13:17 / 02-12-2024
Sabah hava necə olacaq?
“LB-Academy” ikinci tədbirini keçirdi - Naxçıvanda

     Hüquqşünas Əli Qədimov və Yunis Xəlilovun birgə təşəbbüsü ilə yaradılan “The Legal Beacon” (“Hüquq mayakı”) klubu bu ilin sentyabrın 22-də saat 15:00-da Naxçıvan şəhərində növbəti tədbirini keçirdi. “Alqoritmik ədalət: süni intellekt alqoritmlərində tərəfsizlik və bərabərlik” mövzusuna həsr olunmuş debat-müzakirəsi tələbələr  və vəkillər tərəfindən böyük maraqla qarşılanıb.
      Sayca ikinci olan debat-müzakirəsinə “Misrospft Teams” vasitəsilə onlayn şəkildə Naxçıvan və Bakıdan da çoxsaylı tələbələr və vəkillər qatılıb.
Debat-müzakirənin gedişində mövzu barədə geniş məlumatlar verilib, tələbələri maraqlandıran suallar cavablandırılıb, vəkillərdən mövzu ilə bağlı təcrübələrində tətbiq etdikləri səmərəli yeniliklər dinlənilib, süni intellektin ədalət məfhumu ilə əlaqəsini izah edən video çarxlar nümayiş etdirilib.
     Qeyd edək ki, hər həftənin bazar günü saat 15:00-17:00 arasında fəaliyyət göstərməsi nəzərdə tutulan klubda hüquqşünaslıq ixtisasının tələbələrini, hüquqşünasları və mövzularla maraqlanan istənilən şəxsi maraqlı təlimlər, diskussiyalar, debatlar gözləyir. Buna misal olaraq, nəzəri və təcrübi hüquq problemlərinin effektiv həllinə həsr olunmuş təlimləri, hüquq elminin maraq doğuran mövzuları üzrə diskusiyaları, müxtəlif hüquq məsələlərini müzakirəyə çıxaran debatları göstərmək olar.

Aygün Sadiq


Tarix: 23-09-2024, 14:48 Oxunub: 636


Bölməyə aid digər xəbərlər
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı