"Ələsgər söz sənətində kimdirsə, Ədalət də saz sənətində odur" - Əziz Nesin

Bu gün böyük saz ifaçısı, Əməkdar incəsənət xadimi Aşıq Ədalət Nəsibovun ad günüdür.  Yaşasaydı  86 yaşını qeyd edəcəkdi ustad...
Nəsibov Ədalət Məhəmmədəli oğlu (Aşıq Ədalət) — aşıq, əməkdar incəsənət xadimi.
Aşıq Ədalət 27 yanvar 1939-cu ildə Qazax rayonunda anadan olmuşdur. 
Saz çalmağı atasından öyrənmişdir. Gənc yaşlarından fitri istedadı üzə çıxmış, məclislərə dəvət almışdır.
Xalq şairi Səməd Vurğun onun çalğısının vurğunu olmuşdur.
Türk yazıçısı Əziz Nesin onun haqqında söyləmişdir: "Ədalətin ifası təkrarsız həyat kimidir. Onun üzü daim təzəliyədir, sonu gülüstanlara çıxan dağ çayına bənzəyir. Ələsgər aşiq, söz sənətində kimdirsə, Ədalət də saz sənətində odur".
O, "Qaytarma", "Baş sarıtel", "Ruhani", "Yanıq Kərəm" və başqa saz havalarının bənzərsiz ifaçısıdır.

Filmoqrafiya
Yeddi oğul istərəm... (film, 1970)
Aşıq Ələsgər (film, 1972)
Ədalət (film, 1971)
Prima (film, 1992)
Tanrı payım, telli sazım (film, 2007)

HAŞİYƏ:   “Yeddi oğul istərəm” filminə çəkiləndən sonra Qazağ ın yaşlı insanları, Ədalətə pərəstiş edən sadədil adamlar ondan inciyirlər:
 - Gözünün qabağında elə bir oğulu güllələyirlər, sən də saz çalırsan...
 Bu gülməli deyil. Gülməli odur ki, Ədalət də israrla onları inandırmağa çalışır:
 - Bir olan allaha and olsun, mən Cəlalın ölümündən sonra sazı daşa çırpıb qırmışdım, namərdlər sonra o səhnəni filmdən kəsib çıxardıblar, günah məndə deyil.


USTADA ALLAH RƏHMƏT ELƏSİN, MƏKANI CƏNNƏT OLSUN.


Tarix: 27-01-2025, 07:39 Oxunub: 630


Bölməyə aid digər xəbərlər