AYB-nin üzvü, “Qızıl Qələm “ mükafatı laueratı, şair-filosof, Hacı Loğman Qorqud qardaşımıza çoxdan layiq olduğu Türk dünyası Araşdırmaları Beynəlxalq Elmlər akademiyasının fəxri doktoru, professoru diplomu təqdim edildi..
Bu elmi rütbənin təqdim olunması haqqın, ədalətin zəfər çalması və Azətbaycan elminə verilən qiymət deməkdir.
Xatırladaq ki, Hacı Loğman Məhəmməd oğlu Aşıq Ələsgərin doğulduğu qədim oğuz eli olan Göyçə mahalının Babacan kəndində dünyaya göz açıb. Misgil Abdalın şəcərəsindəndir. Hacı Loğman Qorqud təxəllüsü ilə yazıb-yaradan şair deyir: - “Mən yaradıcılığımda ən çox fəlsəfəyə, həyat hikmətliyinə daha çox meyil edirəm. Hələ bu günə kimi elmə məlum olmayan “Dədə Qorqud” adının yaranma səbəbini mən araşdırdım. Diqqətə çatdırım ki, “Dədə Qorqud” və “Qurani-Kərim”i bütövlükdə oxudum. Və gördüm ki, Müqəddəs Kitabımız olan “Qurani-Kərim”dəki tayfa arasındakı mübahisə və müharibələr eyni ilə “Dədə Qorqud”da da var”...
Biz də ATİA.AZ saytının kollektivi adından Türk dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının prezidenti , professor Hayreddin bəyə təşəkkürlərimizi bildiririk.
Hacı Loğman qardaşımıza isə daha böyük uğurlara imza atmasını arzulayırıq.
AYDIN ADIGÖZƏLLİ,
ATİA.AZ saytının baş redaktoru
Bölməyə aid digər xəbərlər