13:17 / 02-12-2024
Sabah hava necə olacaq?
“LB-Academy” “Parlament simulyasiyası”nın ikinci tədbirini keçirdi - Naxçıvanda

     “The Legal Beacon” (“Hüquq mayakı”) klubu hüquqşünaslar Əli Qədimov və Yunis Xəlilovun birgə təşəbbüsü ilə Naxçıvan şəhərində oktyabr ayının 13-də saat 15:00-da hüquqşünaslıq ixtisasının tələbələri üçün  “Hüquqi perspektivdə süni intellekt” layihəsi çərçivəsində ötən həftə, daha dəqiq desək 13 oktyabr 2024-cü il tarixdə “Parlament simulyasiyası” adlı maraqlı bir layihə gerçəkləşdirmişdi.
     Bu simulyasiyanın məqsədi isə süni intellektin hüquqi statusunun təyin edilməsi və onun qanun çərçivəsində tənzimlənməsi ilə bağlı parlament müzakirələrinin canlandırılmasına yönəlib. Simulyasiya iştirakçıları xəyali qanunverici orqan kimi qruplara bölünərək süni intellektin hüquqi statusu ilə bağlı hüquqi və etik məsələləri müzakirə edərək “qanun layihəsi” hazırlamağı hədəf olaraq müəyyən edib. “Parlament simulyasiyası”nın sonunda iştitrakçılar süni intellektin hüquqi subyekt kimi tanınmasının, məsuliyyət daşımasının və qanunla  tənzimlənməsinin üstünlüklərini və çatışmazlıqlarını analiz etmiş olacaqlar.
      Bu dəfəki tədbirdə “Parlament”in iclasını iclasa sədrlik edən Naxçıvan Dövlət Universitetinin hüquqşünaslıq ixtisasının tələbəsi Yusif Mirzəzadə açaraq onun da üzv olduğu “təbii hüquq məktəbi” qrupunun təklif etdiyi “Süni intellektin hüquqi statusu haqqında” “qanun layihəsi” müzakirəyə çıxarıldı. 
    Maraqlıdır ki, “qanun layihəsi”ni məhz bu hüquq məktəbinin təmsilçisi olan tələbələr təklif etsələr də, layihədə süni intellekti hüquq subyekti kimi tanımağı rədd edərək saədəcə ondan vasitə kimi faydalanmağı müdafiə etdilər. “Qanun layihəsi”ndə süni intellektlə bağlı anlayışları, süni intellektə münasibətdə dövlətin hüquq və vəzifələrini, fiziki şəxslərin hüquq və vəzifələrini nəzərdə tutan müddəalar diqqəti cəlb edir.
     Digər hüquq məktəblərinin (Pozitiv hüquq məktəbi, realsit hüquq məktəbi, kriktik hüquq məktəbi və s.) adını daşıyan qruplar isə həmin “qanun layihəsi”nə öz münasibətlərini bildirdi. Bəzi qruplar bu layihəni dəstəklədi, bəziləri bütövlükdə tənqid etdi, bəziləri isə layihənin müəyyən tərəflərinin mütərəqqi, bəzi tərəflərinin isə neqativ hallarını sadaladı. Məsələn, pozitiv və realist hüquq məktəbi təmsil edən üzvlər süni intellektin hüquq subyekti kimi tanınmasını israrla müdafiə etdi. Onlar hüquqi şəxslərin hüquq subyekti kimi tanındığı arqument kimi irəli sürərək süni intellektin də hüquq subyekti kimi tanınmalı olmasını, onun davranış hədləri və hüquq pozuntusuna görə cavabdehlik öhdəlikləri daşıması lazım olduğunu vurğuladılar. Kritik hüquq məktəbini təmsil edən iştirakçılar da müəyyən “qanun layihəsi”nin bəzi tərəflərini tənqid etdilər.
     Maraqlı məqam isə ondan ibarət oldu ki, təşkil olunmuş “parlament simulyasiyası”nda tədbir təşkilatçıları olan hüquqşünas-müəllimlər – Əli Qədimov və Yunis Xəlilov da tələbələrlə birgə hüquq məktəblərini təmsil edən qruplarda iştirakçı oldular.
     Tədbirdə “Beynəlxalq Elm və Təhsil İdarəçiləri Assosiasiyası” İctimai Birliyinin təsisçisi və İdarə Heyətinin üzvü, hüquqşünas Atilla Öztürk iştirak etməklə bərabər, hüquq məktəblərinin birinin təmsilçisi kimi “parlament simulyasiyası”nda aktiv iştirakçı oldu.
     Növbəti tədbir gələn həfənin bazar günü olacaq. Hüquq məktəblərini təmsil edən qruplarda olan tələbələr gələn həftə də müzakirələri davam etdirəcəklər.

Aygün Sadiq


Tarix: 21-10-2024, 11:24 Oxunub: 248


Bölməyə aid digər xəbərlər
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı