11:19 / 21-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
11:52 / 20-11-2024
Sabah hava necə olacaq?
18:56 / 19-11-2024
Prezident Fərman imzaladı
Dəyəri MİLYONLARA bərabər kitab... - Aşıq Ələsgər 200 illik yubileyinə ən dəyərli töhvə...

  Gözümü dünyaya Qədim Oğuz yurdu Göyçə mahalında açdım. O yerdəki, dünyaya Allahın sevdiyi haqq sözünün qiyməti Allahın sevdiyi qədər olub. Bu nəhəng söz ustadlarının irsi - keçmişi dəfələrlə yad ellilərin işğalına məruz qalaraq, külü göylərə sövrulmuş Azərbaycanın taleyi ilə bağlı, tamlığı ilə bəlli deyil, amma mənim Ulu Babam Seyid Hüseyn- Miskin Abdaldan başlayaraq  Dədə Ələsgərə və müasirlərimizə qədər davamlı bir yol gəlməkdədir. 
    Həyatımın ən məhsuldar illərini bu irsi araşdırmağa həsr etməkdəyəm.
Illər öncə Dədə Ələsgərin söz dəryasına baş vurdum, nələr gördüm, ilahi nələr!
   Bu poetik zənginlik, fəlsəfi dərinlik, əxlaq, mənəviyyat, iman, mərifət, kamal, sonsuzluğun dərkindən Allaha aparan müqəddəs yolçuluq insan kamalının nələrə qadir olması hal əhlini öz ecazkar aləminə aparır, İlahinin nur, ziya, elm çeşməsində yuyunduraraq düşündürür, öz idrak güzgüsündə hər kəsin çəkisini, yükünü, dərəcəsini müəyyən edir. 
    Bəli, yazdığım 620 səhifəlik elmi monoqrafiya Azərbaycan ədəbiyyatı tarixində yeni bir mərhələ açdı. 
     Dilçilik elminin nəhəng alimlərindən olan professor Buludxan Xəlilovun nitqindən sitat: “ Hacı Loğman Aşıq Ələsgər monoqrafiyası ilə özü də bilmədən ədəbiyyat tarixində mətinşünaslığın əsasını qoydu...”
  
    Adətən insan öz gördüyü işin dəyərini sonra qiymətləndirir. Mən heç zaman gördüyüm bir işin maddi tərəfini düşünməmişəm. Mənim üçün həmişə əsas meyar keyfiyyət olub. Ona görə də bu kitab ərsəyə gələnə qədər çox ağır çətinliklərə dözdüm, yüzlərlə kitablar vərəqlədim, ağlımı, şüurumu, idrakımı sərdim söz önündə, çünki qarşımda Azərbaycan ədəbiyyatına haqqın, əsil poeziyanın 100 illərdi  bağlı qalmış  qapısındakı qızıl qıfıla əqlin açarını salmaq kimi ağır və müqəddəs bir missiya dururdu, ona görə də yorulmurdum, yuxusuz gecələri nağıl kimi sabah edirdim, çünki məni haqq səsləyirdi, həqiqət çağırırdı. 
     Nəhayət bu möhtəşəm kitab hörmətli Akif Nəbiyevin, həkim Ələddin Cabbarovun və əmim oğlu, sinif yoldaşım Rafiq müəllimin köməyi ilə ərsəyə gəldi.
   Üstündən 8 il keçəndən sonra anladım ki, bu kitabın içinə qoyduğum elmi sərmayənin YÜZ MİLYONLARLA dəyəri var imiş, Dədə Ələsgər özü demişkən:
            Bəsdir
Xəzinəm  olsaydı, ala bilməzdim,
Yığdığım özümə pür kamal bəsdir.
Ucaltdım adını, dağa döndərdim,
Göyçə mahalına bu cəlal bəsdir.

Qılıncdan itidir sözün kəsəni,
Nə səni sayarlar, nə də ki məni.
Şeirlə bəzədim mən Ağkilsəni,
İrəhmət oxusa o mahal,  bəsdir.

                     Qanar mətləbimi arif olan kəs,
                     Ömrü yaşamadın bihudə, əbəs.
                     Dildönməz, qıfılbənd, təcnis, müxəmməs,
                     Qalsa hərəsindən bir misal bəsdir. 

Əziz dostlar, deyin, ayə, azdımı?
Düşübdür üstümə sayə, azdımı?
Ələsgərə bu sərmayə azdımı?
Verdiyim cavaba bu sual bəsdir.

     Bəli, mən bu xəzinəni Allahın qüdrəti ilə aşikar elədim..
Amma mən onu heç nəyə yazıb ortaya qoydum, əfsus dəyərləndirməyə çox az insanların ağlı və mərifəti çatdı. Amma mənim millətim böyük millətdir, zaman gələr, mən olmasam da haqq yerini tutar...

VARSA 

Bihudə salmadın ömur bağını,
Dönəndə dərməyə bəhərə varsa.
Yaxşıya, yamana düz qiymət verər,
Dəyər verənin öz dəyəri varsa.

Yaxsı da, yaman da adicə sözdü, 
Fəqət, hər halına qızaran üzdü. 
Hər kəsin fikiri doqrudu, düzdü,
Aqillər yanında kəsəri varsa. 

Həqiqətin yolu cəfasız olmaz,
Dərd vərən Allahdı, dəvasız olmaz.
Təbibin dərmani şəfasız olmaz, 
Təkində şahmarın zəhəri varsa. 

Ömrü verməyəsən fitnəyə, felə, 
Cünki, ümid yoxdur hər gələn ilə. 
Loqman bu dunyada yasayır hələ, 
Dillərdə dolaşan əsəri varsa....


Tarix: 18-02-2021, 22:47 Oxunub: 888


Bölməyə aid digər xəbərlər