11:19 / 21-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Abşeronda qonşular arasında qan töküldü

Abşeron rayonunda qonşusuna xəsarət yetirməkdə ittiham olunan 1988-ci il təvəllüdlü Vüsal Məhərrəmovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
ATİA.AZ-ın xəbərinə görə, Vüsal Məhərrəmov Abşeron rayonu, Atyalı yaşayış massivində yerləşən yaşadıqları evin yaxınlığında, anasının üstünə qışqırmasına görə aralarında yaranmış mübahisə zamanı qonşusu Elnur Qaragedəlini bıçaqla vurub.

İstintaq orqanı tərəfindən Vüsal Məhərrəmovun barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Vüsal Məhərrəmov elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. 

O, qeyd edib ki, zərərçəkmiş Elnur Qaragedəlini 1 il müddətdir tanıyır: 

“Yaşadığım evdə təbii qaz olmadığı üçün qonşumuz İsmayıl adlı şəxsə məxsus olan torpaq sahəsində yarım tikilidə, yararsız taxtalardan istifadə etməyə görə həmin evdə işləyən Cəfər adlı ustadan icazə aldım. Anam Xatirə və arvadım Rəna taxta parçası götürmək üçün İsmayıla aid yarımtikiliyə getdilər. Bir qədər sonra Rəna evə tək qayıtdı. Sonuncudan anamın harada olduğunu soruşdum. Bu zaman məhlədən səs eşitdiyim üçün evdən bayıra çıxdım və anamın evə gəldiyini, Elnurun isə anamın arxasınca uca səslə qışqırdığını gördüm. Bu səbəbdən də Elnuru yanıma çağırdım. Elnur yaxınşınlaşdıqda əlimdəki mətbəx bıçağı ilə sonun əl nahiyyəsindən vuraraq ona xəsarət yetirdim”.
Təqsirləndirilən şəxsin ifadəsinə görə, evdə bir neçe vaxt oturduqdan sonra Xırdalan şəhərində yerləşən qəbirstanlığa gedib və bıçağı ora tullayıb.

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Elnur Qaragedəli bildirib ki, qonşuluqda İsmayıl adlı şəxsə məxsus olan torpaq sahəsində yarım tikilisi var: 

“Həmin yarımtikilinin nəzarəti mənə tapşırılıb. Yaşadığım evə gələn zaman İsmayıl adlı şəxsə məxsus olan özümün nəzarət etdiyim yarımtikilidən səs gəldiyini eşitdim və oraya yaxınlaşdım. Bu zaman Vüsalın anası Xatirə və həyət yoldaşı Rənanın orada olduğunu gördüm. Sonunculardan orada nə etdiklərini soruşdum. Onlar taxta götürmək istədiklərini bildirdilər. Sonunculardan bu barədə tikilinin sahibi İsmayılın məlumatlı olub olmadığını soruşdum. Xatirə mənə İsmayılın evində işləyən Cəfər adlı ustanın məlumatı olduğunu dedi. İsmayılın razılığı olmadığı halda Xatirəyə taxtaları oradan götürməyəcəyini bildirdim”.

Zərərçəkmişin ifadəsinə görə, bundan sonra yaşadığı evə gəlib: 

“Təxminən 10 dəqiqə sonra Xatirə evimə gələrək baş verənlər barədə İsmayıla bildirməməyimi xahiş etdi. Bu barədə İsmayıla bildirəcəyimi dedikdən sonra Xatirə evimdən çıxaraq getdi. Vüsalın nalayiq ifadələr işlədərək mənə tərəf gəldiyini gördüm, sonuncuya yaxınlaşdım. Vüsalın yanıma çatdıqda mətbəx bıçağı ilə sağ əl nahiyyəmdən vurdu. Qardaşım Natiq məni, Vüsalın anası Xatirə və həyət yoldaşı Rəna Vüsalı sakitləşdirdilər. Bundan sonra yaşadığım evə gələrək hadisə barədə Daxili İşlər Nazirliyinin “102” xidmətinə məlumat verdim. Hazırda Təqsirləndirilən şəxs ilə barışmışam, ona qarşı heç bir şikayətim yoxdur”.

Bu cinayət işi Abşeron rayon Məhkəməsində araşdırılıb. Hakim Vaqif Həsənovun sədrliyi ilə baş tutan iclasda hökm oxunub.

Hökmə əsasən, Vüsal Məhərrəmovun barəsində olan cinayət icraatına xitam verilib. 

O, cinayət məsuliyyətindən azad edilib.


Tarix: 5-01-2021, 22:53 Oxunub: 409


Bölməyə aid digər xəbərlər