13:17 / 02-12-2024
Sabah hava necə olacaq?
XƏZƏR MİRAJIN SƏNƏT BAĞÇASINDAN BİR NEÇƏ YARPAQ....

ATİA.AZ-ın bu günkü qonağı  social şəbəkələrdən və mətbuatdan XƏZƏR MİRAJ kimi tanıdığımız Məsimov X.(Xəzər) Vəzir oğludur.
Məsimov Xəzər Vəzir oğlu 01.07.1965-ci ildə İsmayıllı rayonunun Mollaisaqlı kəndində anadan olub. 1972-1982-ci illərdə Mollaisaqlı kənd orta məktəbində təhsil alıb. 1984-1986-cı illərdə hərbi xidmətdə olan Məsimov Xəzər, 1987-1992-ci illərdə M.F.Axundov adına Rus dili və ədəbiyyatı institununda (indiki Slavyan universiteti) ali təhsil alıb. Müxtəlif vaxtlarda ayrı-ayrı sahələrdə çalışsa da daim mətbuatda yaradıcılıqla məşğul olub. Yazdığı şeirlər Respublikamızda nəşr olunan bir sıra qəzet və jurnallarda çap olunaraq geniş oxucu kütləsinin rəğbətini qazanıb.
ATİA.AZ   saytı olaraq  istedadlı şairin bir neçə şeirini Sizlərə təqdim edirik:

    ÖMÜR PAYIM
                           
Həsrətdən solanı, ömür baharım,
Solmuşdu qəlbimdə, arzu yarpağım.
Gözləyən bir anı, səndən sorağım,
Sənsən bu sevgimə, bir ümid payım...
Sevgimə bir ümid, sən ömür payım...

Dumana, çiskinə bürünmüş sevgi,
İncidir bu qəmdən, yağan hər səpgi..
Qayıt gəl bu ömrə, vermə sən  itki,
Sənsən bu sevgimə, bir ümid payım...
Sevgimə bir ümid, sən ömür payım...

Kədərli yağışı, yağan nisgili,
Zülmünə yol alır, coşan  bir seli..
Küləklər bir acı, soyuqdur yeli,
Sənsən bu sevgimə, bir ümid payım...
Sevgimə bir ümid, sən ömür payım...

Qismətə pay vermə, dönən üzündən,
Yandırıb puç etmə, küssün ömürdən..
Bil ki, bu həyatım  sənin özünsən,
Sənsən  bu sevgimə, bir ümid payım...
Sevgimə bir həyat, sən ömür payım...

    ANA DÜNYASI

O isti qucağın  bir gül yastığı,
Laylası şirindir, ətrin aldığı..
Sanki bir mələksən, gözəl varlığı,
Cənnətin açarı  Ana dünyası...

Gecələr yuxuma  nəğmə laylası,
Bənzərsiz bir duyğu, sevgi röyası..
Həyatın bir dünya, o öz mənası,
Cənnətin açarı Ana dünyası..

Dilindən düşən hər  söz, hər kəlmə,
Canıma dərmandır, məlhəmdir mənə..
Ömrümə canından  pay verən mənə,
Cənnətin açarı  Ana dünyası..

Yatmaz gecələri, sübhə bir oyaq,
Əzizlər, tumarlar...  övlada dayaq..
Balanı hər dərddən  tutar o, uzaq,
Cənnətin açarı  Ana dünyası...

Laylan bir segahdır, Allaha yaxın,
Oxunan nəğməsi, uca Xudanın..
Ömrümə bir bulaq, axan duanın,
Cənnətin açarı  Ana dünyası...

Ocağım qəribsər, sənsiz ömürdən,
Küsən taleyimdi, ömür günümdən..
Sönməsin bu eşqin  heç zaman məndən,
Cənnətin açarı Ana dünyası...

Axmasın göz yaşı  arzular üstə,
Çəkilməz dərdidir, ömürlük xəstə..
Məhv olsa taleyi, bir ölüm üstə,
Cənnətin açarı Ana dünyası...

Müqəddəs Vətəndir, bilin ki, Ana,
Ürəyi bir candı, torpağa, qana..
Bağlıyam bu ömrə, Azərbaycana,
O dünya, bu dünya, bir dühasıdı,
Cənnətin açarı Ana dünyası..


         SEVGİMƏ DÖN SƏN

Bu ömrüm bir qışdır, ocağı soyuq,
İtmiş məhəbbətin ürəyi boşluq.
Üzülür o canı, dərdindən uçuq,
Qalmayıb taqətim, ölümdür sonluq,.
Qayıt gəl baharım, sevgimə dön, sən...

Tükənməz nə qarı, nə soyuq yellər,
Şaxtadan don vurub, uzanan əllər..
Çoxalır canımda, o əsintilər,
Yazılır dərdimə  acı səhfələr.,
Qayıt gəl baharım, sevgimə dön, sən...

Üşüyən güllərim, qış örtüyünə,
Ətirli qoxusu donub üzümə..
Saralıb həsrətdən  buz nəfəsinə,
Qalmışam bir itkin, itib özünə.,
Qayıt gəl baharım, sevgimə dön, sən..

Üzmə bu andını, bir günah olsun,
Əbədi bir qəmi, bir yuva qursun..
Qoyma  sən şeytanı, sevgimi qovsun,
Qoymasın  o haqqı, vədi puç olsun...,
Qayıt gəl baharım, sevgimə dön,  sən...

Sevgimin taxtına  vurduğun zərbə,
Ayrılıq silahdan, sinəmdə  qəlpə.
Vermə  sən bu zülmü, ömürlük qəlbə,
Qalmasın o nakam,  ömürlük zərbə,
Qayıt gəl baharım, sevgimə dön,  sən...

Sitəmli bir qışdı, bitdi ömrümə,
Soyuğu, saxtası axdı könlümə..
Məhəbbət ocağı bir buza döndü,
Çöndü əzablara, sevgisi söndü...
Qayıt gəl baharım, sevgimə dön, sən...







Tarix: 13-03-2021, 01:09 Oxunub: 855


Bölməyə aid digər xəbərlər