11:19 / 21-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
“LB-Academy” “Parlament simulyasiyası”nın üçüncü tədbirini keçirdi - NAXÇIVANDA

   Naxçıvan şəhərində oktyabr ayının 27-də saat 15:00-da “The Legal Beacon” (“Hüquq mayakı”) klubu hüquqşünaslar Əli Qədimov və Yunis Xəlilovun birgə təşəbbüsü ilə hüquqşünaslıq ixtisasının tələbələri üçün  “Hüquqi perspektivdə süni intellekt” layihəsi çərçivəsində “Parlament simulyasiyası”nın üçüncü tədbiri keçirildi.
     Bu dəfəki tədbirdə “Parlament”in iclasını iclasa sədrlik edən Naxçıvan Dövlət Universitetinin hüquqşünaslıq ixtisasının tələbəsi Yusif Mirzəzadə açaraq onun da üzv olduğu “təbii hüquq məktəbi” qrupunun təklif etdiyi “Süni intellektin hüquqi statusu haqqında” “qanun layihəsi”nə “pozitivizm fraksiyası”nın mövqeyini soruşdu.
    “Parlament”in iclasında pozitivizm fraksiyası “Süni intellektin hüquqi statusu” adlı qanun layihəsinə öz münasibətini bildirdi. Ayrı-ayrı hüquq məktəblərini təmsil edən fraksiyaların daxil olan tələbələrin  hazırlığı, mövzuya hakim olması və xüsusilə aktivliyi diqqəti çəkən məqamlardan oldu.
“Pozitivizm fraksiyası”na daxil olanlar “parlamentin iclası”nda “təbii hüquq fraksiyası” tərəfindən irəli sürülən “Süni intellektin hüquqi statusu haqqında” qanun layihəsinə dair fikirlərini səsləndirib digər fraksiyalardan olanların suallarını cavablandırmağa çalışdılar. “Pozitivizm fraksiyası”nın mövqeyi o yöndə oldu ki, süni intellekt hüquq subyekti kimi tanınmalı, ona müəyyən hüquq və vəzifələr verilməlidir. “Təbii hüquq fraksiyası” onlara qarşı olub süni intellektə hüquq subyekti kimi deyil, ona vasitə kimi, obyekt kimi yanaşmağın doğru olmasını bildirdi.
      “Kritik hüquq fraksiyasi”nin üzvü olan“Beynəlxalq Elm və Təhsil İdarəçiləri Assosiasiyası” İctimai Birliyinin təsisçisi və İdarə Heyətinin üzvü, hüquqşünas Atilla Öztürk onlayn şəkildə "iclas”a qoşulub öz fikirlərini və etirazlarını bildirdi.
    “Parlament simulyasıyası”nın ən yadda qalan hadisələrindən biri səs-küylü anların yaşanması oldu. Belə ki, “Kritik hüquq fraksiyası”nın nümayəndələri ilə “realist hüquq fraksiyası” arasında yaşanan gərgin anlar maraqlı məqamlardan oldu. Hüquqşünaslar Əli Qədimov və Yunis Xəlilov, tələbələrin bu qədər aktiv və canlı şəkildə, özü də rahat və sərbəst olaraq öz işlərini görməsini müşahidə edərək yaşanan gərgin anlara müdaxilə etməməyə qərar verdilər.
     Növbəti tədbir gələn həfənin bazar günü olacaq. Hüquq məktəblərini təmsil edən qruplarda olan tələbələr gələn həftə də müzakirələri davam etdirəcəklər.

Aygün Sadiq


Tarix: 28-10-2024, 08:46 Oxunub: 166


Bölməyə aid digər xəbərlər