11:19 / 21-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
11:52 / 20-11-2024
Sabah hava necə olacaq?
18:56 / 19-11-2024
Prezident Fərman imzaladı
“LB-Academy” üçüncü tədbirini keçirdi - Naxçıvanda

    Hüquqşünas Əli Qədimov və Yunis Xəlilovun birgə təşəbbüsü ilə bu ilin sentyabr ayının 15-də yaradılan “The Legal Beacon” (“Hüquq mayakı”) klubu sentyabrın 29-də saat 15:00-da Naxçıvan şəhərində sayca üçüncü tədbirini keçirdi.
    Tədbirdə “Beynəlxalq Elm və Təhsil İdarəçiləri Assosiasiyası” İctimai Birliyinin təsisçisi və İdarə Heyətinin üzvü, hüquqşünas Atilla Öztürk də iştirak edib.
       “Süni intellekt ilə cəza təyin etmə: Etik problemlər və hüquqi dilemmalar” adlanan debat-müzakirəsinin bu dəfəki mövzusu tələbələr, vəkillər və jurnalistlər tərəfindən böyük maraqla qarşılanıb.
      “Misrospft Teams” vasitəsilə onlayn şəkildə Naxçıvan və Bakıdan da çoxsaylı tələbələr, vəkillər, jurnalistlər və digər peşə sahiblərinin qatıldığı debatda müzakirələr zamanı mövzu barədə ətraflı məlumatlar verilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb, tələbələrin fikirləri dinlənilməklə yanaşı onlara debat suallar ünvanlanıb, eyni zamanda süni intellektin bir hakim kimi konkret bir cinayət əməlini törətmiş təqsirləndirilən şəxsə cəza təyin etməsinin mümkünlüyü və problemlərinə dair video çarxlar nümayiş etdirilib.
     Dünya ölkələrinin təcrübəsində hüquq pozuntularının mühakimə olunmasında süni intellektdən istifadə edilməsinə dair məlumatlar verilən tədbirdə cəza təyini zamanı süni intellektin üstünlükləri və risklərinə, habelə süni intellektin məhdudiyyətlərinə də toxunulub.
     Tədbirdə Çində fəaliyyət göstərən İnternet məhkəmələri və insan görünüşlü və səsli rəqəmsal hakim barədə, İngiltərədə fəaliyyət göstərən “Traffic Penalty Tribunal” adlı onlayn yol hərəkəti üzrə cəza məhkəməsi haqqında, ABŞ-da məhkumların təkrar cinayət törətmə riskini hesablayan “Compas” adlı, eləcə də rəqəmsal dəlil toplanması və onların təsnif edilməsinə kömək edən “e-Doscovery” adlı, habelə ədalət mühakiməsinin sonunda veriləcək qərarları təxmin etməyə çalışan “Scotus” adlı süni intellekt proqramları ilə bağlı maraqlı məlumatlar da verilib.
     Qeyd edək ki, hər həftənin bazar günü saat 15:00-17:00 arasında fəaliyyət göstərməsi nəzərdə tutulan klubda hüquqşünaslıq ixtisasının tələbələri, hüquqşünaslarıvə mövzularla maraqlanan istənilən şəxs üçün maraqlı təlimlər, diskussiyalar, debatların keçirilməsi nəzərdə tutulur. 

Aygün Sadiq


Tarix: 30-09-2024, 07:16 Oxunub: 530


Bölməyə aid digər xəbərlər
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı