddəsi ilə ittiham elan edib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Bəylər özünü təqsirli bilib. O qeyd edib ki, 2017-cı ildən "Boss" klubunda qəlyançı işləyib: "Lakin pandemiya ilə əlaqədar qəlyan satışı qadağan olunduğundan müvəqqəti işsiz qalmışam. Klubda işləyən zaman orada barmen kimi çalışan Validə ilə tanış olduq, bır müddət sonra qeyri-rəsmi olaraq birlikdə yaşamağa başladıq".

Təqsirləndirilən şəxsin sözlərinə görə, noyabrın 15-də axşam saatlarında Validənin işlədiyi "Boss" klubuna gəlib: "Klubda küsüşdüyümüz Validə ilə barışmaq istədim. O, barışmaq istəmədiyini, başqa şəxslə danışdığını bildirdi. Klubu tərk etdim. Validənin gecə saat 12.00-da klub bağlandıqdan sonra evə gedəcəyini bildiyim uçun kənarda dayanıb onu gözlədim".

Bəylər bildirib ki, noyabrın 16-da, gecə saat 00.10-da Validə işdən çıxıb və evə gedən zaman Bül-bül prospektində yerləşən "Bravo" marketin qarşısında ona yaxınlaşıb: "Validəyə söhbət edərək nə istədiyini bildirdim. Etiraz edən zaman onun qolundan tutdum, marketın yanında heç kimin olmadığı qaranlıq hissəyə çəkdim. Ondan üzr istədim, onu sevdiyimi, barışmaq istədiyimi bildirdim.

Buna baxmayaraq, məni təhqir etdi, oradan getmək istədiyi üçün bir anlıq əsəbləşdiyimdən onun baş və sağ qolundan yumruqla zərbə vurdum. Validə yıxılaraq ağladığı üçün peşman oldum, oradan uzaqlaşdım".

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Validənin sözlərinə görə, 4 il əvvəl barmen işlədiyi "Boss" klubunda qəlyançı olan Bəylərlə tanış olub: "Bır müddət danışdıqdan sonra qeyri-rəsmi olaraq birlikdə yaşamağa başladıq. 2021-ci ilin oktyabrın sonunda Bəylər mənə xəyanət etdiyi üçün onunla münasibətim pozuldu və ayrıldıq. Pandemiya ilə əlaqədar qəlyan satışı qadağan olunduğundan Bəylər işsiz qaldı və ara-sıra kluba gəlib-gedirdi".

Zərərçəkmiş şəxs qeyd edib ki, noyabrın 15-də gecə saatlarında işdə olan zaman Bəylər kluba gəlib və ona yaxınlaşaraq barışmaq istədiyini bildirib: "Buna etiraz etdim, başqa şəxslə münasibət qurduğumu söylədim. Bəylər klubdan getdi. Gecə klub bağlananda təhvil-təslim etdim, getmək üçün klubdan çıxdım. Kirayə yaşadığım evə gedən zaman Bülbül prospektində yerləşən "Bravo" marketin yanında Bəylər qarşıma keçdi. Dərhal qolumu tutaraq, məni heç kimin olmadığı qaranlıq tinə çəkdi, mübahisə etməyə başladı.

Mənə bildirdi ki, heç bir zaman, kiminləsə münasibət qurmağıma imkan verməyəcək. Onun sözlərinə məhəl qoymadım. Oradan getmək istəyən zaman Bəylər sağ qolumdan və başımdan yumruqla zərbə vurdu, saçımı yoldu. Yıxılaraq ağladım, Bələr isə oradan uzaqlaşdı".

Bu cinayət işinə Nəsimi rayon Məhkəməsində baxılıb.

Bəylər 6 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması qərara alınıb.

Hökmün icrası təqsirləndirilən şəxsin yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilib.

Teleqraf.com 


Tarix: 28-01-2022, 10:51 Oxunub: 761


Bölməyə aid digər xəbərlər