11:19 / 21-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
11:52 / 20-11-2024
Sabah hava necə olacaq?
18:56 / 19-11-2024
Prezident Fərman imzaladı
“LB-Academy” Naxçıvan şəhərində dördüncü tədbirini keçirdi

    “The Legal Beacon” (“Hüquq mayakı”) klubu hüquqşünaslar Əli Qədimov və Yunis Xəlilovun birgə təşəbbüsü ilə Naxçıvan şəhərində oktyabr ayının 6-da saat 15:00-da sayca dördüncü tədbirini keçirdi.
      “Süni intellektə tətbiq olunan texnoloji sanksiyalar: rəqəmsal nəzarətin hüquqi aspektləri” mövzusunda debat-müzakirədə əvvəlki tədbirlərdə olduğu kimi tələbələr və vəkillər aktiv iştirak etdi.
   “Misrospft Teams” vasitəsilə onlayn şəkildə Naxçıvan və Bakıdan da çoxsaylı tələbələr, vəkillər və digər peşə sahiblərinin qatıldığı bu dəfəki debat-müzakirədə tələbələrə ilk dəfə təqdim edilən və özünəməxsus qaydaları olan “Süni intellekt və sanksiyalar üzrə qərarvermə” adlı oyun da maraqla qarşılandı.
    Qərarvermə formatında təşkil olunan bu oyunda iştirakçılara avtonom avtomobillərin süni intellekt tərəfindən idarə olunması zamanı baş verən qəza hallarında məsuliyyətin necə bölüşdürüləcəyi və tətbiq ediləcək sanksiyaların hüquqi əsaslarını müzakirə etmə imkanı verdi. İştirakçılar müxtəlif real ssenarilər əsasında məsuliyyət və texnoloji cəzalarla bağlı qərarlar qəbul etməyə çalışdılar. Əsas müzakirə mövzusu süni intellektin qərarlarına görə kimlərin məsuliyyət daşıyacağı – istehsalçılar, proqram təminatçıları və ya istifadəçilər – idi.
    Tədbir zamanı texnoloji sanksiyaların hansı hallarda effektiv olacağı və süni intellektin yaratdığı problemlərin hüquqi yollarla necə həll ediləcəyi ətrafında geniş müzakirələr aparıldı. Süni intellekt tərəfindən idarə olunan avtonom avtomobillərin törətdiyi qəzaların hüquqi və etik cəhətdən dəyərləndirilməsi, yeni texnologiyaların inkişafı ilə hüquqi tənzimləmələrin də uyğunlaşdırılmalı olduğunu bir daha vurğuladı.
Tədbirin interaktiv formatı iştirakçıların fəal iştirakını təmin etdi və onlar real dünyada qarşılaşa biləcəkləri vəziyyətlər üzərində düşünərək praktiki bacarıqlar əldə etdilər. Bu müzakirələr həm də hüquqi sanksiyaların tətbiqi ilə yanaşı texnoloji həllərin məsuliyyətini paylaşmaq üçün daha geniş hüquqi mexanizmlərə ehtiyac olduğunu göstərdi.
    Tədbirin sonunda iştirakçılar, texnologiya və hüquq sahələrinin qarşılıqlı əlaqəsini nəzərə alaraq, süni intellektin gələcəkdə hüquqi sistemlərə və cəmiyyətə təsirləri barədə daha geniş bir anlayış əldə etdilər. Bu cür tədbirlər hüquq, etika və texnologiya sahələrinin bir-birinə bağlı olduğu mürəkkəb məsələlər ətrafında səmərəli müzakirələrə və yeni yanaşmaların yaranmasına şərait yaradır.


AYGÜN SADİQ


Tarix: 7-10-2024, 08:55 Oxunub: 487


Bölməyə aid digər xəbərlər
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı