11:19 / 21-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
11:52 / 20-11-2024
Sabah hava necə olacaq?
18:56 / 19-11-2024
Prezident Fərman imzaladı
Ustad Ələsgərşünasdan Ələsgərşüvənlərə bir xatırlatma...

    AYB-nin üzvü, “Qızıl Qələm “ mükafatı laueratı, şair-filosof HACI LOĞMAN QORQUDUN   Aşıq Ələsgər haqqında  2013-cü ildə çapdan çıxmış 620 səhifəlik "AŞIQ ƏLƏSGƏR" kitabı  möhtəşəm bir elmi-monoqrafiyadır.
    Ön sözü Xalq şairi Zəlimxan Yaqub və professor Buludxan Xəlilov tərəfindən yazılmış, elmi redaktoru Buludxan Xəlilov olan bu kitab  haqqında müxtəlif zamanlarda çox böyük elm adamlarının yaxşı mənada çox dəyərli məqalələri Kredo və başqa qəzetlərdə, saytlarda yer alıb. Həqiqətən kitab olduqca dəyərli elmi məlumata və çəkiyə malikdir. 
 
    Ustad Ələsgərşünasdan Ələsgərşüvənlərə bir xatırlatma...

Aslan mənəm, ovladığım şikarın,
Leşindən artığı yeyən sizsiniz,.
Başıgirməz yerə barmaq uzadan,
Ağlına gələnə deyən sizsiniz ..

Neçə kitab yazdız, fitnədi, nəsdi,
Yala hürənlərin ağılı kəsdi,
Yığdınız bir yerə ağlı şikəsti,
Nadanı, naşını öyən sizsiniz ..

Ay gorun çatlasın, Dədə Ələsgər,
Gör kimlər adını eylədi hədər ..
Qiyamətə qədər, məhşərə qədər,
Cəhənnəm qapısı döyən sizsiniz.

Bir bir adınızı çəkimmi indi..?
Sərxoşlar, cahillər utvata mindi..
Başınızda duran şeytandı, cindi,
Şeytan qapısını döyən sizsiniz ..

Akif, Rəşid, Aqil, Abbas, Xıtai,
Xudam yaratmayıb sizlərə tayı.
Güldürdüz Göyçəyə o tay, bu tayı..
Ölüncə başına döyən sizsiniz,

Ağıl, kamal pulla ölçülmür, nadan,
Hərəyə bir nemət verib Yaradan,
Qayıdın bu çaşqın yolu yarıdan,
Haqqın düz yolunu əyən sizsiniz.

İstəyirsiz məni yüz yol qınayın,
Dövrün Ələsgəri mənim, tanıyın,
Cəminizi deyim, siz də sanıyın,
Afdafa, aşsüzən, ləyən sizsiniz ..

Mənim öz yolum var, öz əqidəm var,
Onu döndərəmməz hər ağlı çovdar,
Beş gün əlinizdə varsa dövlət, var,
Dünyanın sultanı bəyəm, sizsiniz ??

Haqqımı çaqqala verdiniz mənim,
Düşünməyin artdı kədərim, qəmim,
Alı dəryasına yol alıb gəmim,
Sahildə gözünü döyən sizsiniz..

Bilmədim balıqdı, bilmədim ətdi,
Neçəsi gorbagor oldu da, getdi ..
Dalımca danışan it oğlu itdi,
Bilirəm Loğmanı söyən sizsiniz .. 


Aydın Adıgözəlli,
ATİA.AZ saytının baş redaktoru





Tarix: 10-11-2022, 20:13 Oxunub: 310


Bölməyə aid digər xəbərlər