
Müasir Azərbaycan ədəbiyyatında fəlsəfi və klassik üslubda yazıb-yaradan tanınmış şair, filosof, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü və "Qızıl Qələm" mükafatı laureatı Hacı Loğman Qorqudla, təhsili, idmanı, poeziyanı özündə birləşdirən, təhsildə Rayət müəllim, poeziyada Rayət Əli kimi tanınan Rayət müəllimin maraqlı bir deyişməsini oxucularımıza ərməğan edirik.
Hacı Loğman Məhəmməd oğlu Aşıq Ələsgərin doğulduğu qədim oğuz eli olan Göyçə mahalının Babacan
kəndində dünyaya göz açıb. Misgil Abdalın şəcərəsindəndir. Yaradıcılığında ən çox fəlsəfəyə, həyat hikmətliyinə daha çox meyil edən, bu günə kimi elmə məlum olmayan “Dədə Qorqud” adının yaranma səbəbini araşdıran, Dədə Qorqudu türkçülüyün ilk peyğəmbəri adlandıran Hacı Loğman Qorqud Aşıq Ələsgər haqqında 620 səhifəlik elmi monoqrafiyanın müəllifidir. Bu monoqrafiya Azərbaycan ədəbiyyatı tarixində yeni bir mərhələ açdı.
Dilçilik elminin nəhəng alimlərindən olan professor Buludxan Xəlilov deyib: “ Hacı Loğman Aşıq Ələsgər monoqrafiyası ilə özü də bilmədən ədəbiyyat tarixində mətinşünaslığın əsasını qoydu...”
Əliyev Rayət Səhlədar oğlu 1960-cı ildə Qazax rayonu Kosalar kəndində anadan olub. 1982-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasını fərqlənmə diplomu ilə bitirib və elə həmin ildən pedaqoji fəaliyyətə başlayıb.
İşlədiyi müddət ərzində peşəsini sevən və həvəslə çalışan Rayət müəllim nəinki rayon, ölkə üzrə bir çox uğurlara imza atmağa nail olub.
Təhsil üzrə nümunəvi dərslərini, pedaqoji təcrübəsini yayan Rayət müəllim ölkənin ilk "Fiziki tərbiyə marşı"nı və "Azərbaycan İdmanı" dastanını nəzmlə yazaraq ictimaiyyətin ixtiyarına verib. Rayət müəllim təhsillə bərabər idman sahəsində də işlərini uğurla davam etdirir. Onun rəhbərlik etdiyi "Qazax Gənclər" FK-nın uğurları göz qabağındadır.
Ən maraqlısı odur ki, Rayət müəllim bütün bu işlərlə bərabər həm də poeziya adamıdır. Onun bu sahədə də uğurları kifayət qədərdir.
3 kitab və bir çox məqalələrin müəllifi olan Rayət müəllimin yazmış olduğu "Azərbaycan idmanı" dastanı ölkəmizdə nəzmlə yazılan ilk əsərdir.
![]()
Təhsil və idmanda uğurlarını nəzərə alan Elm və Təhsil nazirliyi onu "Qabaqcıl Təhsil İşçisi" döş nişanı, Gənclər və İdman nazirliyi isə "Azərbaycan Respublikasının Fəxri Bədən Tərbiyəsi və İdman İşçisi" döş nişanı ilə təltif etmişdir.
Buyurun, əziz oxucularımız! Həmin deyişməni təqdim edirik:
Sənə minnətdaram əziz qardaşım,
Heyrətə gətirdi onu görəni,
Aydın Adıgözəlli,
ATİA.AZ saytının baş redaktoru
Bölməyə aid digər xəbərlər















