21:37 / 20-09-2024
15 yaşlı oğlan bıçaqlandı
Xanəndə, musiqiçi və aktyor xüsusiyyətlərini özündə cəmləşdirən aşıq: CEYHUN QURBANSOY


Aşıq sənəti X-XII əsrlərdə yeni ictimai səslənmə təzahürü kimi formalaşaraq mənəvi-tərbiyəvi vasitəyə çevrilmiş və cəmiyyətin sosial-iqtisadi və kulturoloji sahələrində əhəmiyyətli rol oynamışdır. O, Azərbaycan estetik fikir ənənələrini qoruyub saxlayaraq, poetik və fəlsəfi fikrin dahi, bənzərsiz mütəfəkkir Nizami Gəncəvi kimi nəhənginin irsini təbliğ edərək sadə xalq arasında musiqi təfəkkürü fəlsəfi mədəniyyətinin carçısına çevrilir. Aşıq sənəti indi də bütün xalqın musiqi-yaradıcılıq düşüncəsində öz ictimai əhəmiyyətini saxlamaqdadır. Onun mənbələrindən indiki peşəkar bəstəçilər də dəyərlənir və öz yaradıcılıqlarında ondan çox uğur və dəqiqliklə istifadə edirlər.
Aşıq sənəti – Azərbaycanda xalq mühitində yaranmış şifahi xalq yaradıcılığı musiqi formasıdır və təsir gücü, məşhur olması və kamilliyi baxımından analoqu olmayan bir təzahürdür – bu, kiçik bir tamaşadır, burada musiqi improvizatoru, söz və şer sətirlərinin müəllifi, musiqi alətində – sazda ifaçı və rəqs edən bir simada – aşığın simasında özünü göstərir – bu təzahür nəinki dərin müdrikliyə, böyük bədii təsir gücünə malikdir, tarixi keçmişi və ifaçının müasiri olan adamların mənəvi dəyərlərini tərənnüm edir və xalq kütlələrinin estetik tələblərini ödəyir, həmçinin xalq yaradıcılığının müdriklik qatlarından irəli gələn musiqi təfəkkürü fəlsəfi mədəniyyətin hərəkətverici qüvvəsi olan bir formadır.
Öz yaradıcılığında  yaxşı xanəndə, musiqiçi və aktyor xüsusiyyətlərini cəmləşdirən bir aşığın adını qeyd edək: CEYHUN QURBANSOY
ADPU-nun Filologiya fakültəsinin məzunu olan   Ceyhun Qurbansoy  2015-2019-cu   illər ərzində təhsillə yanaşı sənəti ilə məşğul olmağa da vaxt ayıra bildi.
"Mən sazsız yaşaya bilmərəm" deyən Ceyhun Ölkə üzrə istedadlı tələbələr arasında keçirilmiş festivalda 1-ci yer, “ADPU SƏS”  layihəsində 1-ci yer,  Azad Həmkarlar İttifaqı Komitəsinin keçirdiyi  yarışlarda dəfələrlə yüksək yer tutmuşdur.  Ceyhun Qurbansoy  dəfələrlə ölkənin  tanınmış telekanallarına dəvət olunaraq  tamaşaçıları öz sazı-sözü ilə sevindirməyi bacarmışdır. 

Gənc, istedadlı aşığın vətənpərvərlik ruhunda ifa etdiyi bir mahnını təqdim edirik:


Tarix: 11-01-2021, 23:58 Oxunub: 1 047


Bölməyə aid digər xəbərlər