Bu gün Abbasovlar nəslinin nəvə payi, ailənin ilk oğul sevinci olan Sadiq bəyin doğum günüdür. Bu balaca balanin 1 yaşı tamam olur. Təbrik edirik, uzun ömür, sağlamlıq, həyatda daim uğur qazanmagi arzulayiriq!
Xeyirli, imanlı ovlad olsun!
Əziz Sadiq bala, ümid edirik ki, atanız kimi müdrik və ananız qədər nəzakətli olacaqsınız.
Bu yer üzündə həyatının 1-ci ilini təbrik edirik!!!
Ən isti istəklərimiz bu gün bir yaşı tamam olan bu evin kiçik kralına çatır! Qiymətli balaca oğlumuzun ilk ad günü mübarək olsun.
Gözlərindəki parıltı ilə hamımızı heyran edən Sadiq bəy, əminik ki, böyüyüb əsl ulduz olacaq.
Bir çox qızlar Sadiq bəyin yalnız onlardan birinin ömür-gün yoldaşı olduğunu bilməkdən məyyus olacaqlar.
Nəhayət, biz sizin yaşınızı aylarla, günlərlə deyil, illərlə hesabladıq. Bu gün biz hər kəsin sevimlisi olan KİŞİNİN 1 yaşını qeyd edirik.
Arzumuz budur ki, Əlixan babanın adına layiq övlad olasan!!!
Abbasovlar nəslinin,
İlk sevimli nəvəsi,
Xeyirli övlad olsun,
Zirvədən gəlsin səsi.
Bu gün bir yaşı olur,
Bizim Sadiq balanin,
İlk oğul nəvəsisən,
Sən Əlixan babanin.
Ömrün isiqlı olsun,
Arzular açsın çiçək,
Təbrik edirik səni,
Doğum günün mübarək!
AYB-nin üzvü, “Qızıl Qələm “ mükafatı laueratı, şair-filosof HACI LOĞMAN QORQUDUN SADİQ BƏYƏ TƏBRİKİNİ SİZLƏRƏ ÇATDIRIRIQ:
Sadiq məhəbbətin Sadiq çiçəyi,
Dünyaya gəlişin biri mübarək..
Ömür mənalanır, müqəddəsləşir,
Nəvədir babanın piri mübarək..
Nəsil ağacının açan gülüdü,
Ömür baxçasının şən bülbülüdü,
Babasının qucağına yürüdü,
Abbasov kökünün şiri mübarək.
İki bacısının qardaşı Sadiq,
Namusu, qeyrəti, sirdaşı Sadıq,
Tale üzüyünün bəxt qaşı Sadiq,
Naxışı, bəzəyi, zəri mübarək..
Bölməyə aid digər xəbərlər