Azərbaycan Yazıçılar Birliyinin üzvü, publisist Buludxan Xəlilov 55 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, B.Xəlilov 1966-cı il iyulun 25-də Qərbi Azərbaycanda Amasiya rayonunun Ellərkənd kəndində anadan olub. Əmək fəaliyyətinə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Azərbaycan dili kafedrasında laborant kimi başlayan professor ədəbi dilin tədqiqinə dair bir sıra monoqrafik əsərin müəllifidir.
Azərbaycan Dilçilik elminin çox Dəyərli alimi, professor Buludxan Xəlilovun vaxtsız ölümünə AYB-nin üzvü, “Qızıl Qələm “ mükafatı laueratı, şair-filosof HACI LOĞMAN QORQUDUN kədər hissləri ilə yazdığı bir şeiri nəzərinizə çatdırırıq:
İTİRDİK
Dad sənin əlindən, amansız ölüm,
Neçə neçə gövhərkanı itirdik.
Arxamızın dayağını, pirini,
Söz biləni, dərd qananı itirdik.
Bir kəlməylə quşu vuran gözündən,
Ümid doğan, nur səpilən üzündən,
Danışanda dür tökülən sözündən,
Bir dəryanı, bir ümmanı itirdik.
Arı kimi pətək quran, şan verən,
Millətinə damarından qan verən,
Cansız sözə həyat verən, can verən,
Bir təbibi, bir loğmanı itirdik.
Kərəm köçdü, ağlar qaldı lələlər,
Soldu neçə tər qönçələr, lalələr,
Bu gün səhər- alim öldü- dedilər,
Karvan çəkən bir sarvanı itirdik.
Xatırladım ötüb keçən çağları,
Şamamanı saxlamadı tağları.
Üryan qaldı söz mülkünün dağları,
Büründüyü çən, dumanı itirdik.
Sevməyi də, danlağı da xoş idi,
Yaxşı sirdaş, yaxşı da yoldaş idi,
Məclislərə bəzək idi, baş idi,
Heyf, heyf Buludxanı itirdik.
Həqiqəti görə bilmir hər görən,
Bir nur idi ilahidən göndərən,
Neçə neçə pöhrələri bar verən,
Bağ becərən bir bağbanı itirdik.
Fani dünya, hanı Şahlar, Fironlar,
Az az olar kitabında qalanlar,
Bir gün gələr qədir, qiymət qananlar,
Əfsus deyər ki, Loğmanı itirdik.
ALLAH RƏHMƏT ELƏSİN, MƏKANI CƏNNƏT OLSUN!!!
Bölməyə aid digər xəbərlər