13:17 / 02-12-2024
Sabah hava necə olacaq?
NAXÇIVANDA MARAQLI LAYİHƏ - HÜQUQ TƏHSİLİNİN GƏLƏCƏYİNƏ YAŞIL İŞIQ

    Hüquqşünaslar Əli Qədimov və Yunis Xəlilovun birgə təşəbbüsü ilə yaradılan hüquq təhsilinin gələcəyinə açılan qapı hesab edilən “LB-Academy” ilk böyük layihə kimi saytda da istifadəyə verilib. 
    Qeyd olunduğu kimi , bu platforma sadəcə onlayn hüquq təhsili portalı deyil, həm də hüquqa yanaşma tərzinizi dəyişdirmək üçün nəzərdə tutulmuş dinamik, interaktiv məkandır.
     Həmin platformada yalnız hüquq öyrədilməyəcək, həm də hüquq təhsilinin gələcəyinin bir hissəsi olmaq imkanı əldə etmək mümkün olacaq.

    Ayrı-ayrı hüquq mövzularına həsr edilmiş video-dərsləri, hüquqi maarifləndirici mövzuları, hüquq elminin müxtəlif sahələrinə və ayrı-ayrı hüquq-mühafizə orqanlarının test mərhələsi üçün nəzərdə tutulmuş sınaq imtahanlarını və digər bir sıra faydalı hüquq layihələrini ehtiva edəcək olan saytda hazırda tərtibat və struktur təkmilləşdirmə, eləcə də məzmun hazırlama işləri aparılmaqdadır.

    Bu ilin sentyabr ayının 15-də isə “LB-Academy” (“The Legal Beacon” – “Hüquq mayakı”) ikinci maraqlı layihəsini ictimaiyyətə təqdim etmişdir. Belə ki, hüquqşünas Əli Qədimov və Yunis Xəlilovun birgə təşəbbüsü ilə yaradılan “The Legal Beacon” (“Hüquq mayakı”) klubu qeyd olunan tarixdə saat 15:00-da öz fəaliyyətinə start vermişdir.

    Hər həftənin bazar günü saat 15:00-17:00 arasında fəaliyyət göstərəcək olan klubda hüquqşünaslıq ixtisasının tələbələrini, hüquqşünasları və mövzularla maraqlanan istənilən şəxsi nələr gözləyir?

- Nəzəri və təcrübi hüquq problemlərinin effektiv həllinə həsr olunmuş təlimlər;

- Hüquq elminin maraq doğuran mövzuları üzrə diskusiyalar;

- Müxtəlif hüquq məsələlərini müzakirəyə çıxaran debatlar.

    Təlimlərin sonunda sertifikatların verilməsi, diskusiyalar və debatların keçirilməsi zamanı isə fərqlənən tələbələrə təşəkkürnamələrin və kitab hədiyyələrinin təqdim olunması nəzərdə tutulur.

Hüquqşünaslıq ixtisasının tələbələrinin marağına səbəb olacağını düşünüb “The Legal Beacon” (“Hüquq mayakı”) klubunun açılışı üçün ilk olaraq hüquqi diskusiyadan başlamaq məqsədəmüvafiq hesab edilmişdir.

   “Süni intellekt və fundamental hüquqi dəyərlər: təminatlar və təhdidlər” mövzusunda keçirilmiş bu debat-müzakirə tələbələr üçün maraqla qarşılanmışdır.

    Debat-müzakirənin gedişində mövzu barədə təfərrüatlıq məlumatlar verilmiş, tələbələri maraqlandıran suallar cavabıandırılmış, süni intellektin gündəlik həyatımıza daxil olmasını əks etdirən video çarxlar nümayiş etdirilmişdir.

 LB ACADEMY klubuna yeni layihənin təqdimatında uğurlar diləyirik!
 
Aygün Sadiq


Tarix: 18-09-2024, 21:33 Oxunub: 646


Bölməyə aid digər xəbərlər