11:19 / 21-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
11:52 / 20-11-2024
Sabah hava necə olacaq?
18:56 / 19-11-2024
Prezident Fərman imzaladı
Mətbuat üçün açıqlama!!! Diqqət!!! Çevik Ekspertlər Qrupunun B Ə Y A N A T I

     Son zamanlar sosial şəbəkələrin erməni seqmentində Azərbaycanın müvəqqəti olaraq Rusiya sülhməramlıları tərəfindən nəzarət olunan ərazilərində, xüsusilə də Xankəndidə uşaq və yeniyetmələrin silahlandırılması, onlara Azərbaycana qarşı hərbi əməliyyatlarda iştirak etmələri üçün təlimlər keçirilməsi ilə bağlı çoxsaylı faktlar öz əksini tapır. 2020-ci ilin sentyabr-noyabr aylarında da uşaqların Ermənistan tərəfindən hərbi təlimlərə və döyüş əməliyyatlarına cəlb edilmələri, bu zaman müxtəlif ağırlıqda bədən xəsarətləri almaları, eləcə də uşaq bağçalarının, məktəblərin hərbi məqsədlərlə istifadə olunmaları ilə bağlı çoxsaylı faktlar qeydə alınmışdı. Biz, Çevik Ekspertlər qrupu olaraq Ermənistan tərəfindən erməni uşaqlarının “vətənpərvərlik” adı altında uşaq əməyinin ən ağır forması olan insan alverinə cəlb edilməsinə goz yuma bilmirik. Uşaqların qanunsuz olaraq hərbi əməliyyatlara cəlb edilməsi, İnsan alveri ilə mübarizəyə çağıran beynəlxlq hüquq normalarının kobud şəkildə pozulmasıdır. Biz, qoşulduğumuz beynəlxlaq sənədlərin aliliyinə həmişə hormətlə yanaşırıq! Erməni uşaqlarının məcburi əməyə və əməyin istismarına cəlb edilməsi, Azərbaycan Respublikasının suveren ərazisi olan Xankəndi şəhərində baş verməsi və müvəqqəti olaraq sülhmərəmlılar tərəfindən nəzarət edilən digər ərazilərimizdə azyaşlıların hərbi məqsədli əməliyyatlara cəlb ediməsi. hərbi təlimlərdə istifadə olunmalarına qəti etiraz edirik. Bildiririk ki, bununla Ermənistan BMT-nin Uşaq Hüquqları Konvensiyasının 38-ci maddəsini ( silahlı münaqişələr zamanı uşaq və yetkinlik yaşına çatmayanların hərbi əməliyyatlara cəlb olunmasını qadağan edir), “İnsan alverinə qarşı mübarizə haqqında” 2005-ci il mayın 16-da Varşava şəhərində imzalanmış Konvensiyasının 57-ci maddəsinin 3-cü bəndini (uşaqların istismar məqsədilə cəlb edilməsi, daşınması, təhvil verilməsi, gizlədilməsi və ya alınması) və ümumilikdə beynəlxalq hüquq normalarını, eləcə də Azərbaycan Respublikasının müvafiq hüquqi-normativ aktlarını kobud şəkildə pozur. Biz, silahlı münaqişələr və ya münaqişə sonrası uşaqların hərbi əməliyyatlara, hərbi məqsədli hazırlıqlara cəlb edilməsinə, uşaqların silahlandırılmasına, uşaq əməyinin istismarına son qoymağı tələb edir, beynəlxalq təşkilatları Ermənistanın beynəlxalq hüquq normalarına əməl etməsi üçün məcburedici addımlar atmağa cağırırıq. Çevik Ekspertlər Qrupunun üzvləri:
   “ Vətəndaş” Tədqiqat və İnkişaf İctimai Birliyinin sədri Günel Səfərova “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova
    “Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadə
    “Gəncə Regional Qadın Mərkəzi” İctimai Birliyinin sədri Məleykə Əlizadə
     “İslahatçı Qadınlar və İnnovasiyalar” İctimai Birliyinin sədri Vüsalə Hüseynli
    Statement of the Emergency Expert Group Recently, in the Armenian segment of social networks, there are many facts about the arming of children and teenagers in the territories of Azerbaijan temporarily controlled by Russian peacekeepers, especially in Khankendi, and training them to participate in military operations against Azerbaijan. In September, November 2020, numerous facts were recorded regarding the involvement of children in military exercises and combat operations by Armenia, which they received various physical injuries, as well as the use of kindergartens and schools for military purposes. We, as a group of Emergency Experts, cannot turn a blind eye to involvement of Armenian children in human trafficking, which is the heaviest form of child labor, by Armenia under the name of “patriotism”. The involvement of children in military operations is a gross violation of international legal norms calling for the fight against human trafficking. We have always respected the supremacy of the international documents to which we have joined. We strongly object to the involvement of Armenian children in forced labor and labor exploitation which is happening in the city of Khankendi,the sovereign territory of the Republic of Azerbaijan, and the involvement of minors in military operations in other areas temporarily controlled by peacekeepers, and their use in military training. We inform you that Armenia violates Article 38 of the UN Convention on the Rights of the Child (prohibits the involvement of children in military operations during conflicts), the Convention “on Action against Human Trafficking” signed on May 16, 2005 in Warsaw. It grossly violates paragraph 3 of Article 57 (attracting, transporting, handing over, concealing or taking children for the purpose of exploitation) and international legal norms in general, as well as relevant legal and normative acts of the Republic of Azerbaijan. We demand an end to armed conflicts or post-conflict involvement of children in military operations, military preparations, arming of children, exploitation of child labor, and we call on international organizations to take mandatory steps for Armenia to comply with international legal norms.
   Gunel Safarova – Head of the “Scientific Research and Development “ Public Union
    Vusala Huseynli – Women Reformers and Innovation Public Union

    Kamala Aghazada – Azerbaijan Children Public Union

    AzTimes.az


Tarix: 12-12-2022, 20:09 Oxunub: 524


Bölməyə aid digər xəbərlər
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı