Qazax Dövlət Sosial-İqtisadi Kollecində “acı bağırsağ”ı kim uzadır?

    Ümumiyyətlə, təhsil sistemində kadr dəyişikliyini edənlər etimad göstərdiyi kadrın özü ilə bərabər valideynlərinin də həyat yolunu dərindən öyrənməlidirlər. Bu adi bir bostan məhsuluna gözətçi qoyulması ilə eyni tutulmamalıdır. Kadrın tərcümeyi-halı, sağlamlıq durumu, insanlarla ünsiyyəti, savadı və idarəçiliyi yoxlanılmalıdı. Özündən razı, qərəzçilk, tabeçiliyində olanlara yuxarıdan aşağı baxmaq hallarının olmaması üçün elə yerindəcə rəhbər işə təyin olunanlara göstəriş verilməlidi.

   Prezident cənab İlham Əliyev keçirdiyi iclaslarda, verdiyi müsahibələrdə də bu deyilənləri qeyd edir. Lakin kimlərinsə Prezidentin dediklərini qulaq ardına vurması sonradan xoşagəlməz hallara gətirib çıxardır.

  Elə Qazax Dövlət Sosial – İqtisadi Kollecinə direktor təyin edilmiş Gülnar Qəhrəmanova deyilənlərin bariz nümunəsidir. Nə edib, nə edəcəyini belə düşünmür. Bu direktor ən çox reklama həvəslidir.  “Qaçın, direktor gəldi, qaçın, direktor getdi, qaçın direktor eyvana çıxdı, qaçın direktor siniflərə girir “ və sairə ifadələri sevəndir. 

  Dərs ili başlayana kimi 6 nəfər müəllim işə götürdü. Həmin götürdükləri də bu günə kimi əlinə jurnal alıb sinif tanımayanlardı. Belədirsə, həmin müəllimlər tələbəyə nə öyrədəcək, və ya nədən danışacaq. Kollec tədris müəssisəsinə deyil, təcrübə sahəsinə çevrilib. Bu da Gülnar Qəhrəmanovanın “qəhrəmanlığıdı”. 

     Gülnar Qəhrəmanovanın atası  Qılman kişi qatı müxalifətçidir. Yəqin, direktorun kollecdə çalışan müəllimlərlə yaxşı olmayan rəftarı da bu məsələdən irəli gəlir. Onu da təəssüf hissi ilə bildirmək yerinə düşərdi ki, Gülnar Qəhrəmanova hələ Ağstafa şəhər 2 saylı tam orta məktəbində işləyərkən 2 dəfə töhmət alıb. Xanımın işdə qalıb-qalmaması müzakirəyə gedəcək halda, kimlərsə tələm-tələsik, nəyəsə aldanaraq Gülnar Qəhrəmanovanı kollecə direktor təyin etdiriblər. 

    O, kollecə necə təyin olunubsa, eləcə də kollecdə vəzifə bölgüsü aparır. Savadlı müəllimlər, bacarıqlı işini bilən texniki işçilər  “gözümçıxdıya” salınır. İş işbilməzə, yerində olmayanlara tapşırılır. Kollecin çoxsaylı kollektivi bunu daha yaxşı bilir. Lakin bir parça çörəklərinin xətrinə qalıblar odla suyun arasında. Ailə başçısı oldu, ya olmadı, öhdəsində ehtiyaclı övladı var, ya yoxdu, ailə vəziyyəti pisdi, ya yaxşıdı məsələləri Qəhrəmanovanın heç başının tükünü belə tərpətmir. Elə bil ki, məqsədi ancaq kollecin pedaqoji və texniki işçilərini ayağa qaldırmaq, narazılıqlar yaratmaq və pislik etməkdir.

 Gülnar Qəhrəmanovanın daxili keyfiyyətlərinin də analoqu yoxdur. Milli mentalitet deyilən söz var. Yəni, bildiyimiz kimi xalqa mənsub adət-ənənələrin saxlanılması və qorunması, üstəlik əməl edilməsi. Bu adam işlədiyi 6 ay ərzində kollektivin xeyrinə-şərinə qarışmır, “mənlik deyil” - deməsi ilə sərt reaksiya göstərir. İndi siz özünüz Qəhrəmanovanı qiymətləndirin. Görmüşük ki, kollektiv rəhbəri kollektivin hər bir üzvünün qayğısını çəkər, maddi olmasa da mənəvi köməyini əsirgəməz. Misal Qəhrəmanovadan uzaq,  yaxşı deyimdi ki, ailə xırda bir kollektivdi. Ona rəhbərlik edə bilməyən adamdan gələcəkdə kollektiv rəhbəri ola bilməz. Yenə deyirəm, yadımda deyil,  bu hansısa bir dövlət rəhbərinin çəkdiyi misaldır. Gülnar Qəhrəmanovadan uzaq olsun.

   Cənab  Prezident  İlham Əliyev and içmədə çox doğru bildirir ki, mən hər bir Azərbaycan vətəndaşının Prezidentiyəm. Bəs onda Gülnar Qəhrəmanova hansı kollektivin direktorudur? Tədbir, iclas, onlarda olan xeyir və şərdə biçarə kollektiv yada düşür, ancaq kollektivdə nəsə baş verəndə Qəhrəmanova nə üçün  özünü göstərmir?

  Yəni hələki mövzumuzu Qəhrəmanovanı kollecə direktor təyin edənlərin yanlışlığı ilə bitirmək istəyirəm. Neçəki gec deyil, səhvlərini düzəltsələr daha yaxşı olardı. Bu sadəcə olaraq ictimai rəydən əmələ gələn yekdil nəticədir.


   İlham Hacalı, ATİA.AZ


Tarix: Dünən, 21:48 Oxunub: 15


Bölməyə aid digər xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930