Uzaq Almaniyada bir körpə böyüyür. Onun adı Hürüdü.
Bu nur sifətli, məsum körpə bala Vətəndən uzaqda olmasına baxmayaraq, daim o kiçik qəlbində Vətən sevgisi ilə böyüyür. O, doğma Azərbaycanı çox sevir və ana dilində sevərək danışır. Əlbəttə ki, körpə balanın Vətən sevgisi ilə böyüməsində valideyin ziyalılığı əsas amillərdən biridir.
Nüseynova Hürünün atası Aqil və anası Şəhniyar körpə balalarında lap kiçik yaşlarından Vətən sevgisi aşılamağa nail olublar.
Bu gün ( 16 sentyabr) bu mələk qızın doğum günüdür. Hürü xanımın 2 yaşı tamam olur. Almaniyada yaşasalar da doğum gününü doğma Vətəndə qeyd eləməyi daha üstün tuturlar.
Hürü xanımın doğum gününü səbirsizliklə gözləyən babaları, nənələri, əmiləri, dayıları, xalaları onu səmimi qəlbdən təbrik edirlər!!!
AYB-nin üzvü, “Qızıl Qələm “ mükafatı laueratı, altı kitab müəllifi, şair-filosof HACI LOĞMAN QORQUDun bu gözəl balaya həsr etdiyi bir neçə misranı Sizlərə ərməğan edirik:
Aqillə Şahniyar eşqindən buta,
Göydən yerə enmiş mələkdi Hürü,
Səndən uzaq olsun qan, qada xata,
Neçə neçə arzu diləkdi Hürü.
Dünyaya gəlişin iki ilidi,
Atanın, ananın gövhər ləlidi .
Ömür baxçasının barı, gülüdü,
Cənnət ətri verən çiçəkdi Hürü.
Sənə mələk dedi, baban səslədi,
Tanrının payıdı, kökə, nəslədi
Loğman da şəninə şeir bəslədi,
Bütün gözəllərdən göyçəkdi Hürü.
Gözəl şairimizin sözlərinə tanınmış aşıq Ceyhun Qurbansoyun avazında qulaq asıb feyziyab olaq....
ATİA.AZ saytının kollektivi də bu təbriklərə qoşulur:
Gözəl bala, dünyaya gəlişin mübarək! Arzu edirik ki, həyatın daim şən, ömrün uzun, arzuların gerçək olsun. Körpə qəlbində qoruyub-saxladığın Vətən sevgin heç tükənməsin. Doğum günün mübarək!
Bölməyə aid digər xəbərlər