Çempionlar Liqasının oyununu azərbaycanlı hakim idarə edəcək

      Azərbaycanın beynəlxalq dərəcəli voleybol hakimi Eldar Zülfüqarov bu gün kişilər arasında Çempionlar Liqasının oyununu idarə edəcək.
  Bu barədə  Azərbaycan Voleybol Federasiyasının (AVF) mətbuat xidmətindən məlumat verilib.

O, Türkiyədə yerli “Fənərbağça” və İtaliyanın “Montsa” komandaları arasında keçiriləcək matçda ikinci hakim funksiyasını yerinə yetirəcək. Görüş Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.

     AVF-nin Kommunikasiya şöbəsinin koordinatoru Nərgiz İsmayılova da bu gün kişilər arasında Çempionlar Liqasının oyununda iş başında olacaq. O, “Levski” (Bolqarıstan) – “Lüneburq” (Almaniya) duelində hakimlərin işinə qiymət verəcək. Həmin qarşılaşma saat 22:00-da başlayacaq.


Tarix: 20-11-2024, 13:22 Oxunub: 2 717


Bölməyə aid digər xəbərlər
19-05-2022, 08:30 Eldar Nəsibli Sibirel - 70


«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31